Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Vahid KİV Bankının yaradılması təklif edildi - FOTO

Image

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda öncə MŞ-nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə.Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub. Ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər.

“2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya ümumilikdə 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır.

251 şikayətin 88-i ayrı-ayrı vətəndaşlardan, 93-ü dövlət idarə, müəssisə və təşkilatlarından, 70-i isə özəl müəssisələrdən daxil olub. 173 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 78 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. Burada baxılan 78 məsələdən 66-sı komissiya səviyyəsində həllini tapıb”, - deyə MŞ sədri aydınlıq gətirib.

Şikayətlərin KİV üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1,qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə 1 faizini təşkil edib.

MŞ sədri hesabatında quruma daxil olan şikayətlərdə ifadə olunan narazılıqları da müvafiq faiz göstəriciləri ilə sadalayıb. Bu baxımdan o, şikayət doğuran materiallarda qarşı tərəfin mövqeyinin işıqlandırılmamasından(35,9 %), işgüzar nüfuzun ləkələnməsindən (29,3 %), şərəf və ləyaqətin təhqirindən (27,4 %) söz açıb və əlavə edib ki, 7,4 faiz şikayət digər müxtəlif məsələlərlə əlaqədardır.

Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərdə ifadə olunan tələblərdən söz açan Ə.Amaşov bildirib ki, şikayətçilərin 26,4 faizi yayımlanmış materialın silinməsini, 20,1 faizi üzr istənilməsini, 17,8 faizi təkzib verilməsini, 15,8 faizi mövqeyinin işıqlandırılmasını, 12,7 faizi KİV-in fəaliyyətinin dayandırılmasını, 7,2 faiz isə digər qanuni ölçünün götürülməsini istəyib. Buna qarşılıq Şura cavabdeh KİV-lərin 31,3 faizinin təkzib verməli, 29,9 faizinin qarşı tərəfin mövqeyini işıqlandırmalı olduğunu müəyyənləşdirib. Digər hallarda Şura məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi məlumatlandırıb.

MŞ sədri diqqətə çatdırıb ki, medianın 9 fevral Parlament seçkilərini işıqlandırmasının vəziyyəti bir neçə mərhələdə öyrənilib. Bunlardan birincisi ümumən KİV-lərin monitorinqinin aparılması, ikincisi isə seçki günü jurnalistlərin öz peşə vəzifələrini reallaşdırmalarının monitorinqidir: “9 fevral Parlament seçkilərinin keçirildiyi gün Şuranın şəhər və mobil telefon nömrələri “qaynar xətt” rejimində işləyib. Fevralın 10-da qurum özünün  yekun hesabatını cəmiyyətə açıqlayıb”.

Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilat ötən müddətdə COVID-19 infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargah və Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib. 

Ə.Amaşov bildirib ki, MŞ KİV-lərə “COVID-19” pandemiyası dövründə medianın nələrə diqqət yetirməli olduğuna dair 4 tövsiyə mətni ünvanlayıb. Bundan başqa, Şura hesabat müddətində pandemiya mövzusunun mediada işıqlandırılması ilə bağlı onlayn konfranslar təşkil edib, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının mövzuya dair onlayn konfranslarında iştirak edib.

“İyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib. Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur.

Şura sədri həmçinin qeyd edib ki, rəhbəri olduğu qurum iyulun 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması ilə bağlı Azərbaycan mediasına müraciət ünvanlayıb. Müraciətdə jurnalistlərin peşə vəzifələrinə həssas yanaşmaları tövsiyə olunub.

Ə.Amaşov MŞ-nin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.

Hesabat dövründə MŞ Dövlət İmtahan Mərkəzinin ali məktəblərin jurnalistika fakültələrinə qəbuldakı qabiliyyət imtahanlarının işində də yaxından iştirak edib.

  • Mətbuat Şurası “Nəriman Nərimanov” və “Əziz Əliyev” mükafatları təsis edir

Ə.Amaşov həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. “Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük. Nəriman Nərimanov qəzet oxumağın mənəvi tələbata çevrilməsinə əzmlə çalışan ziyalılarımızdandır. Tiflis ədəbi mühitinin nümayəndəsi olan Nərimanov elmi-mədəni elitanın, milli burjuaziyanın formalaşmasında söz sənətinin əhəmiyyətini hər zaman vurğulayıb.Əziz Əliyev isə qısa fasilələrlə iki dəfə Tibb Universitetinin rektoru olub. Hazırda universitetinin “Təbib” adlı qəzeti işıq üzü görür ki, həmin nəşr vaxtilə “Tibbi kadrlar uğrunda” adını daşıyıb və məhz görkəmli alimin təşəbbüsü ilə fəaliyyət göstərib. Ə.Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olarkən, bu təhsil ocağının “Bakı Universiteti” qəzetinin nəşrini reallaşdırıb. Qəzet “Bakı tərbiyəsi uğrunda” adlanıb. Görkəmli dövlət xadimi Cənubi Azərbaycanda tarixə “Əziz Əliyev missiyası” kimi düşmüş missiyaya rəhbərlik etdiyi vaxtlarda ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərlik etdiyi “Vətən yolunda” qəzetini qurub. Ə.Əliyev Dağıstana rəhbərliyi illərində 80-dən çox xalqın yaşadığı bu respublikada 30 müxtəlif xalqın dilində qəzetin işıq üzü görməsində yaxından iştirak edib. Bütün bunlar Mətbuat Şurasına onların adını daşıyan mükafatlar təsis etmək üçün imkan verir.

  • Xüsusi gödəkçələrlə bağlı məsələ müzakirə olundu

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesabatı müsbət qiymətləndirdiyini bildirib. O, pandemiya dövründə Şuranın kifayət qədər məhsuldar çalışdığını vurğulayıb. Xüsusən jurnalistlərin sərbəstliyinin mümkün qədər təmin edilməsinə həssas yanaşılmasını vacib məqam kimi önə çəkib.

MŞ sədri Ə.Amaşov mediadan sui-istifadə hallarının qarşısının alınması ilə bağlı məsələnin hər zaman gündəmdə olduğunu deyib. Bu baxımdan o, diqqəti jurnalistlər üçün üzərində “PRESS” yazılmış gödəkçələrin verilməsi məsələsinə yönəldib: “Bu gödəkçələr hazırdır. Onlar nömrələniblər. Məsələyə dair Daxili İşlər Nazirliyi ilə müzakirə aparmışıq. Kütləvi aksiyalarda çoxlu sayda jurnalistin nizamsız şəkildə hərəkət etdiyini, bəzən polis orqanlarının əməkdaşları ilə konfliktə getdiklərini görürük. Jurnalistin işi aksiyanı işıqlandırmaqdır. Şüarlar səsləndirmək, maneçilik törətmək deyil...”

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxışında Şuranın ötən səkkiz ayda kifayət qədər işlər gördüyünü vurğulayıb. O, qurumun İdarə Heyətinin ayrı-ayrı üzvlərinin də pandemiya ilə əlaqədar maarifləndirmə işlərində aktivlik göstərdiklərini bildirib.

  • Vahid KİV Bankı təklifi gündəmdə...

Ə.Amaşov MŞ-nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. “Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaq. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir”.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında hesabat dövründə görülən işlərdən məmnunluğunu dilə gətirib. Aksiyalarda bir qrup şəxsin əynində jurnalist gödəkçəsi ilə probem yaratdıqlarını vurğulayan A.Həsrət məsələnin tənzimlənməsinə sistemli yanaşılmasının zəruriliyini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Şuranın tövsiyə və təkliflərinin bir qayda olaraq hər zaman mediaya yönəldiyini vurğulayıb. Ancaq sosial şəbəkələr də ictimai rəyin formalaşmasında aktiv iştirak edir: “Hesab edirəm ki, Mətbuat Şurası sosial şəbəkələrlərdəki mənfi təmayüllərlə bağlı cəmiyyətin maarifləndirilməsi işində aktiv iştirak etməlidir. Çünki sosial şəbəkələrin başlıca instrumenti informasiyadır”.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov KİV-lərin Prezident İlham Əliyevin söylədiyi ictimai nəzarət funsksiyasını yerinə yetirmələrinə dəstək göstərmələrinin zəruriliyini qabardıb. Bu işdə Şuranın İdarə Heyətinin üzvlərinin daha çox fəallıq göstərməli olduğunu önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid MŞ-nin 2020-ci ilin müvafiq dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiyini diqqətə çatdırıb. Şuranın hadisə və proseslərə kifayət qədər təmkinli və çevik yanaşdığını deyən baş redaktor sərt karantin rejimidə jurnalist fəaliyyətinə sərbəstliyin yaradılmasına dəstək göstərilməsini vacib məqam kimi önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev jurnalistika sahəsindəki problemlərin aradan qaldırılması üçün ayrıca Jurnalist Sənətkarlığı İnstitutunun yaradılmalı olduğunu deyib. Şuraya yeni üzvlərin qəbulu məsələsinə gəlincə, B.Həziyev də məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyacın duyulduğunu önə çəkib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında media fəaliyyətilə bağlı səslənmiş təkliflər ətrafında davamlı ictimai müzakirələrin aparılmasının zəruriliyini əsaslandırıb.

  • Mətbuat Şurasına yeni üzvlər qəbul olunması

İdarə Heyətinin digər üzvləri də qaldırılan məsələlərə dair fikirlərini ifadə etdikdən sonra hesabat və qoyulmuş başqa məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edilib. Qərara alınıb ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin. 



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910