Cümə axşamı günü, 14 may 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nurçuluğun başqa təriqətlərdən əsas fərqi...
Tarix: 05.03.2014 / 11:01
Bölmə: Siyasət
Son günlər Nurçu təriqəti barədə istər Azərbaycan, istərsə də dünya mediasında gedən müzakirələr bu təriqətə marağı artırıb. Bu baxımdan da "nurçuluq nədir" sualı ətrafında araşdırma aparmaq qərarına gəldik. Nurçuluq hərəkatının banisi Səid Nursi 1873-cü ildə Bitlisin (vilayət) Nurs kəndində dünyaya gəlib. Əvvəllər Səid Kürdi kimi tanınsa da, Türkiyədə soyad qanunu qəbul olunduqdan sonra anadan olduğu kəndə bağlı olaraq Nursi soyadını qəbul edib. Səid Nursinin yüksək təhsili olmayıb. "Nur risalələri" adlı kitabının Tizyaq adlı risaləsinin 68-ci səhifəsində əsərlərinin özü deyil, şagirdləri (nur tələbələri) tərəfindən yazıldığı qeyd olunur. Türkiyədə məşrutiyyət elan olunduqdan sonra Bitlisdə şeyxlik etməyə başlayan Nurçu, ancaq az sonra İstanbula gəlib siyasi fəaliyyətə qoşularaq "İttihadi Muhamməd Cəmiyyəti"nin qurucularından biri olur. Səid Nursi 31 mart qiyamından əvvəl Dərviş Vahdəddinlə yaxın əlaqələr qurur. O zaman dərc olunan "Vulkan" adlı qəzetdə yazdığı məqalələri ilə 31 mart hadisəsini körükləndirənlərdən və həmin dönəmdə yaradılmış "Kürd Teali Cəmiyyəti"nin fəallarından olur. 1912-ci ildə yazdığı bir kitabında "oyan, ey Səlahəddin Əyyubinin nəvələri kürdlər" deyərək kürdləri türklərə qarşı qaldırmağa cəhd edir. "Məktubat" adlı əsərində isə "türk olmadığını, türklük ilə münasibətinin olmadığı, Türkiyədə kürd milləti adlı başqa bir millətin olduğunu" irəli sürür. Səid Nursi istiqlal savaşı zamanı xilafətin bərpa olunacağı ümidi ilə Ankaraya gəlir. Ancaq Türkiyədə dünyəvi respublika qurulduqdan sonra ümidini itirərək Vana gedir. 1925-ci ildə Şeyx Səid üsyanından sonra həbs olunan S.Nursi İsparta əyalətinin Barla kəndinə, daha sonra isə Kastamonu, Afyon və Əmirdağa sürgün edilir. Bundan başqa, Afyon, Dənizli, və Əskişəhər həbsxanalarında yatır. Səid Nursi 23 mart 1960-cı ildə Urfada vəfat etsə də6 yetişdirdiyi tələbələr (nur şagirdləri) onun fəlsəfəsini günümüzə qədər gətirib çatdırıblar. Nurçuluq bir təriqət kimi fəaliyyət göstərsə də, nurçular bu hərəkatın təriqət deyil, Qurani-Kərimin 20-ci əsrdə təfsiri üzərində qurulmuş bir məktəb olduğunu və sayı 130-a çatan "Nur risalələri"nin də Quranın təfsiri olduğunu iddia edirlər. İlk dəfə 1955-57-ci illərdə Qurani-Kərim və "Nur risalələri"nin yazılması ilə bağlı nurçular arasında yaranan parçalanmalar S.Nursinin ölümündən sonra daha da dərinləşir. Nəticədə təriqət bir neçə qrupa bölünür. Birinci qrup "Qurana küfr yazısı ilə xidmət olmaz" şüarını irəli sürərək "Nur risalələri"nin mütləq ərəbcə və əllə yazılmasını, bunun üçün də bütün nurçuların ərəbcəni öyrənməsinin lazım gəldiyini bildirir. Bu qrupa "yazıçı nurçular" deyirlər. İkinci qrup "oxuyucu nurçular" kimi tanınır. Bu qrup dinə xidmət edən əsərlərin latın əlifbası ilə yazılmasını məqbul görür. "Oxuyucu" və "yazıçı" qrup arasında narazılıqların sonunda, 1969-cu ildə "oxuyucu"lar içərisindən "Fətullah Gülən qrupu" ayrılır. Bu qrupun digərlərindən fərqi onların tələbələr arasında təbliğata üstünlük verməsidir. 1982-ci ildə baş verən Konstitusiya səsverməsi zamanı "oxuyucu" qrup arasından "qəzetəçi" və "şuraçı" adlı yeni bölmələrin ayrılması baş verir. Bu gün Yeni Nəsilçilər kimi tanınan "qəzetəçi" qrupu 1982-ci il Konstitusiyasına "yox", "Şuraçı" qrup isə "hə" deyilməsinin tərəfdarı idilər. Bu gün nurçular "Qazetəçilər", "Şuraçılar", "Fətullah Gülənçilər" və "Yazıçılar" adlı qruplardan ibarətdir. Bu qruplar arasında yalnız "Yazıçılar" nisbətən zəifləyib. Nurçuluğun dünyəvi respublikaya və Atatürkə qarşı hərəkat olduğunu görmək üçün "Nur risalələri"nə baxmaq yetərlidir. Nurçuluq nəzəriyyəsində Türkiyə Cumhuriyyətinin tamamilə şəriət və İslam prinsipləri əsasında idarə olunması, xilafət və səltənətin bərpa edilməsi, inqilabların keçici olduğu və Qurandan başqa bir Konstitusiyaya ehtiyac olmadığı vurğulanır. Cəmiyyətdə təpki olacağından ehtiyat edərək nurçular risalələrdəki bu hissələri seçərək baş tərəflərinə məhkəmələrin bəraət qərarını əlavə edirlər. Hazırda bu təriqətin ən nüfuzlu lideri kimi ABŞ-da yaşayan Fətullah Gülən tanınır. Biz bu məlumatları çatırarkən müxtəlif qaynaqlara müraciət etdik. Ancaq bu heç də o anlama gəlməməlidir ki, təriqət barədə hansısa mövqeyi ortaya qoymaq istəyirik. Məqsədimiz cəmiyyəti bu maraqlı mövzu ilə tanış etməkdir. Bəs, Azərbaycanda Nurçuluq barədə nə düşünürlər? Tanınmış ilahiyyatçı Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında dedi ki, onun özü şiə təriqətinə mənsub olsa da, Nur camaatının təmsilçiləri ilə yaxın münasibətləri var: "Bu təriqətdən olan dostlarımın içərisində Türkiyədə millət vəkili olanlar da az deyil. Hesab edirəm ki, bu təriqətlə bağlı baş verən proseslərə heç bir halda Azərbaycanın fikir adamları və xəbər agentlikləri müdaxilə etməməlidir. Bu, radikal və qorxulu təriqət deyil. Onların Azərbaycana heç bir ziyanı ola bilməz. Təriqətin başında duranlarla şəxsən tanış olduğum üçün deyə bilərəm ki, onlar heç bir halda təriqətlərin qızışdırılmasına yol verməz, Azərbaycanın dövlət maraqlarına uyğun gəlməyən heç bir addımı atmaz. Ancaq bununla yanaşı, hesab edirəm ki, biz Azərbaycan gəncinin istənilən təriqətə meyllənməsinə imkan verməməliyik. Dini araşdıran bir adam kimi deyə bilərəm ki, digər təriqətlərdən Nurçuluğun başlıca fərqi fərdə möhkəm bağlılıqla izah olunur. Təriqətin daxilindən çıxan liderlərə bağlılıq daha çoxdur. Onun söylədiyi mütləq hökm kimi qəbul olunur və üzvlərin yaşam tərzinə çevrilir. Digər təriqətlərdən fərqli olaraq onların qarşısına qoyduğu başlıca hədəf təhsildir. Nurçular hesab edir ki, istənilən hədəfə çatmağın yolu elmdədir. Bu səbəbdəndir ki, dünyanın müxtəlif ölkələrində Nur mədrəsələri fəaliyyət göstərir. Bütün bunlara rəğmən, dövlətimizin güc strukturları bu yöndə təhlükə görürsə, onların zərərsizləşdirilməsi vacibdir. Təkrar deyirəm, hansısa təriqətdən asılı olmayaraq, Azərbaycan dövlətçiliyinə qarşı hal və hərəkət olacaqsa, onların qarşısını kəsəcək birinci adam mən olacam. Təəssüflər olsun ki, bizdə olan bəzi millət vəkilləri bu təriqətin təmsilçisi kimi çıxış edir. Belə halları qətiyyən yolverilməz sayıram və pisləyirəm"
Məhəmmədəli QƏRİBLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 14.05.2026 / 17:52
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi
- YENİLƏNDİ
Tarix: 14.05.2026 / 17:45
Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”
Tarix: 14.05.2026 / 17:16
Şahzadə Pəhləvini Trampın üstünə belə “qışqırdan” kimdir?...
Tarix: 14.05.2026 / 16:59
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
Tarix: 14.05.2026 / 16:42
Fransanın və Ermənistanın maraqlarına qulluq edən türk diplomatları var imiş...təəssüf...
Tarix: 14.05.2026 / 16:25
"Koçaryan həbsdə olmalıdır"
- Paşinyan
Tarix: 14.05.2026 / 16:21
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı
Tarix: 14.05.2026 / 15:53
"Vardenis 2-ci Qarabağ olacaq" -
seçkiqabağı ermənilərə qarşı Kremlin təbliğat sxemləri işləyir...
Tarix: 14.05.2026 / 15:47
Azərbaycan Qlobal Cənub hərəkatını institutlaşdırmaqda davam edir -
ilk Baş Assambleyada maraqlı təklif səsləndi...
Tarix: 14.05.2026 / 15:14
Əmirliklərin və Səudiyyənin İrana gizli zərbələri indi niyə açılır? -
Trampın oyunu, ya...
Tarix: 14.05.2026 / 13:50
Tramp İranın "zəngin uran"ı haqda heç kimin inanmadığı xəbər yaydı...
Tarix: 14.05.2026 / 13:30
Paşinyan Putinin referendum ideyasını qətiyyətlə rədd etdi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ
Tarix: 07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...
Tarix: 07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...
SON XƏBƏRLƏR
14.05.2026 / 18:14
Oman sahillərində Hindistan yük gəmisi vurularaq batırıldı...
14.05.2026 / 17:52
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirildi
- YENİLƏNDİ
14.05.2026 / 17:45
Nəzakət Məmmədova: “Xatirə Kitabının 17-ci cildində əvvəlki nəşrlərdə adları getməyən, hələ də axtarışlarda olan insanların xatirəsi əbədiləşdirilib”
14.05.2026 / 17:22
Keçmiş hakimlərin vəkil işləməsi hüquq dövlətçiliyinə ziddir...niyə?...
14.05.2026 / 17:16
Şahzadə Pəhləvini Trampın üstünə belə “qışqırdan” kimdir?...
14.05.2026 / 16:59
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
14.05.2026 / 16:42
Fransanın və Ermənistanın maraqlarına qulluq edən türk diplomatları var imiş...təəssüf...
14.05.2026 / 16:30
Saxta “cərimə ödənişi” saytları peyda olub
- XƏBƏRDARLIQ
14.05.2026 / 16:25
"Koçaryan həbsdə olmalıdır"
- Paşinyan
14.05.2026 / 16:21
Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradıldı
14.05.2026 / 16:17
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
14.05.2026 / 16:05
Azərbaycanda iki yeni institut yaradıldı
14.05.2026 / 15:59
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək
14.05.2026 / 15:53
"Vardenis 2-ci Qarabağ olacaq" -
seçkiqabağı ermənilərə qarşı Kremlin təbliğat sxemləri işləyir...
14.05.2026 / 15:47
Azərbaycan Qlobal Cənub hərəkatını institutlaşdırmaqda davam edir -
ilk Baş Assambleyada maraqlı təklif səsləndi...
14.05.2026 / 15:26
WUF13 Festivalı başa çatıb
14.05.2026 / 15:14
Əmirliklərin və Səudiyyənin İrana gizli zərbələri indi niyə açılır? -
Trampın oyunu, ya...
14.05.2026 / 15:12
Arvadı tərəfindən alçaldılan Makron İran əsilli aktrisaya nə yazıb?
- Fransa prezidentinin şillələnməsinin ŞOK səbəbləri...
14.05.2026 / 14:59
Bəzi tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı
14.05.2026 / 14:35
Rusiya Ermənistanı riskli ölkələr sırasına saldı...
14.05.2026 / 14:07
WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
14.05.2026 / 13:50
Tramp İranın "zəngin uran"ı haqda heç kimin inanmadığı xəbər yaydı...
14.05.2026 / 13:30
Paşinyan Putinin referendum ideyasını qətiyyətlə rədd etdi...
14.05.2026 / 12:45
Netanyahu Qəzzada kütləvi edamlara hazırlaşır -
qanun qəbul olundu...
14.05.2026 / 12:31
Nəzakət Məmmədova:"Redaksiyanın hazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir"
14.05.2026 / 12:25
Nəzakət Məmmədova:"Bu cilddə İkinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb"
14.05.2026 / 12:07
Si Cinpindən Trampa xəbərdarlıq
- Tayvan məsələsi... münaqişəyə səbəb ola bilər...
14.05.2026 / 11:50
ABŞ-İran danışıqlarında 6 milyard dollarlıq iddia
- DETALLAR ORTAYA ÇIXDI...
14.05.2026 / 11:35
Müharibənin bir günü Ukraynaya 450 milyona başa gəlir
– XİN başçısı açıqladı...
14.05.2026 / 11:08
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb
14.05.2026 / 10:58
Prezidentin köməkçisi: "BMT TŞ-də Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir"
14.05.2026 / 10:41
"Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir"
- Hikmət Hacıyev
14.05.2026 / 10:27
Ekologiya nazirinə birinci müavin təyin olundu
14.05.2026 / 10:02
Unutmadığımız Sabir...
14.05.2026 / 09:55
Sahibə Qafarova Özbəkistana igetdi
14.05.2026 / 09:41
Dünyanın gözü Çində...
Tramp və Cinpin görüşdü...
14.05.2026 / 09:30
Minimum əmək haqqı nə zaman artırılacaq?
– Deputat açıqladı...
14.05.2026 / 09:10
Masallının icra başçısı ilə bağlı SENSASİYA
– illər əvvəl girov götürülübmüş...
14.05.2026 / 08:47
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
13.05.2026 / 22:29
İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazanıb
13.05.2026 / 21:40
Ermənistana “canıyananlıq” edən Avropa liderlərinin 2020-ci ildəki sifətləri ifşa olundu...
13.05.2026 / 21:13
Rusiya XİN - Ermənistan bunları görməzdən gələ bilməz...
13.05.2026 / 20:37
Sərhəddəki Avropa missiyası Ermənistanı Azərbaycandan qoruya bilərmi?...
13.05.2026 / 20:01
Vasif Talıbov gedəndə Naxçıvanda cəmi 190 rəsmi işsiz var idi
- 14500-ə çatıb...
13.05.2026 / 19:39
Nəzakət Məmmədova: “Təkcə həmin insanın özü şəhid olmur, onunla yanaşı ailəsi də şəhid olur”
13.05.2026 / 19:24
Məlahət İbrahimqızı: "Şəhərsalma və Memarlıq İlində Qərbi Azərbaycanın tarixi abidələri də təbliğ olunacaq"
13.05.2026 / 19:16
ABŞ prezidenti 9 il sonra Çində...
Si Cinpin Trampın qarşısına İranla bağlı 4 maddəlik planla çıxacaq...
13.05.2026 / 19:08
"Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq"
- Vüqar Rəhimzadə
13.05.2026 / 18:53
Əhlliman Əmiraslanov Türk dünyası parlamentarilər vakfının nümayəndələri ilə görüşdü
13.05.2026 / 18:45
Kaspirşikin Qarabağda cinayət əməllərinin maliyyə tərəfləri necə araşdırıla bilər?...
13.05.2026 / 18:32
İsrailli nazir ABŞ-ı hədəf aldı
- təyyarələriniz bizə zərər verir, işğala son qoyun...
13.05.2026 / 17:58
Türkiyənin audit və konsaltinq şəbəkələrinə qarşı strateji əks-hücumu
13.05.2026 / 17:29
İsmayıllıdan könüllü müharibəyə getdi, Şuşada şəhid oldu
- Tural Rəcəbalıyev...
13.05.2026 / 17:15
Putin Paşinyana 2 mürəkkəb seçim verdi -
seçkiyə cəmi 25 gün qaldı...
13.05.2026 / 17:03
Trampın İran müharibəsinin gizli hədəfi aşkar oldu -
"bazarın bölüşdürülməsi..."
13.05.2026 / 16:46
ABŞ rəsmilərindən NATO-nun Ankara Zirvəsinə 4 maddəlik təklif
- Trampın Hörmüzlə bağlı yeni planı ortaya çıxdı...
13.05.2026 / 16:23
Keçmiş mətbuat katibindən Zelenskiyə ŞOK İTTİHAM
– Donbasın ruslara verilməsinə razılaşmışdı...
13.05.2026 / 15:50
Avropa İttifaqı İran və İsrail məsələsində niyə ikili standart tətbiq edir?
13.05.2026 / 15:37
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
13.05.2026 / 15:10
Avropa liderləri Qafqazda “sülh memarı” statusunu Ermənistana yapışdırmağa çalışırlar...
13.05.2026 / 14:44
İqtisadiyyatımiz geriləmədən çıxdı, amma irəliləmə sürəti hələ kifayət deyil...
13.05.2026 / 14:39
Tramp Pekində ABŞ tarixinin görünməmiş uğursuzluğunu yaşaya bilər...
13 mayda...
13.05.2026 / 14:35
Volodin İrəvandakı Avropa sammitlərini Ukrayna ilə müqayisə etdi -
qorxunc yanaşma...
13.05.2026 / 14:20
Sübbuh Babayev:"Şəhidlik mənə qismət olmasa da yeganə oğlum Vüsala qismət oldu"
13.05.2026 / 14:12
Respublika Pediatriya Mərkəzinə direktor təyin edildi
13.05.2026 / 14:07
Tramp ilyarım sonra Donbası Rusiyaya vermək fikrindən imtinaya məcbur edildi...
13.05.2026 / 13:51
ABŞ İranla müharibədə 39 təyyarəsini itirdiyini etiraf etdi
- ŞOK HESABAT...
13.05.2026 / 13:38
WUF13-də 180 ölkədən 32 mindən çox nümayəndənin iştirakı gözlənilir...
13.05.2026 / 13:31
Ceyhun Bayramov və Abbas Əraqçi regional vəziyyəti müzakirə etdi
13.05.2026 / 13:12
Kreml İrəvana:"2 stulda oturmayın", İrəvan Kremlə: "Oturmuruq, ayaq üstdəyik"...
13.05.2026 / 12:59
11 may 2026 - Türkiyə və Ermənistan birbaşa ticarətə başlamağa hazırdır...
13.05.2026 / 12:48
Makron Afrikanın "təkrar işğalına" 24 milyard dollarla başlayır...
"Buraları ABŞ, Çin, Rusiya və Türkiyəyə vermərəm" dedi...
13.05.2026 / 12:31
Pəhləvi ABŞ-dan Tehrana qarşı qətiyyətli hərəkət tələb etdi
13.05.2026 / 12:20
Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı
13.05.2026 / 12:18
Trampın xüsusi adamları Zəngəzurda -
TRİPP-i irəlilətmək, ya Paşinyana seçki dəstəyi...
13.05.2026 / 12:07
Körfəzdə kölgə müharibələri
– İrana gizli hücum edən ölkələr bir-bir üzə çıxır...
13.05.2026 / 11:52
Bakının bu məktəbləri distant təhsilə keçir...
13.05.2026 / 11:42
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul etdi
- FOTO
13.05.2026 / 11:36
Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı
13.05.2026 / 11:29
"Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər"
- "Bakı Metropoliteni"nin sədri
13.05.2026 / 11:13
Türkiyə və Ermənistan birbaşa ticarətə başlayır
- hazırlıqlar tamamlandı...
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verəcək
Populyar xəbərlər
Tarix: 02.05.2026 / 10:35
Şərəfli ömür yolu
Tarix: 10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri
Tarix: 09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"
Tarix: 02.05.2026 / 13:09
Bloomberg: Hindistanla əlaqəli tanker Hörmüz boğazından keçməyə çalışır
Tarix: 16.04.2026 / 19:57
Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?
XƏBƏR ARXİVİ