25/10/2020 17:46
728 x 90

Rusiyalı tarixçi Ermənistanın Azərbaycana hücumunu Hitler Almaniyasının SSRİ-yə hücumuna bənzətdi

img

Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov bazar günü Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatı Hitler Almaniyasının Sovet İttifaqına qarşı elan etdiyi müharibə ilə müqayisə edib.

“Bazar günü hava işıqlananda Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə endirdiyi raket-artilleriya zərbələri istər-istəməz mənə 22 iyun 1941-ci ili xatırladır. Həmin gün Hitler Almaniyası eynilə, xaincəsinə, müharibə elan etmədən və bazar günü Sovet İttifaqına hücum edib. Ancaq ideya nasisti Qaregin Njdenin tərəfdarlarından bşaqa heç nə gözləməyə dəyməz. Tarix göstərir ki, millətçilik və faşizm, formalaşdığı və inkikşaf etidiyi milli zəmindən asılı olmayaraq hər zaman və hər yerdə nifrət, təcavüz və müharibə yolu ilə gedir”, - Kuznetsov Facebook-da yazıb.

Onun sözlərinə görə, Ermənistanın hərəkətləri uzun illər ərzində siyasəti planlaşdırılan “aqressiv millətçi rejiminin təcəssümüdür”.

“202-ci il sentyabrın 27-də sübh tezdən bütün baş verənlər gec ya da tez baş verməli idi. Azərbaycan ərazi bütövlyü nüminə öz ərazisində müharibə aparmağa məcburdur, onun müharibəsi haqqlı və ədalətlidir. Ümid edirəm ki, bu ölkənin Ən yeni tarixinə bu müharibə “Azadlıq” və ya “Vətən” müharibəsi kimi düşəcək və dünya tarixində bütün müharibələr kimi, qalibiyyətlə bitəcək. Mən Azərbaycan silahına qələbə və Azərbaycan xalqına mərdlik arzu edirəm”, - Kuznetsov vurğulayıb.

Son xəbərlər