Bazar günü günü, 15 noyabr 2026
     

“Dəmir yumruq” yenə Ermənistanın başı üzərinə qalxır – elə özünün pozucu davranışları sayəsində...

Image


Ermənistanda 20 iyun parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsindən 1 aya yaxın vaxt ötsə də, rəsmi İrəvandan Azərbaycanla münasibətlərin normallaşması istiqmətində bugünədək pozitiv siqnallar yoxdur. Halbuki, erməni cəmiyyəti Nikol Paşinyan və komandasını ona görə dəstəkləmişdi ki, Azərbaycanla əlaqələr sülh müstəvsində qurulsun, Qarabağ problemi yenidən qabarmasın. Lakin Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı dəstələrinin atəşkəsi pozması İrəvanın hələ də ağıllanmadığını göstərir və bu da erməni tərəfinə baha başa gələ bilər.

Qeyd edək ki, elə Prezident İlham Əliyev də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında bu fonda bir sıra vacib məsələlərə toxundu. Bildirdi ki, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, münaqişəni öz gücünə nizama saldı. Dövlət başçısı bir daha açıq şəkildə münaqişəyə yekun vurulduğunu diqqətə çatdırdı və xam xəyallara düşənlərə xəbərdarlıq etdi. Azərbaycan Prezidentinin bu xəbərdarlığı həm hələ də münaqişə anlayışını ortaya atmağa çalışan bəzi xarici qüvvələrə, həm də məğlubiyyətdən dərs çıxarmaq istəməyən Ermənistana ünvanlanmışdı. Bu xəbərdarlığın mənası odur  ki, 44 günlük müharibədə ordusunun böyük hissəsini itirən və rəzil vəziyyətə düşən Ermənistanın atəşkəsi pozması yekunda onun daha böyük faciələrinə səbəb ola bilər. Bu mənada, Prezident İlham Əliyevin “biz müharibəyə hər zaman hazırıq və hazır olmalıyıq” söyləməsi Ermənistana açıq şəkildə edilən xəbərdarlıqdır. Bakı haqlı olaraq hesab edir ki, imzalanan bəyanatlar yerinə yetirilməlidir. Ermənistanın bundan başqa yolu yoxdur. Azərbaycanın səbrini sınamaq, pozuculuq fəaliyyətinə cəhdlər etmək, təbii ki, düşmən üçün yaxşı heç nə ilə nəticələnməyəcək. İndilikdə isə Ermənistan hələ də özünü naşı obrazda aparır. Bu günlərdə Ermənistan baş nazirinin müavininin səlahiyyətlərini icra edən Tiqran Avinyan bəyan edib ki, Dağlıq Qarabağın statusu müəyyənləşdirilmədən Bakı ilə sülh razılaşmasından danışmaq mümkün deyil. Halbuki, Azərbaycan tərəfi belə hesab edir ki, münaqişə başa çatıb və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın dövlət başçısı vurğulayıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədləri qəbul etməli, delimitasiya işlərinə başlamalıdır: "İndi beynəlxalq təşkilatlar da delimitasiya ilə bağlı müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər". Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə bildirib: "Görünür, Avinyan unudub ki, artıq seçkilər geridə qalıb. İndi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranmış yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlərlə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə, elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq”. Rəsmi Bakı onu da bildirir ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Qarabağ var.

Vəziyyəti şərh edən rus ekspert İqor Korotçenko qeyd edir ki, hazırda Ermənistanın yürütdüyü siyasət nəticəsində hər hansı bir razılaşmadan söhbət gedə bilməz. Azərbaycanın Ermənistana əlini uzatdığını, uzunmüddətli münaqişəyə son qoymaq, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsi imzalamaq istədiyini və bununla da mübahisə mövzusunu aradan qaldırdığını vurğulayan Korotçenko bunu Prezident İlham Əliyevin ağlabatan, məsuliyyətli siyasəti adlandırıb. O belə hesab edir ki, sülh müqaviləsi bütün Cənubi Qafqazın inkişafını və çiçəklənməsini təmin edən fundamental sənəddir: "Ancaq Ermənistan sülh müqaviləsini imzalamağa və onunla bağlı danışıqlara hazır deyil. Bu məsələdə illüziyalara qapılmaq olmaz. Bu baş verməyəcək. Hər bir halda, hazırkı zaman kəsiyində belə bir şey olmayacaq". Ekspert vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsinə dair ərazi iddiaları Ermənistanın xarici siyasətinin əsas prinsipi olaraq qalır. Korotçenko deyir ki, müharibənin bitməsinə, Ermənistan ordusunun məğlub olmasına və Ermənistanın lideri Nikol Paşinyanın faktiki olaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni elitasının oyunu yeni başlayır. Ekspertin sözlərinə görə, ermənilər 4,5 ildən, yəni Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından sonra müxtəlif manipulyasiya yolları ilə, eləcə də, erməni lobbisinin aktiv fəaliyyəti nəticəsində Azərbaycanın Qarabağ regionunun, daha dəqiq desək, rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazilərin müəyyən bir status almasına çalışacaqlar.

Hər bir halda, erməni hakim elitası tərəfindən Azərbaycana ərazi iddiaları davam edir. Analitik belə hesab edir ki, delimitasiya və demarkasiya məsələsində də vəziyyət eynidir: "Formal olaraq İrəvan bununla bağlı hansısa bəyanatlar verir, ancaq biz yaxşı başa düşürük ki, Ermənistan praktiki olaraq bu məsələlərə baxmaq istəmir. Bu ölkə son 30 il ərzində faktiki mövcud olmayan sərhədlərə çox sərbəst yanaşmağa öyrəşib". Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sərhədyanı ərazilərinə öz mülkiyyəti kimi baxıb, onların təbii sərvətlərini istədiyi kimi istismar edib: "Sərhədlərin demarkasiyası Paşinyana çox böyük siyasi problemlər yarada bilər. Bu səbəbdən də o, əvvəlki kimi demaqogiya ilə məşğul olacaq, sözdə bir şey deyib, əməldə başqa cür hərəkət edəcək". Regionda kommunikasiyaların bərpasına gəlincə, ekspertin sözlərinə görə, Rusiyanın bu məsələdə tutduğu mövqe dəqiqdir: “Rusiya kommunikasiyaların bərpasının, xüsusən də Zəngəzur nəqliyyat dəhlizinin açılmasının tərəfdarıdır. Paşinyanın bu məsələyə necə yanaşması isə ayrı məsələdir. Bəli, o müəyyən vədlər verir, ancaq bu vədlərə nə dərəcədə əməl edəcək, bunu demək çətindir. Xüsusən də, İrəvanda revanşistlərin bütöv bir dəstəsinin həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əməkdaşlığa qarşı çıxdıqları bir vaxtda. Heç nə başa çatmayıb. Müharibəyə son qoyulsa da, Qarabağ üzrə üçtərəfli bəyanatın mənası, interpretasiyası uğrunda mübarizə davam edir. Ermənistan Azərbaycan üçün köhnə, destruktiv və düşmən planı ilə işləməyə davam edir. Ermənistan tərəfi darmadağın olduqdan sonra yaradıcı, normal, konstruktiv qarşılıqlı fəaliyyət və ehtiyatlı ağıllı davranış əvəzinə təxribatlar, atəşə tutma və düşmənçilik taktikası yürüdür. Bu köhnə, kobud və çeynənmiş üsul Azərbaycanı yeni qarşıdurmalar burulğanına çəkmək və Ermənistanı Azərbaycanın aqressiyasının qurbanı kimi təqdim etmək məqsədilə həyata keçirilir. Sonu olmayan bu yol tarixi dalana, eyni səhvlərin təkrarlanmasına aparır. Ermənistan bu yolu seçirsə, buna yalnız təəssüflənmək olar”. Ekspert hesab edir ki, Ermənistanın təxribatçı hərəkətləri dünyanın və geosiyasi vəziyyətin dəyişməsini başa düşməməyin nəticəsidir. Onun fikrincə, Azərbaycanla sülh müqaviləsinin bağlanması, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, Zəngəzur dəhlizinin tezliklə açılması Ermənistan iqtisadiyyatının inkişafı və bərpası baxımından yeganə şansdır. Elitanın seçimi isə erməni xalqının xeyrinə deyil: “Ermənistan Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə özü-özünü iqtisadi blokadaya salıb. Rusiya Ermənistanın inkişafını təmin etməyəcək və dotasiya ayırmayacaq”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ