Peskov Qarabağla bağlı razılaşmaların icrasından danışdı...

img

Rusiyanın Azərbaycanla Ermənistan arasında dialoqun təşkili üzrə fəaliyyəti uğurla aparılır, lakin Moskva Avropa ölkələrinin Qafqazda sülh həllinə imkan yaradan hazırlığını alqışlayır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Əgər vasitəçilik səyləri sülh, sabitlik, proqnozlaşdırılmaya gətirirsə və mövcud razılıqların implementasiyasına yadım edirsə, o zaman onları alqışlamaq olar. Lakin, ümumilikdə bu istiqamətdə iş pis getmir”, - Peskov Aİ ölkələrinin Rusiya-Ermənistan-Azərbaycan danışıqlar formatına daxil olmaq arzusu və Rusiyanın mövqeyinə dair suala cavabında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, RF prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə daimi təmasdadır və Moskva öncə əldə olunan üçtərəfli razılıqların icrasına yönəlib.

Son xəbərlər