Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi

img

Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük. Bayraktarların döyüşlərdə nə qədər faydalı olduğunu gördük. Bütün bunların arxasında böyük elmi potensial dayanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında da elm sahəsində sıx əməkdaşlıq mövcuddur: “Qarşıdan gələn müddətdə bizim əsas məqsədimiz bu əməkdaşlığımızı daha da möhkəmləndirməkdir”.

PA rəsmisi qeyd edib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir, bu əməkdaşlıq heç kimin əleyhinə yönəlmir, regionda hər kəs bu əməkdaşlıqdan faydalana bilər. Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, regionda əməkdaşlıqdan faydalana bilər və onun üçün də yeni imkanlar açıla bilər.

Son xəbərlər