20/10/2020 07:34
728 x 90

“Vətən naminə həmrəy olmalıyıq” - Əhliman Əmiraslanov

img

27 sentyabr səhər saatlarından Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Ağır döyüşlər gedir. 

Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib. Artıq Müdafiə Nazirliyinin məlumatına görə düşmən ordusu ciddi itki verərək geri çəkilir və bəzi kəndlərimiz nəzarətimiz altına keçib. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir. Bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilən BMT-nin sessiyasında Ermənistanın bu təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, cənab Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir. Bir daha xalqımıza, ziyalılarımıza, seçicilərimə, xaricdə yaşayan soydaşlarımıza müracət edərək bildirirəm ki, belə bir ərəfədə Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik, xalq olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, ehtiyac yarandığı halda hər birimiz yaşımızdan və tutuduğumuz vəzifədən asılı olmayaraq cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq. 

Allah Ordumuzu qorusun!

Əhliman Əmiraslanov
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik 

Son xəbərlər