Rusiya Müdafiə Nazirliyi iyulun 13-də Şuşa ətrafında baş vermiş olaylarla bağlı belə məlumat yayıb. "Şuşanın şimal-qərbində Ermənistan silahlı qüvvələri ilə Azərbaycan silahlı qüvvələri arasında nizamsız atışma olub". Məlumatın sonrası əhəmiyyət kəsb etmir.
Bunu özünün Facebook səhifəsində “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev yazıb.
Politoloq daha sonra bildirir: "Əvvəla, Şuşanın şimal-qərbində Ermənistan silahlı qüvvələri nə gəzir? Orada ancaq qanunsuz erməni silahlı dəstələrindən danışmaq olar ki, onların da bu günə qədər tərksilah edilməməsi sülhməramlılara qarşı kəskin suallar ortaya qoyur.
İkinci, axı 10 noyabr sənədinə görə Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağın ərazisini dərhal tərk etməli, onların yerini dərhal sülhməramlılar tutmalı idi. Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması öhdəliyi niyə icra edilməyib?"