Bazar günü günü, 15 noyabr 2026
     

Türkiyə və Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında həlledici rol oynaya bilər...

Image


Məlum olduğu kimi 2011-ci ildən başlayaraq, 500 nəfərə yaxın türk əsgər və polisi Azərbaycan heyəti ilə bərabər Əfqanıstanda xidmət edir. Bu xidmətin qarşıdakı dövr ərzində də davam etməsi gözlənilir. “Taliban” hərəkatı buna qarşı çıxsa da, Əfqanıstan hökuməti tamam fərqli mövqedədir. Bundan başqa, Əfqanıstan hökuməti son illər ərzində Türkiyə və Azərbaycanla münasibətlərini dinamilk şəkildə inkişaf etdirir, birgə iqtisadi layihələr həyata keçirir.

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxmasından sonra isə bu ölkədə vəziyyət gərginləşib. Məsələ burasındadır ki, Türkiyə hökuməti ABŞ-la razılaşaraq, öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Bu qüvvələr Kabil hava limanına nəzarət edəcək. Türkiyə hərbçiləri ilə birlikdə Azərbaycan sülhməramlı qüvvələrinin də Əfqanıstanda qalması istisna olunmur. İndilikdə “Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib. Bununla bağlı “Taliban”ın yaydığı bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan Doha razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir: “Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, lakin işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə məmurlarına qarşı kin və düşmənçilik hisslərini oyadacaq və ikitərəfli əlaqələrə zərər verəcək”. “Taliban” Türkiyə rəhbərliyinin bu qərarını yanlış addım kimi qiymətləndirib: “Bu bizim ərazi bütövlüyümüzün, suverenliyimizin pozulmasıdır və milli maraqlarımıza ziddir. Əfqanıstan İslam Əmirliyi türk və əfqan xalqları arasında problemə səbəb olduğu üçün bu qərarı ən sərt şəkildə qınayır. Biz Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan bu qərarı ləğv etməyə çağırırıq”. Rus hərbi ekspert Aleksandr Xrolenko isə hesab edir ki, baş verənlər təsadüfi xarakter daşımır: “Taliblər Ankara və Vaşinqtonun Kabil hava limanının mühafizəsi və ona nəzarət üçün saxlamaq istədikləri türk hərbçilərinə qarşıdırlar. Buna paralel olaraq, vəhşiləşmiş “İslam Əmirliyi" yaraqlıları hərbi əsirləri – öz ölkələrinin vətəndaşlarını güllələməyə başlayıblar. Əfqanıstan Birləşmiş Ştatlar və onun müttəfiqlərinin nüfuzu ilə birlikdə uçuruma doğru gedir. “Taliban” rəsmən Əfqanıstan ərazisində olan Türkiyə qoşunlarının ABŞ-la bağlanmış sazişi, ölkənin suverenliyi və ərazi bütövlüyünü pozduğunu bildirərək, Türkiyə üçün problemlər ola biləcəyini vəd edib. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ hökuməti ilə 2021-ci il avqustun 31-dən etibarən qeyri-müəyyən müddətə Kabil hava limanının mühafizəsi barədə razılıq əldə olunduğunu bildirib. Paytaxt aeroportunun təhlükəsizliyinin ABŞ və alyans qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra NATO ölkələrindən birinin qüvvələri tərəfindən təmin edilməsi ilkin olaraq mümkünsüz görünürdü. Belə ki, obyekt Kabilin şimal hissəsində yerləşir və şəhərin inşaat və kommunikasiya sistemlərinə inteqrasiya olunub. Ölkədə avtomobil və dəmir yolu şəbəkəsinin inkişaf etməməsi bu hava limanını Əfqanıstandan kənara və bura düşmək istəyənlər üçün əsas "portala" çevirir. Beləliklə, kim aeroporta nəzarət edirsə, faktiki olaraq paytaxtın və xeyli dərəcədə də ölkənin sahibi də elə odur. Təbii ki, taliblər bunu anlayır və öz "əmirliyində" hakimiyyəti öz opponentləri ilə də bölüşmək niyyətində deyillər, qalsın ki, əcnəbi qoşunlarla. Hazırda taliblər ölkənin 398 qəzasından 250-nə nəzarət edir. ABŞ öz qoşunlarının çıxarılmasını təqribən 95% başa çatdırıb. Tendensiyalar aşkardır”.

Ekspert qeyd edir ki, Əfqanıstanın şimal sərhəd rayonlarında hökumət qüvvələri və xalq müqavimət dəstələri ilə “Taliban” qüvvələri arasında qızğın döyüşlər davam edir: “Taliblərin qonşu ölkələrin sərhədlərinin toxunulmazlığı barədə vədlərinə baxmayaraq, Mərkəzi Asiya müharibə xaosuna çox təhlükəli dərəcədə yaxındır. Son həftə ərzində Əfqanıstanın Gündüz, Bədəxşan, Badgis və Herat əyalətlərində döyüş əməliyyatlarının intensivliyi artıb və bu döyüşlər nəticəsində yüzlərlə hərbi qulluqçu, talib və dinc sakin həlak olub. Digər tərəfdən, taliblər ələ keçirdikləri qəzalarda vəhşilik etməkdə davam edirlər – yerli qadın sakinləri zorla arvadlığa götürür, xalqın narazılığını "əmirliyin" yeni qaydaları ilə yatırırlar (televiziyadan, smartfonlardan, musiqidən və Avropasayağı geyimdən imtina) və hətta əsirləri də məhv edirlər.

Mərkəzi Asiyada ən uzun və təhlükəli olan Tacikistan sərhədi, demək olar ki, tamamilə taliblərin nəzarətinə keçib. Əfqanıstanın Gündüz şəhərinin 60 kilometrliyində yerləşən "Şerhan-Bəndər" nəzarət-buraxılış məntəqəsinin ələ keçirilməsi ABŞ üçün xüsusi ilə alçaldıcı zərbə olub. Çünki uzunluğu 700 m olan və bərələri əvəz edən 37 milyon dollar dəyərində körpü 2007-ci ildə ABŞ hökumətinin maliyyə dəstəyi ilə inşa edilib. Bu gün həmin körpüdə "gömrük rüsumlarını" “Taliban” yaraqlıları toplayır. Təsadüfi deyil ki, Rusiya və Tacikistan Əfqanıstanla sərhəddə yeni sərhəd zastavasının inşasına başlayıb. Maraqlıdır ki, “Taliban siyasi ofisi" İstanbuldakı danışıqlara laqeyd yanaşaraq, əvəzində Moskva, Tehran və Mərkəzi Asiyanın bəzi paytaxtlarını ziyarət edib. Son günlər baş verən hadisələr və tendensiyalar bizi əmin edir ki, ABŞ və onun müttəfiqləri artıq Əfqanıstan İslam Respublikasının qanuni rəhbərliyinə heç nə ilə kömək edə bilməzlər. Taliblər hələ Kabildəki hökumətə qalib gəlməmiş Vaşinqtonu üstələyiblər – amerikalılar fəal şəkildə Vyetnamdan sonrakı ən sarsıdıcı geosiyasi məğlubiyyətin günahkarlarını axtarır. Birləşmiş Ştatlar son yetmiş ildə bütün müharibələrdə məğlub olublar, lakin Əfqanıstan onlarla ölkənin iqtisadi potensialı və yüksək texnologiyalı həmrəyliyinə rəğmən 20 il ərzində Şərqi dəyişməyə nail ola bilməyən Qərbin tarixində xüsusi bir səhifədir”. İndi bə şəraitdə Türkiyənin Əfqanıstanda qalması və əfqan hökumətinin bu istəyi tamam fərqli vəziyyət yarada bilər. Hesab edilir ki, Türkiyə əfqan hökumətinin dəstəyi ilə bu ölkədə stabiilikdə mühüm rol oynaya bilər. Bu prosesdə isə Türkiyə hərbçilərinə azərbaycanlı sülhməramlılar da hərtərəfli dəstək verməyə hazırdır.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ