Cümə axşamı günü, 08 oktyabr 2026
     

Bakı Qarabağ məsələsində yalnız neytral vasitəçilərin fəaliyyətinə imkan verəcək

Image


Birmənalı həqiqətdir ki, bu gün artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud proseslərin tənzimlənməsində kənar vasitəçi kimi aktiv rol Rusiya və Türkiyəyə məxsusdur. İndilikdə daha çox Kremlin fəaliyyəti də aydın nəzərə çarpır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransa daha çox ermənipərəst mövqe sərgilədiyindən, neytral vasitəçi statusunu itirib. ABŞ isə diqqəti daha çox daxili proseslərə yönəldib.

Bütün bunlar fonunda mövcud reallıq odur ki, Azərbaycan Qarabağ məsələsini öz maraqları çərçivəsində həll etdi. Bu halda indi əsas məsələlərdən biri vasitəçilərin yeni reallıqlar fonunda tarazlığı qoruyib saxlamasıdır. Rus ekspert Sergey Markedonov “Valday Club” portalında dərc etdiyi analitik yazısında bunu çox vacib sayır. Burada o, Rusiyanın da neytrallığı davam etdirməsinin vacibliyini önə çəkir. Çünki Rusiyanın və digər vasitəçilərin bundan sonrakı fəaliyyəti məhz onların neytrallığından asılıdır. Ekspert bu xüsusda yazır: “Moskvanın Ermənistan və Azərbaycan, Türkiyə və İran, eləcə də ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə münasibətlərdə tarazlığı qoruyub saxlaması son dərəcə vacibdir. ABŞ və müttəfiqləri hazırkı konsensusa yenidən baxmağa başlayana qədər (və əgər belə olarsa) Rusiyanın Qarabağla bağlı Qərblə əlavə gərginlik yaratmasına ehtiyac yoxdur.

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsinə həsr olunmuş üçtərəfli görüşü mahiyyətli olmaqla yanaşı, həm də rəmzi bir hadisədir. Bu göstərir ki, keçən ilin sonunda baş verən Qafqaz bölgəsindəki status-kvoda köklü dəyişikliyə baxmayaraq, çoxdan bəri davam edən etno-siyasi münaqişənin həlli 2021-ci ildə birbaşa Bakı və İrəvan, eləcə də Moskva üçün təcili bir vəzifə olaraq qalır. Və bu proses asan deyil. 1994-cü ildə İrəvan və Xankəndidə çoxları düşünüb ki, Azərbaycanın məğlubiyyəti, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), həm də ətrafı ərazilərin itirilməsi, ən azından son olmasa da, uzun müddət vəziyyəti dəyişməyəcək. Ermənilər zamanla dünyanın, Kiprdə olduğu kimi, yeni status-kvoya alışacağına əmin idilər.

Bununla belə, 2008, 2010, 2014, 2016 və xüsusilə 2020 hadisələri bu iddiaların illüziya olduğunu ortaya çıxarıb. Qarabağdakı hərbi-siyasi vəziyyət kökündən dəyişib. Keçmiş “təmas xətti” itib; yalnız keçmiş DQMV-ni əhatə edən 7 rayon deyil, daha əvvəl onun tərkibində olan bir sıra ərazilər (Şuşa, Hadrut, Xocavəndin digər bölgələri) Bakının nəzarətinə keçib. Və bu gün Azərbaycan rəsmiləri Qarabağdakı münaqişədən keçmiş zamanda danışırlar, açıqlasmalarında, demək olar ki, yalnız məhv edilmiş və baxımsız ərazilərin bərpası üçün sosial-iqtisadi planlara yönəlirlər. Bəs, Ermənistan-Azərbaycan qarşıdurmasında daha nələr “həll olunmayıb”?

Əvvəla, 9 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı sənədin, jurnalistlərin tez-tez dediyi kimi, siyasi bir razılaşma olmadığına diqqət yetirilməlidir. Bu – hərbi qarşıdurmaya son qoymağı hədəfləyən üç ölkə liderlərinin birgə bəyanatıdır. O, sülh prosesinin “səbətlərindən” yalnız birini – keçmiş DQMV-dən kənar ərazilərin işğaldan azad edilməsini nəzərdə tutur. Fəqət ikinci “səbət” – mübahisəli bölgənin, əslində, zamanında münaqişənin başlanğıcı rolunu oynayan statusunu nəzərə almır. Hətta bəyanarda bu qeyd edilmir. Səssizliyin səbəbi aydındır. Prioritet vəzifənin döyüş əməliyyatlarını dayandırmaq olduğu mərhələdə atəşkəs üçün ilkin şərt kimi həmin məsələni qaldırmaq mümkün deyildi. Bu, istər-istəməz, sülh təşəbbüsünü uğursuzluğa düçar edəcəkdi; Rusiya, Fransa və ABŞ tərəfindən irəli sürülən əvvəlki üç təklifin taleyini təkrarlayardı. Lakin məsələ həll gündəmindən itməyib, bunu Ermənistan baş naziri Nikol Paşinyanın 11 yanvar 2021-ci ildə Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanat da sübut edir. Azərbaycan, əksinə, ərazi bütövlüyünün bərpası ilə bağlı status problemini faktiki olaraq həll edilmiş sayır. Paşinyanın inadkarlığının böyük ölçüdə Ermənistandakı daxili siyasi vəziyyətlə əlaqəli olduğu da nəzərə alınmalıdır. İrəvanın Bakıya verdiyi güzəştlərdən narazılıq çox böyük olaraq qalır. İkinci Qarabağ müharibəsindən sonra kəskin aktuallaşan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinin həlli hələ də mövcuddur. Yeni, hətta cüzi ərazi güzəştləri ehtimalı Paşinyan üçün əlavə risqlər yaradır. Ancaq bu hekayət təkcə ayrı-ayrı siyasətçilərlə məhdudlaşmır. Bu o deməkdir ki, hərbi əməliyyatların dayandırılması hüdudlarından kənara çıxacaq, bir növ, hərtərəfli razılaşma hazırlamaq olduqca vacibdir. İlk baxışdan o artıq mövcuddur. Bunlar danışıqlar üçün əsas olan “təməl prinsiplər”dir. Ancaq bu prinsiplər köhnə status-kvo altında qəbul edilib və onların əhəmiyyətli hissəsi danışıqlar masasında olmasa da, döyüş əməliyyatları zamanı həyata keçirilib. Sovet İttifaqının dağılmasından sonra ilk dəfə Qarabağda sülhməramlılar yerləşdirilib. Həm Bakıda, həm də İrəvanda onların rolu müsbət qiymətləndirilir. Bununla birlikdə, sülhməramlıların səlahiyyətləri 5 illə məhdudlaşır, məsələn, Abxaziya, Cənubi Osetiya və ya Dnestryanıda belə deyil. Böyük xarici oyunçuların Qarabağı necə formalaşdırmaq barədə fərqli fikirləri də ortadan qalxmayacaq. Rusiya, İran və Türkiyə bir-biri ilə qarşılıqlı əlaqədə olmağı və “Qərb tərəfdaşları”nın iştirakının minimum səviyyədə qalmasını istəsələr də, 3 Avrasiya nəhəngi Qafqazın perspektivlərini və bu bölgədəki problemlərin həllində iştiraklarını fərqli qiymətləndirir. Rusiya hərbi münaqişəni dayandırmağa və yeni status-kvo çərçivəsində danışıqlar prosesində liderliyi ələ almağa müvəffəq olduqdan sonra kollektiv Qərb Qarabağ məsələlərindən bir oyunçu olaraq kənarlaşdırılıb. Ancaq ABŞ və müttəfiqlərinin daha aktiv iştirakı tamamilə qapalı bir mövzu kimi görünmür. Bu gün Vaşinqton və Paris Moskvanın fəaliyyətini və lider mövqelərini izləyir. Lakin bu passiv müşahidədən uzaqdır. ABŞ Konqresinin Qarabağla bağlı ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoruna ünvanladığı son təşəbbüsə baxmaq kifayətdir. Moskva ilə Bakı, ya da Moskva ilə İrəvan arasındakı münasibətlərin pisləşməsi, həm də Türkiyə ilə qarşıdurma nəticəsində yaranacaq Rusiyanın Qafqazdakı istənilən uğursuzluğu Qafqaz regional gündəminə müdaxiləni artırmaq üçün istifadə ediləcək.

Buna görə də, hazırda Rusiya tərəfi yalnız münaqişənin həlli barədə danışmaq üçün deyil, həm də münaqişə tərəflərini ortaq iqtisadi layihələr yolu ilə effektiv sülh axtarışına bağlamağa çox çalışır. Gürcüstan ssenarilərinin Qarabağ torpağında təkrarlanması, bölgənin beynəlmiləlləşməsi Rusiya-NATO qarşıdurması ilə müqayisədə daha mürəkkəb format alacaq. Bu baxımdan, Moskvanın Ermənistan və Azərbaycanla, Türkiyə və İranla, eləcə də ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə münasibətlərdə tarazlığı qoruyaraq, yəni “Scylla və Charybdis” (“iki od”) arasında hərəkət etməsi son dərəcə vacibdir. ABŞ və müttəfiqləri Rusiya ilə hazırkı kövrək konsensusa yenidən baxmağa başlayana qədər (və əgər belə olasa) Moskvanın Qarabağla bağlı Qərblə əlavə gərginlik yaratmağa ehtiyacı yoxdur”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ