çərşənbə günü, 07 oktyabr 2026
     

Prezident İlham Əliyevin tapşırıqlarının tam icra olunmama problemi - məmur səhvinin ziyanı xalqa dəyir...

Image


Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən məmurların onun tapşırıqlarını tam icra etmədiyini də vurğulayıb.

Ölkə başçısı bildirib ki, əgər  verdiyi tapşırıqlar məmurlar tərəfindən tam icra olunarsa, heç bir sahədə hər hansı bir axsama olmayacaq: “...Məsələn, nə üçün biz ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda, heç bir yerdə axsama olmayacaq”.

Ekspertlər qeyd edirlər ki, ölkə başçısı bu fikirləri səsləndirməklə bəzi məmurların onun tapşırıqlarına məsuliyyətsiz yanaşdığını, məmur səhvindən isə vətəndaşlarımızın əziyyət çəkdiyini vurğulayıb.

Prezidentin bu fikirlərinin öz işinə məsuliyyətsiz yanaşan məmurlara növbəti xəbərdarlıq olduğunu deyən ekspertlər hesab edirlər ki, məmurlar öz fəaliyyətlərində dönüş etməli, ölkə başçısının bütün tapşırıqlarını zamanındaca həll etməlidirlər.

  • “...üzərinə düşən işi layiqincə görməyən hər bir məmur ölkə başçısının “dəmir yumruğunu” görür, görəcək də”

“Səs” media qrupunun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün məmurlar Prezidentin verdiyi tapşırıqları qüsursuz icra etməyə borcludur, çünki ölkə başçısı onları vəzifəyə təyin edərkən qarşılarına konkret tələblər qoyur, bu tələblər də xalqın rifahının təmin edilməsi, problemlərinin həll edilməsi ilə bağlıdır. “Bu həqiqətən də çox aktual məsələdir. Ümumiyyətlə, cənab Prezidentin Prezident seçildiyi vaxtdan indiyə qədər baxışı necə olub? Cənab Prezident qeyd edib ki, mənim apardığım siyasətin mərkəzində vətəndaş amili dayanır. Bilirsiniz ki, Azərbaycan dövlətinin ən böyük sərvəti onun vətəndaşıdır. Dövlət, konkret olaraq cənab Prezident bu sərvətin qiymətini, dəyərini yaxşı bilir və ona görə də bu sərvəti qorumaq üçün dövlət çox əhəmiyyətli, mühüm proqramlar həyata keçirir. Aparılan siyasətin mərkəzində əgər vətəndaş amili dayanıbsa və cənab Prezident bunu dəfələrlə öz çıxışlarında, müsahibələrində xüsusi vurğulayıbsa, sözsüz ki, bütün dövrlərdəki fəaliyyətində ölkə başçısı vətəndaş amilini nəzərə alır. Amma bəzi məmurlar əgər ölkə başçısının verdiyi tapşırıqları tam olaraq yerinə yetirmirlərsə, həmin məmurlar cənab Prezident tərəfindən lazımi qaydada cəzalandırılır. Birincisi, cənab Prezident səsləndirdiyi bu fikirləri ilə məmurlara mesaj verir ki, siz vətəndaşın qulluqçususunuz, xidmətçisisiniz, Prezidentin yerlərdə sözçüsüsünüz. Cənab Prezident tərəfindən müxtəlif vəzifələrə təyin olunmuş məmurlar vətəndaşın xidmətində dayanmalıdırlar. Onlar əgər düzgün xidmət göstərmirlərsə, vətəndaşları incidirlərsə, şübhəsiz, öz layiqli cəzalarını alırlar. Qeyd etməliyəm ki, bütün dövrlərdə “dəmir yumruğa” ehtiyac var. Cənab Prezidentin “dəmir yumruğu” təkcə düşmənə qarşı deyil (təbii o “dəmir yumruq” düşmənin başbilənlərinin başını əzdi - B.Q). Bütövlükdə, bu “dəmir yumruğu” Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına, ölkəmizə qarşı xəyanət yolu tutan hər bir şəxs, məmur qarşısında görəcək və görür də. Prezidentin tapşırıqlarının icrasına məsuliyyətsiz yanaşan, öz vəzifəsini, üzərinə düşən işi layiqincə görməyən hər bir məmur ölkə başçısının “dəmir yumruğunu” görür, görəcək də. Prezidentin “dəmir yumruğu” xalqla Prezident, xalqla dövlət birliyinin  bir simvoludur. Hesab edirəm ki, xalqımızın Prezidentlə yumruq kimi birləşməsi “dəmir yumruğa” çevrilib. Lazım gələndə dövlətin gücü, xalqın öz Prezidenti, lideri ilə birliyi həmin o “dəmir yumruğu” idarə edir və o yumruq düşmənin də, Azərbaycana xəyanət edənlərin də, öz vəzifəsini doğru-dürüst anlayıb icra etməyən, səlahiyyətlərindən sui-istifadə edən məmurların da başına dəyə bilir. Ona görə də hər kəs o “dəmir yumruğu” görməlidir və dərk etməlidir ki, Vətən, dövlət, xalq yolunda dövlətçiliyimiz, dövlətimizin milli maraqları naminə fəaliyyət göstərməlidir. Məmurlar da cənab Prezidentin qüsursuz fəaliyyətindən nümunə götürərək ölkə başçısının verdiyi tapşırıqların icrasında səhvə yol verməməli, bunu öz əməllərində göstərməlidirlər”.

B.Quliyevin sözlərinə görə, ölkə başçısının verdiyi bu mühüm mesajdan məmurlar nəticə çıxarmalıdırlar ki, onların aqibəti də keçmiş həmkarlarının aqibəti kimi olmasın. “Cənab Prezidentin məmurlara verdiyi bu mühüm mesaj o deməkdir ki, dövlət qurumlarında vəzifə tutan hər bir şəxs dövlət, Vətən, xalq qarşısında məsuliyyət daşıyır, onlar öz məsuliyyətlərini düzgün dərk etməlidirlər. Daşıdıqları məsuliyyət məmurlar tərəfindən düzgün dərk olunmalı, verilən tapşırıqlar və bu istiqamətdə aparılan bütün işlər xalqın, dövlətin maraqlarına uyğun olmalı, məmurların şəxsi maraqları dövlətçilik və xalq maraqlarından üstün olmamalıdır. Bütün məmurlar dövlətin gördüyü işlərə çox ciddi dəstək verməlidirlər” - deyə B.Quliyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ