Bazar günü günü, 15 noyabr 2026
     

Xomeneyini Azərbaycanın Vətən Zəfərinə şərik qoşmaq olarmı - Şeyxin bəyanatı…

Image


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib ki, işğaldan azad edilən torpaqlara gedəndə neçə illərdir necə bir təbiətə məxsus əraziləri itirdiyimizi anlayıb: “Belə gözəl yerlər, dağlar, çaylar, bağlar 30 il ermənilərin ayaqları altında tapdalanıb”.

O bildirib ki, işğaldan sonra Ağdamı görəndə tanımayıb: “Düşündüm ki, bura insan ayağı dəyməyib. Bütün Ağdam torpaqları, evləri darmadağın idi. Yalnız məscidin iki minarəsi var ki, içərisində divarlara elə sözlər yazıblar ki, mən dilə gətirə bilmirəm. Məsciddə uzun illər haram heyvanlar saxlanılıb.

Şuşaya getdiyimdə də küçələri dağıtdıqlarını gördüm. Dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır, xalqın oğullarınındır. Dualarını etdiyimiz Qarabağ torpaqları azaddır”.

Allahşükür Paşazadə onu da qeyd edib ki, qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var:

“Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. Dövlət başçımız İlham Əliyev cənablarına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, bundan sonra bizi müharibələrə, əziyyətlərə düçar eləməsin, dünyada sülh yaransın”.

Şeyxin bəyanatında qələbədə rolu olan dövlətlərin adı sırasına Türkiyə ilə yanaşı İranı və onun dini liderinin də adının əlavə edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəyanatdan sonra sosial şəbəkələrdə  bu istiqamətdə qızğın polemikalar aparılıb. Əkəsriyyətin qənaəti budur ki, İran müharibədən əvvəlki və onun gedişi dönəmində öz ərazisi vasitəsilə Ermənistana silah keçirilməsinə şərait yaradıb. Belə olan təqdirdə İranın dini liderini qələbəyə şərik qoşmaq cəhdini nə dərəcədə obyektiv saymaq olar?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, şeyxin rəhbəri olduğu QMİ-nin yalnız adı müstəqildi: “Uzun illərdi biz həmin qurumun sanki İranın filialı kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. QMİ rəhbərliyində təmsil olunan rəhbərlərin böyük əksəriyyəti İrandakı ayətullahlara təqlid edirlər. Çoxları  təqlidə sırf dini aspektdən yanaşır ki, şəriət məsələlərində hansısa dini xadimə bu ehtiramı göstərmək olar. Unutmayaq ki, təqlid olunan həmin adamlar həm də siyasi kimlik daşıyır. Onlar teokratik rejim olan İran kimi ölkəni idarə edirlər. Təbiidir ki, həmin adamlar üçün İranın dövləti maraqları hansısa şəriət məsələsindən öndə gələr. Dinin dövlətdən ayrı olduğu hansısa ölkədə yaşayan bir alimə təqlid anlaşıla bilər. İranla bağlı məsələ isə tam fərqlidir. Biz uzun illərdi İranın ölkəmizə qarşı mövqeyini görürük. Biz bir dəfə də olsun görmədik ki, İran BMT və başqa qurumlarda ermənilərin məscidlərimizin başına gətirdiklərinə  etiraz səsini ucaltsın. Xameneyi dini liderdən əvvəl, həm də siyasi rəhbərdi. Bizim şeyx bir neçə il əvvəl verdiyi müsahibədə deyib ki, Sistaniyə təqlid edir. Bu, yolverilməzdir. Bir şəxsin başqasına təqlidi, onun tərəfindən verilən bütün qərarlara mütləq tabe olmağı şərtləndirir. Biz bilirik ki, bir çox ölkələr öz dövləti maraqlarını din pərdəsi arxasında cəmiyyətə yeritməyə çalışır. Şeyxin iştirak etdiyi  bayram namazında nədənsə biz yalnız İranın ölkəmizdəki səfirini gördük. Niyə Türkiyənin və ya Pakistanın səfiri orda yox idi?”

İlhayiyatçının sözlərinə görə, ölkədə bütün sahələrdə aparılan islahatların dini cameəyə də sirayət etməsinə ehtiyac var: “Özünün  fətva şurası olan bir idarə niyə başqa bir ölkənin dini liderlərinə tabe olmalıdır? Azərbaycan qələbəni xalqımızın birliyi və Ali Baş Komandanın əzmi, iradəsi nəticəsində əldə edib. Xarici dəstəyə gəldikdə isə bizə bu dəstəyi daha çox Türkiyə və Pakistan verdi. Əksinə, biz İrandan başqa addımların atıldığının şahidi olduq. Xameneyinin “Qarabağ İslam torpağıdır” ifadəsi də çox mücərrəddir. Niyə konkret demir ki, Azərbaycan ərazisidir? Onlar İslam deyəndə ilk növbədə İranı nəzərdə tuturlar. Hətta bəzən bizim bütün ərazimizi də öz parçaları hesab edirlər. Şeyxin bu yöndə verdiyi bəyanatı lazımsız hesab edirəm. İranın lideri Qarabağla bağlı  heç bir fətva verməyib. Güya o, fətva verməsəydi orada ölənlər şəhid sayılmayacaqdı? Həm dini, həm də siyasi baxımdan bu bəyanatı yersiz sayıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ