23/10/2020 00:54
728 x 90

Türkiyə parlamentinin sədri Ermənistanı terror dövləti adlandırdı

img

Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islaholunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Mustafa Şentop bildirib ki, Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək.

Son xəbərlər