29/10/2020 09:01
728 x 90

Qardaş Türkiyədən Azərbaycana tam dəstək... Azərbaycan necə istəyirsə, dəstəyimiz də o cürə olacaq - YENİLƏNDİ

img

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın növbəti təxribatına münasibət bildirib.

Baki-xeber.com xəbər verir ki, Türkiyə XİN Azərbaycana dəstəyin tam olduğunu bildirib: "Qardaş Azərbaycan dəstəyimiz tamdır. Azərbaycan nə deyirsə odur. Necə istəyirsə, dəstəyimiz də o cürə olacaq".

"Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır". Bunu isə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın yazıb.

İ.Kalın bildirib: "Ermənilərin Azərbaycana hücumunu qətiyyətlə pisləyirik. Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək və sülh və sabitliyə qarşı çıxdığını bir daha nümayiş etdirərək atəşkəsi pozdu. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatları dərhal dayandırmalıdır".

Türkiyə prezidentinin nümayəndəsi əlavə edib ki, Ankara "bu hücumlar fonunda" Bakını dəstəkləyir.

Son xəbərlər