29/10/2020 18:15
728 x 90

Ərdoğan dünyanı Azərbaycanın yanında yer almağa çağırdı

img

Azərbaycana qarşı hücumlarının yenisini əlavə edən Ermənistan bir daha sübut etdi ki sülh və sabitliyin önündə ən böyük əngəldir. Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə Azərbaycanlı qardaşlarının yanındadır: "Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırırıam".

Son xəbərlər