Cümə axşamı günü, 08 oktyabr 2026
     

Türkiyə enerji təhlükəsizliyini Azərbaycana həvalə edir

Image


“Cənub Qaz Dəhlizi”nin tam şəkildə istifadəyə verilməsi ilə Azərbaycan dünya enerji bazarına artıq mühüm qaz oyunçularından biri kimi daxil olmaqdadır. Hazırda Azərbaycan qazı daha çox Gürcüstan, qardaş Türkiyə və Avropaya ixrac edilir. İndi qarşıda duran əsas məsələ ixrac edilən qazın həcminin artırılmasıdır.

Real vəziyyət göstərir ki, həm Türkiyə, həm də Avropa Azərbaycandan daha böyük həcmdə qaz alışına maraq göstərir. Elə Bakı da qeyd edilən istiqamətlərdə qaz ixracının həcmini artırmaq niyyətindədir. Amma Azərbaycan üçün ilk prioritet qardaş Türkiyədir. Belə görünür ki, yaxın tezlikdə Azərbaycan Türkiyənin enerji bazarında əsas oyunçu statusuna yiyələnəcək. Eyni zamanda, Azərbaycanın Türkiyəyə satdığı qazdan daha çox gəlir əldə etməsi də proqnozlaşdırılır. Məsələn, hesablamalara əsasən, “Transanadolu” qaz boru kəməri (TANAP) tam ötürücülük gücünə çatdıqdan sonra ondan illik ümumi gəlirlər 1,5 milyard dollar ola bilər. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur.  Bu layihə 2022-ci ildə tam ötürücülük gücünə çatacaq. Ekspertlər bildirir ki, TANAP-ın ötürücülük gücü ilbəil artmaqdadır və o, tam gəlirli layihədir. Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri, yəni Bakı-Tiflis-Ərzurum və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tiflis-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanıb. İndiyədək Azərbaycandan boru kəmərləri ilə Türkiyəyə 76 milyard kubmetrdən çox qaz nəql olunub. Lakin bu göstərici getdikcə yüksələcək. Xüsusən də qarşıdakı dövrdə TANAP vasitəsilə satılan qazın həcminin artırırlması nəzərdə tutulur. TANAP layihəsinin baş direktoru Saltuk Düzyol da bunu təsdiq edir: “Ötən il Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxladı. 2021-ci ildə də bu tendensiyanın davam etməsi tamamilə BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılıdır”. O bildirib ki, hazırda Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə təklif olunan qazdır, Türkiyə Azərbaycan qazını xüsusi tariflə əldə edir: “Buna görə də, ötən il nisbətən bahalı olan mənbələrdən qaz alışı azaldıldı və üstünlük Azərbaycan qazına verildi. 2021-ci ildə qaza tələbat artarsa, Türkiyə digər mənbələrdən də qaz alışına davam edəcək”. Saltuk Düzyolun sözlərinə görə, yaxın müddətdə BOTAŞ-ın qaz alqı-satqısı ilə bağlı Azərbaycan və Rusiya ilə müqavilələrinin müddəti bitir: “Bakı-Tiflis-Ərzurum təbii qaz xətti də mövcuddur ki, BOTAŞ buradan 6,6 milyard kub metr qaz əldə edir. Təbii ki, bu müqavilənin yenilənməyə ehtiyacı var, çünki növbəti ildə onun müddəti bitəcək. Müqavilənin uzadılması və şərtləri isə Azərbaycanın Qaz Təchizatı Şirkəti ilə BOTAŞ arasında baş tutacaq görüş nəticəsində bəlli olacaq”. O qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasından sonra Türkiyənin ikinci qaz tədarükçüsüdür: “Türkiyənin Azərbaycanla TANAP-la birgə 12,2 milyard kub metr civarında təbii qaz alqı-satqı müqaviləsi var. Növbəti illərdə Türkiyənin Rusiyadan aldığı qazın miqdarı azalsa, Azərbaycandan alınacaq qazın miqdarı arta bilər və təbii ki, sabit də qala bilər. Bu, BOTAŞ-ın strategiyası ilə əlaqəlidir”. Araşdırmalar göstərir ki, əslində, Türkiyə təbii qaza olan ehtiyacının yarıdan çoxunu Azərbaycan hesabına ödəmək niyyətindədir. Bu da Türkiyənin enerji bazarında Azərbaycanın artıq əsas oyunçu statusu alması deməkdir.

Azərbaycan üçün mühüm məqamlardan biri həm də Türkiyə üzərindən Naxçıvana qaz ötürməkdir. Xatırladaq ki, ötən il dekabrın 15-də Ankarada Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvana təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Məsələ ilə bağlı verdiyi açıqlamada Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz qeyd edir: "Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah, yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal boru kəmərinin istehsalına başlayacağıq. Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İğdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir".

Nazir Naxçıvana tədarük ediləcək təbii qaz kəməri marşrutu üzərində yerləşən bələdiyyələrin və qəsəbələrin gələcəkdə təbii qazdan istifadə etmək üçün çıxış nöqtələrinə malik olacağını deyib. İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql edəcək. Bu boru kəməri illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ