çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı İrəvanın KTMT ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi

Image


Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Azərbaycana qarşı istifadə etməyə çalışsa da, reallıq İrəvanın bu istiqamətdə cəhdlərinin getdikcə daha çox iflasa uğradığını göstərir. Belə görünür ki, bundan sonra da Ermənistanın KTMT-yə istənilən ümidi Azərbaycan sayəsində iflasa məhkumdur. Bunu erməni mediası, eləcə də ekspertlərin açıqlamalarından da aydın görmək olar.

Xatırladaq ki, yerli telekanallara müsahibəsində qeyd edilən xüsusda Prezident İlham Əliyev də olduqca maraqlı açıqlamalar vermişdi. Ermənistanın cari ilin iyulunda sərhəddə törətdiyi təxribata bu fonda toxunan dövlət başçısı qeyd edirdi: “Hesab edirəm ki, onların təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq. Çünki onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat da vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara”. Ekspertlər hesab edir ki, Ermənistanın KTMT fiaskosu Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyətin konkret nəticəsi sayıla bilər. Bunu rus politoloq Anton Bredixin də təsdiq edir. Cəbhədə gərginləşən vəziyyəti şərh edən ekspert bildirir: “Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar mümkündür. Amma Rusiyanın və KTMT-nin bu zaman birbaşa hərbi müdaxiləsi olmayacaq”. O qeyd edib ki, Qarabağ və ətraf rayonlar Ermənistanın ərazisi deyil, bu da hərbi münaqişənin KTMT ölkələrinin iştirakına səbəb olmayacağı anlamına gəlir: "Biz Türkiyənin Azərbaycana ardıcıl və birbaşa dəstəyini görmüşük. Onlar birgə təlimlər keçirib. Rusiya ilə Azərbaycan strateji müttəfiqlərdir. Bununla yanaşı, hazırda erməni hərbçiləri “Qafqaz-2020” təlimlərində iştirak edir. Paşinyan isə Rusiyanın siyasi müttəfiqi deyil. Bu o deməkdir ki, Bakı-İrəvan xətti boyunca hərbi qarşıdurma Ermənistanın özündə siyasi qüvvələr nisbətinə tam təsir göstərə bilər. Məğlubiyyət qaçılmaz olacağı təqdirdə isə Ermənistan hakimiyyəti küçə və “rəngli inqilab” yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirən öz adamları tərəfindən devriləcək”.

Rusiyalı tarixçi və analitik Oleq Kuznetsov da məsələyə eyni prizmadan yanaşır. Onun sözlərinə görə, Ermənistan təcavüzkar dövlət olaraq beynəlxalq hüquq normalarına əməl etmir, ona görə bu ölkənin hansısa beynəlxalq öhdəliyi pozması barədə danışmaq mümkün deyil: “Ermənistanın Dağlıq Qarabağdakı bütün addımları beynəlxalq hüquqdan, qanundan, mənəviyyatdan kənardır, ona görə Ermənistana münasibətdə hansısa beynəlxalq standartları və qaydaları tətbiq etməyi dayandırmağın vaxtı çatıb. Öz hərəkətləri ilə Ermənistan özünü qanundan kənarda qoyub”. Ermənistanın münaqişə çərçivəsində hərbi əməliyyatlara KTMT-ni cəlb etmək cəhdlərini şərh edən O.Kuznetsov bildirib ki, hərbi-siyasi alyansın heç bir üzvü təcavüzkarı dəstəkləmək arzusunda deyil:“Əgər kimsə bunu gizli şəkildə edirsə belə, bu gec-tez üzə çıxacaq. Mən tam əminəm ki, KTMT-nin heç bir üzvü, hətta Rusiya da Ermənistanı Qarabağa görə Azərbaycanla açıq müharibədə dəstəkləməyəcək”. 

ATƏT Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza da eyni mövqeni bölüşür. Sabiq həmsədr vurğulayır ki, KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir: “Fikrimcə, KTMT Ermənistan hücuma məruz qalmadığı təqdirdə heç bir ssenaridə hər hansı bir rol oynamayacaq. Çünki KTMT müdafiə xarakterli hərbi alyansdır, burada hər bir üzv dövlət hücuma məruz qalan istənilən üzv dövlətin köməyinə gəlmək öhdəliyi daşıyır. Ermənistan hər hansı hərbi əməliyyatlara başlasa, KTMT bu məsələyə qatılmayacaq. Rusiya da KTMT-nin digər üzvləri kimi Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. Ermənistan tək və dəstəksizdir”.

Qazaxıstan politoloqu Dosım Satpayev isə burada türk amilinin, Azərbaycanla müttəfiqliyin də öz sözünü dediyini bildirir: “İrəvan dəfələrlə KTMT-ni millətçi planlarını həyata keçirməyə qoşmağa cəhd göstərib. Belə ki, bir neçə il əvvəl Rusiya ilə Türkiyə arasında münaqişə yaşanarkən Ermənistanın KTMT-dəki nümayəndəsi təşkilat üzvlərinin Ankara ilə münaqişədə birmənalı şəkildə Moskvanı dəstəklədikləri barədə bəyanat vermişdi. Lakin Belarus, Qazaxıstan və Qırğızıstan buna etiraz etdilər və bildirdilər ki, heç kim Ermənistan nümayəndəsinə təşkilatın adından bu cür açıqlamalar vermək səlahiyyəti verməyib. KTMT-dən Avrasiya İqtisadi İttifaqı kimi başqa, xüsusən də bu təşkilatların üzvü olmayan bir ölkəyə qarşı istifadə edilə bilməz. KTMT üzvlərindən heç biri, ilk növbədə Qazaxıstan, Ermənistana qurumdan hərbi məqsədlər üçün istifadə etməyə imkan verməz. Təşkilata üzv ölkələr postsovet məkanında heç bir hərbi əməliyyatda iştirak etməyəcəklər. İrəvan aydın şəkildə başa düşməlidir ki, KTMT onun əlində bir dəyənək olmayacaq və təşkilat üzvləri heç bir halda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Qarabağ münaqişəsi beynəlxalq hüquq və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bakıya hər hansı bir formada hərbi təzyiq isə qəbuledilməzdir”. Bütün bunlar KTMT amilinin Azərbaycan tərəfindən artıq uğurla neytrallaşdırıldığını deməyə əsas verir.  

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ