20/10/2020 07:48
728 x 90

NATO Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı

img

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay yazılı açıqlama yayaraq, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatların NATO-nun dərin narahatlığına səbəb olduğunu bildirib.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir” – deyə Appaturay bildirib.

Son xəbərlər