Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycan arasında gərginliklə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlıq keçirir: "Fransa davam edən genişmiqyaslı toqquşmalardan, xüsusilə mülki əhali arasında itkilərin olması xəbərindən dərin narahatlıq keçirir. Biz tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq.