çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənistanın ərazilərimizdə qanunsuz məskunlaşdırma fəaliyyətini öz rəhbərləri ifşa edir - Prezident İlham Əliyev maraqlı fakt açdı...

Image


“...Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir. Özü də işğalın ilk illərində Ermənistanın əvvəlki hakimiyyəti bu faktları gizlədirdisə, indiki hakimiyyət bununla fəxr edir, internetdə və özünün kütləvi informasiya vasitələrində Yaxın Şərqin digər dövlətlərinin erməni millətindən olan vətəndaşlarının buraya gəlməsi, Şuşada və digər şəhərlərdə məskunlaşması barədə videoçarxları nümayişkaranə şəkildə dərc edir, bununla da həm beynəlxalq hüquq normalarına, həm də insani əxlaq normalarına tam etinasızlıq göstərirdi.

Bir də hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib.

İşğaldan azad edilmiş digər ərazilərə gəldikdə isə, məsələn, Kəlbəcər, Laçın rayonlarında həm Ermənistan vətəndaşlarının, həm də əsasən diaspordan olan ermənilərin süni şəkildə məskunlaşdırılması aparılıb...”. Bu fikirləri Prezident İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bildirib.

Bu iki ziddiyyət ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşma cinayətinə beynəlxalq qiymət verilməsində necə rol oynaya bilər?

  • “Əgər indiyə qədər beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar əməllərinə göz yummasaydı, obyektiv qiymət versəydi...”

“Novoye vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyi ermənilərin Azərbaycan ərazilərində süni şəkildə qanunsuz məskunlaşdırma siyasətini dünyanın, beynəlxalq təşkilatların gözləri qarşısında həyata keçirib. “Bilirsiniz ki, cənab Prezident bu məsələni dönə-dönə qeyd edib, Ermənistanın keçmiş və indiki rəhbərliyinin bu məsələ ilə bağlı ziddiyyətli mövqe tutduqlarını ifşa edib. Əlbəttə, cənab Prezidentin qeyd etdiyi bütün bu faktlar kifayətdir ki, Ermənistanın 28-30 il müddətində Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparması faktına beynəlxalq ictimaiyyət obyektiv qiymət versin. Lakin bilirik ki, hələ də beynəlxalq təşkilatlar bu məsələyə reaksiya vermək istəmirlər. Bilirik ki, müxtəlif xarici ölkələrdən ermənilərin, hətta erməni olmayanların belə qanunsuz olaraq bizim ərazilərimizə köçürülərək burada əsassız olaraq məskunlaşdırılması prosesi Ermənistanın həm keçmiş, həm də indiki rəhbərliyi tərəfindən həyata keçirilib. Ermənistanın keçmiş rəhbərliyi həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətini boynuna almasa da, etiraf etməsə də, bunu ATƏT-in Minsk Qrupu da, digər beynəlxalq təşkilatlar da, bizim ərazilərimizə qanunsuz səfərlər edənlər də yaxşı bilirdi. Sadəcə olaraq, onlar buna reaksiya vermək istəmirdilər, bununla da Ermənistan rəhbərliyinin qanunsuz süni məskunlaşdırma siyasətinə göz yumurdular. Buna ona görə göz yumurdular ki, Ermənistanın siyasi rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmasın. Çünki bu faktları etiraf etsəydilər, işğalçı Ermənistan və onun  həm indiki, həm də keçmiş siyasi rəhbərliyi ağır şəkildə cəzalandırılmalıydı. İkili standartlardan çıxış edən beynəlxalq təşkilatlar Ermənistanın cəzalandırılmasında maraqlı deyildilər. Ona görə münasibət bildirmirdilər. Ermənistanın keçmiş hakimiyyəti də beynəlxalq aləmin susmasından, seyrçi qalmasından istifadə edərək yalandan deyirdilər ki, biz burada ermənilərin məskunlaşdırılmasını aparmırıq. Bu proses indiki hakimiyyətin dövründə də davam etdirildi və bizim ərazilərimizdə qanunsuz olaraq ermənilər məskunlaşdırıldı. Ermənistanın keçmiş rəhbərliyi beynəlxalq təşkilatların susmasından istifadə edərək süni şəkildə qanunsuz məskunlaşdırma siyasətini gizlətmək istəyirdi, indiki hakimiyyət isə cəzasızlıq mühitindən bu cinayəti açıq-aşkar həyata keçirib, əməllərini etiraf edib. Beynəlxalq birlik Ermənistanın bütün qanunsuz əməllərindən xəbərdar idi. Heç kəs Ermənistanın keçmiş rəhbərliyinə sual vermirdi ki, sən nə üçün işğal edib viran qoyduğun Ağdama və Azərbaycanın digər ərazilərinə beynəlxalq təşkilatların nümayəndələrini buraxmırsan? Çünki beynəlxalq təşkilatların nümayəndələrini o ərazilərə buraxsaydılar, təbii ki, onların arasında az sayda da olsa ədalətli mövqe tutanlar tapılacaqdı və Ermənistanın cinayətlərini beynəlxalq aləmdə ifşa edəcəkdi. Biz XXI əsrdə yaşayırıq, Ermənistan rəhbərliyinin gizlədib-gizlətməməsindən, etiraf edib-etməməsindən asılı olmayaraq, dünya ən müxtəlif vasitələrlə Ermənistanın bizim torpaqlarda qanunsuz surətdə məskunlaşdırma siyasəti apardığından xəbərdardır. Bunu gizlətmək mümkün deyildi”.

Ş.Ağayev bildirdi ki, Ermənistanın indiki rəhbərliyinin bu cinayətini etiraf etməsi təsadüfi deyil. O hesab edir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti bir daha dünyaya faş edildi: “Ermənistanın keçmiş rəhbərliyi bu faktı ona görə etiraf etmirdi ki, torpaqlarımızı işğalda saxlayırdı və elə bilirdi ki, əməllərini gizlətməklə yaxasını məsuliyyətdən qurtaracaq. İndki rəhbərliyi isə ona görə etiraf etməyə məcbur oldu ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdi və Ermənistanın bizim torpaqlarımızda qanunsuz məskunlaşdırma həyata keçirdiyini faktlarla, videolarla sübut etdi, Ermənistanın indiki rəhbərliyi fakt qarşısında qaldı. Azərbaycan bütün dünyaya sübut etdi ki, Ermənistanın keçmiş və indiki rəhbərliyi bizim ərazilərimizə başqa yerlərdən erməniləri köçürərək burada qanunsuz məskunlaşdırma həyata keçirib, süni şəkildə erməni əhalinin sayını artırıb.

Amma təəssüflər olsun ki, nə Ermənistanın keçmiş rəhbərliyinin inkarçılığına, nə də indiki rəhbərliyinin etirafına, bu cinayəti boynuna alması faktına hələ də beynəlxalq təşkilatlar öz münasibətini bildirməyib. Heç kəs Ermənistan rəhbərliyinə sual verməyib ki, niyə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti aparıbsınız, məqsədiniz nə olub və sair? Bu da yenə də beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartla yanaşmasından irəli gəlir. Heç bir beynəlxalq təşkilat Ermənistan rəhbərliyindən soruşmur ki, Azərbaycan torpaqlarını niyə viran qoymusan, evləri, abidələri, maddi irsi məhv etmisən? Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələlərdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Əlimizdə olan bütün təkzibolunmaz faktları beynəlxalq ictimaiyyətə davamlı təqdim etməliyik, Ermənistanın qanunsuz məskunlaşdırma və digər cinayətlərini sübut etməliyik, nəticədə bu ölkənin cinayətkar keçmiş və indiki rəhbərliyinin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasına nail olmalıyıq. Əlbəttə, əgər indiyə qədər beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar əməllərinə göz yummasaydı, obyektiv qiymət versəydi, biz çoxdan bu ölkənin keçmiş və indiki rəhbərliyinin cəzalandırılmasına nail olardıq”.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ