Tarixdə ilk dəfə olaraq Azərbaycan MM-in deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfərə gedir. İyulun 20-də qardaş ölkə özünün Azadlıq tarixinin 77-ci ildönümünü qeyd edəcək. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımasının əsil məqamıdır.
Bunu “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: "Əvvəla, Türkiyə-Azərbaycan qardaşlığı tarixdə ən yüksək zirvədə geriyə dönməz xarakter alıb.
İkinci, biz artıq Dağlıq Qarabağ münaqişəsini həll etdiyimiz üçün "Yunanıstan birdən qondarma DQR-i tanıyar" kimi qorxular yoxdur. Üstəlik tanısa nə dəyişəcək ki?!
Üçüncü, hələ 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Kofi Annan planı üzrə Kiprin hər iki hissəsində keçirilən referendumun nəticələrini tanıyacağını öncədən bəyan etmişdi. Tarix də sübut etdi ki, İlham Əliyev o zaman bu məsələdə düz mövqedə idi. Məlumdur ki, o zaman Yunanıstan adanın yunan icmasını "yox" deməyə vadar etdi. Demək, Azərbaycanın Şimali Kipri tanımasının hüquqi-siyasi əsası var.
Şimali Kipri tanıyacağıqmı?"