Bazar günü günü, 15 noyabr 2026
     

Blinkenin zəngindən sonra Makron da İrəvana gəlir - atəşkəs pozuntuları vaxtı təsadüfdürmü?...

Image


İkinci Qarabağ müharibəsindən təxminən səkkiz ay sonra ermənilər Azərbaycana qarşı hərbi təxribatlara yenidən başlayıb. Son günlər tez-tez həm dövlət sərhədi boyunca, həm də Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycanın mövqeləri atəşə tutulur.

Ağdam rayonunda törədilmiş silahlı təxribatın ardınca ermənilər bu dəfə Azərbaycan ordusunun Şuşa şəhərindəki mövqelərini atəşə tutub. Bölgədə təhlükəsizliyin təmin edilməsinə məsul olan Rusiya sülhməramlıları isə, nədənsə, vəziyyətə çevik müdaxilə etmir. ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi, eləcə də Ermənistanın Baş naziri vəzfəsini icra edən Nikol Paşinyanın köməkçisi İsaxanyanın Xankəndiyə qanunsuz səfəri fonunda atəşkəsin pozulması halları diqqəti cəlb edir.

Bununla yanaşı, ABŞ dövlət katibi Entoni Blinken Paşinyana zəng etdi. Ardınca Fransanın Ermənistandakı səfiri Conatan Lakott Paşinyanla görüşdü və məlum oldu ki, Fransa prezidenti Emmanuel Makron İrəvana səfər edəcək. Bu təmaslar Qərbin (ABŞ və Fransa) Ermənistanda seçkilərdən sonra münasibətləri aydınlaşdırmaq istəyindən irəli gəlir və Paşinyanın Moskvada Putinlə görüşündən sonra baş verməsi də buna hesablanıb. Başqa bir tərəfdən, sözügedən təmasların Paşinyanın Moskvada Putinlə görüşündən sonra və paralel olaraq atəşkəsin pozulmaqda davam etməsi fonunda baş verməsi nə deməkdir? Bütün bunlar təsadüfdürmü?

  • “...atəşkəsin pozulması təsadüfü deyil və bunların arasında müəyyən əlaqə var”

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevun fikrincə, baş verənlər arasında hardasa sinxron bağlılıq var: “O baxımdan əsla düşünmürəm ki, burada hansısa təsadüf var. Məsələ ondadır ki, bütün bunlar Ermənistanda keçirilən seçkilərdən sonra baş verir. Seçkilərdən sonra Avropa İttifaqı Ermənistana 1,5 milyard avro maliyyə yardımı edəcəyini bəyan etdi. Bu onu göstərir ki, Qərb Paşinyan hakimiyyətinin ayaqda dura bilməsini istəyir. Bunun üçün başlıca amillərdən biri iqtisadi yardımdır. Məlum olduğu kimi, 44 günlük müharibə və üstəgəl pandemiya Ermənistan iqtisadiyyatına güclü zərbə vurub. Paşinyan hakimiyyətinə cəmiyyətin inamını qaytarmaq üçün mütləq müəyyən iqtisadi canlanma olmalıdır. Bu da Qərbin yardımından keçir. Seçkilərdən əvvəl belə proqnozlar səslənirdi ki, Paşinyanın qalib gəlməsi danışıqların davamı, ardınca kommunikasiya xətlərinin açılması deməkdir. Ancaq reallıqda biz bunun əksini görürük. Paşinyan Rusiyaya səfərdən və Qərb ölkələri ilə telefon təmaslarından sonra ritorikanı sərtləşdirir. Delimitasiya və digər məsələlərlə bağlı şərt irəli sürür. Fikrimcə, o müəyyən yerlərdən cəsarət alaraq buna gedir. ABŞ dövlət katibinin Paşinyana zəngi, Blinkenin fransalı həmkarı ilə Qarabağla bağlı müzakirələr aparması, eyni zamanda Makronun Ermənistsana səfər edəcəyini bəyan etməsi bəzi məqamlardan xəbər verir. Məsələnin məğzi ondan ibarətdir ki, Qərb Qarabağ tənzimlənməsinin Rusiyanın moderatorluğu altında həyata keçirilməsini istəmir. Ola bilsin ki, müxtəlif istiqamətlərdə ermənilərin atəşkəsi pozması buna hesablanıb. Qərbin prosesə qoşulmasının müxtəlif tərəfləri var. Bu minvalla Qərb Qarabağ tənzimlənməsini Rusiyanın monopoliyasından çıxarmaq istəyir. Ancaq tənzimlənmə tək Rusiyanın təsir dairəsində deyil. Kimin nə deməsindən aslı olmayaraq, Türkiyə praktiki olaraq proseslərin içindədir. Yəni tənzimlənmədə tək Rusiyanın hegemon olduğunu düşünmək doğru olmaz. Məsələnin mənfi tərəfi odur ki, Qərb prosesə qatılmaqla ATƏT-in Minsk Qrupunu yenidən canlandırmaq istəyir. Bu isə əsla bizim mənafeyimizə uyğun deyil. Çünki ortada acı təcrübə var. Ona görə də atəşkəsin pozulması təsadüfü deyil və bunların arasında müəyyən əlaqə var. Qərbin aktivləşməsi Rusiyaya sərf etmir. Ancaq maraqlı olan odur ki, Kreml atəşkəsin pozulmasını önləmək üçün çevik tədbirlər görmək istəmir”.

İAT sədri hesab edir ki, Azərbaycan prosesləri son dərəcə həssaslıqla izləyib təhlil etməli və Türkiyə ilə birlikdə, koordinə olunmuş formada hərəkət etməlidir.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ