Bazar günü günü, 15 noyabr 2026
     

Putinin məntiqinə etiraz - ADR "kvazi dövlət" idi?..

Image


Rusiya prezidenti Putin Ukrayna ilə münasibətlərə dair yazdığı geniş məqalədə qeyd edib ki, SSRİ-nin yaradılması haqqında Bəyannamədə və Konstitusiyada respublikalara ittifaqdan sərbəst şəkildə çıxma hüququnun verilməsi ilə dövlətçiliyimizin əsasına “gec partlayan mina” qoyuldu.

Prezident qeyd edib ki, Sov.İKP-nin rəhbər rolu haqqında sığorta mexanizmi yoxa çıxan kimi ölkə daxildən dağıldı. “Suverenlik paradı” başlandı. 8 dekabr 1991-ci ildə MDB-nin yaradılması haqqında Belovejsk sazişi imzalandı. Elan olundu ki, SSRİ beynəlxalq hüququn subyekti və geopolitik reallıq kimi mövcudluğuna son qoyur”.

Putin Leninin bolşevik hökumətinin addımlarını sərt tənqid edib: “Bolşeviklər rus xalqına sosial eksprementlər üçün material kimi yanaşırdılar. Onlar dünya inqilabı xəyalı ilə yaşayırdılar. Bolşeviklərin fikrincə, ümumiyyətlə milli dövlətləri ləğv etmək lazım idi. Odur ki, özbaşına sərhədlər cızır, səxavətlə ərazi “hədiyyələri” paylayırdılar. Son nəticədə demək olar: Rusiya faktiki olaraq qarət edildi”.

Putin SSRİ respublikaları arasında sərhədlərə də toxunub: “SSRİ-də respublikalar arasında sərhədlər dövlət sərhədləri kimi qəbul edilmirdi. Bu sərhədlər vahid dövlət çərçivəsində şərti xarakter daşıyırdı. Amma 1991-ci ildə bu ərazilər, əsasən orada yaşayan insanlar bir dəqiqənin içində xaricdə qaldılar, tarixi vətənlərindən qoparıldılar”.

Putin əlavə edib ki, zamanla hər şey dəyişir: “Öz dövlətinizi yaratmaq istəyirsiniz? Buyurun! Amma hansı şərtlərlə? Burada Rusiyanın parlaq siyasi xadimlərindən sayılan, Sankt-Peterburqun ilk meri Sobçakın verdiyi bir qiyməti xatırlatmaq istərdim. Peşəkar hüquqşünas kimi o hesab edirdi ki, istənilən qərar legitim olmalıdır. 1992-ci ildə o deyirdi: “İttifaqın təsisçi-respublikaları 1922-ci ildə imzalanmış Müqaviləni ləğv etdikdən sonra SSRİ tərkibinə daxil olarkən malik olduqları sərhədlərinə qayıtmalıdırlar. Qalan digər ərazilər müzakirə və danışıqlar predmetidir. Başqa sözlə, nə ilə gəlmişdiniz, onunla da gedin”. Bu məntiqlə mübahisə etmək çətindir. Əlavə edim ki, bolşeviklərin özbaşına sərhəd çızmaları və manipulyasiyaları volyuntarist xarakter daşıyıb və adamların rəyini nəzərə almayıb”. Putin Rusiya imperiyası dağıldıqdan sonra, 1918-ci ildə onun ərazisində yaranan milli dövlətləri isə “kvazi dövlətlər” adlandırıb.

Putinin məntiqindən belə çıxır ki, Azərbaycan əraziisində yaranan Demokratik Respublika da “kvazi dövlət” olub?

Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəlcə Putinin ifadə etdiyi “kvazi dövlət”in nə olduğuna aydınlıq gətirək: “Bir qədər sadə dillə ifadə etsək, bu tam olmayan dövlət anlamına gəlir. Yarım dövlətlər nə dünya birliyi tərəfindən, nə də ayrıldıqları dövlət tərəfindən tanınmayan, özləri-özlərini elan edən dövlətlərdir. Ümumiyyətlə, bunlar mübahisəli ərazilər, iki və ya daha çox ölkə arasındakı ərazi münaqişələrinin obyektləridir. Təbiidir ki, bu parametrləri ADR-ə şamil etmək olmaz. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.

Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Əfsuslar olsun ki, müstəqilliyimiz çox qısamüddətli oldu. İki ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etdi. Ancaq bu iki il ərzində böyük işlər görüldü. Dövlət atributları qəbul edildi. Dövlət Bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan Dövlət Himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görüldü. Dövlət strukturları yaradıldı. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi. Ancaq əfsuslar olsun ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən müstəqillik uzunmüddətli olmadı”.

Tarixçi alimin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti sadəcə 23 ay mövcud olsa da, bu qısa zamanda çox böyük işlər görüb, xalqımızın demokratik dəyərlər uğrunda mübarizəsində unudulmaz salnamə yaradıb: “ Cümhuriyyət hökumətinin fəaliyyətinin mərkəzində isə respublikanın beynəlxalq aləmdə tanınması məsələsi dayanırdı. Gənc dövlətin rəhbərləri Paris Sülh Konfransında fəal iştirak edərək, bu istiqamətdə uğurlu işlərə imza atdılar.

ADR parlamentli respublikanın klassik modelinə uyğun siyasi plüralizm və çoxpartiyalılıq zəminində idarə olunurdu. Parlament ölkənin bütün dövlət-hüquqi qurumlarının funksiyalarını və fəaliyyətini müəyyən edirdi. Hökumət parlament tərəfindən formalaşdırılırdı və onun qarşısında məsuliyyət daşıyırdı. ADR-də hakimiyyətin bölünmə prinsipi qanunvericiliklə təsdiqlənirdi. Belə ki, Azərbaycan parlamentinin ilk qərarlarından biri parlament üzvlərinin icra strukturlarında vəzifə tutmağı qadağan edən qanun idi. Vəzifələrin belə birləşdirilməsinə yalnız nazirlərə icazə verilirdi. Demokratiya, dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi sahələrdə atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. Belə əsaslarla fəaliyyət göstərən dövlətə  “kvazi” demək tarixi təhrif etməkdir. Görünür, Putinin imperiya ambisiyaları qabardığı üçün belə interpretasiyalar etməyə məcbur olur”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ