çərşənbə günü, 21 oktyabr 2026
     

Sertifikat almış jurnalistlər KİV-ə Dəstək Fondunun treninq layihəsini necə dəyərləndirdilər…

Image


Son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən mətbuatın inkişafı və jurnalistlərin öz peşə bacarıqlarını daha da təkmilləşdirməsi üçün müxtəlif layihələr həyata keçirilir. 

Məlum olduğu kimi, KİVDF tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunub.

Təlimlər Türkiyənin tanınmış media təlimçiləri – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçirilib.

Qeyd edək ki, 10 sentyabr tarixində reallaşan 1-ci təlim “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, 11 sentyabrda isə “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması” mövzusunda 2-ci təlim Ali Murat Kırık tərəfindən aparılıb.  

14 sentyabr tarixində “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda keçirilən 3-cü təlimi və sentyabrın 15-də reallaşan “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake” mövzusunda 4-cü, sonuncu təlimi isə Bora Balar aparıb.

Sonuncu təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunub, “fake news” və “deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilib, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilib. Sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

KİVDF tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda keçirilən təlimlərə sentyabrın 15-də yekun vurulub.

Ümumilikdə, KİVDF tərəfindən hər birində 25 nəfər olmaqda 4 təlim keçirilib. Təlimlərdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak ediblər. Respublikanın regionlarında fəaliyyət göstərən media nümayəndələri də təşkil olunan təlimlərdə xüsusi fəallıqları ilə seçiliblər.

Sözügedən təlimdə iştirak edən həmkarlarımızla əlaqə saxlayıb onların təəssüratlarını öyrəndik.

KİVDF tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda keçirilən təlimləri necə qiymətləndirirlər? KİVDF-nin bu layihəsinə münasibətləri necədir, orada müasir medianın hansı yeni trendləri öyrədilib?

  • Gülşən Behbud: “Maraqlı və məhsuldar təlimlər üçün KİVDF-yə təşəkkür edirəm”

Təlimlərdə iştirak edən və sertifikat qazanan “RezonansPress.az” saytının rəhbəri, şairə-jurnalist Gülşən Behbud “Bakı-Xəbər”ə bildirdi ki, KİVDF tərəfindən təşkil edilən bu təlimin olduqca böyük əhəmiyyəti var. Müasir dövrün çağırışlarına uyğun şəkildə təşkil edilən təlimlərdə ölkənin bir sıra media qurumlarının əməkdaşlarının iştirak etdiyini qeyd edən G.Behbud hesab edir ki, belə təlimlər çağdaş jurnalistikanın inkişafı, jurnalistlərin peşəkarlığının artması üçün əhəmiyyətlidir. “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən çox maraqlı layihələr təşkil edilir və son təlim layihəsi də onlardan biridir. Türkiyənin tanınmış media təlimçisi – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık maraqlı və yaddaqalan fikirlər söylədi. Əslində,  öyrənmək  heç zaman gec deyil.

Maraqlı və məhsuldar təlimlər üçün KİVDF-yə təşəkkür edirəm və bu cür layihələrin davamlı şəkildə keçirilməsi Azərbaycan mətbuatının bütün sahələri üçün önəmli və gərəklidir. Cəmiyyət və zaman yüksək inkişaf mərhələsindədir. Bu mərhələdə hər sahə özünü inkişaf etdirməli, ortaya maraqlı iş qoymalıdır. Bu, zamanın tələbidir” - deyə G.Behbud bildirdi.

  • Aytən Novruz: “Xarici təlimçilərin iştirakı ilə təşkil olunan təlimdə ilk iştirakım idi”

“Publika.az”ın redaktoru Aytən Novruz da treninqlərdən razı qaldığını qeyd etdi: “KİVDF tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təşkil edilən ikinci təlimdə iştirak etdim. “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması” mövzusunda reallaşan təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Ali Murat Kırık tərəfindən təqdim olundu.

Ekspert rəqabətli xəbər istehsalının hazırlanması, xəbərin oxunaqlığının artırılması üsulları barədə ətraflı məlumat verdi. Bu istiqamətdə Türkiyə təcrübəsini bölüşdü. Bildirdi ki, şişirdilməyən başlıqla da xəbəri oxutmaq mümkündür (kriteriya istənilən ölkənin mediası üçün keçərlidir).

Eyni zamanda, xəbər yazarkən və ya reportaj hazırlayarkən texnoloji vasitələrdən düzgün istifadə qaydaları barədə danışdı. Qeyd etdi ki, Türkiyədə montaj bilməyən müxbir nə qədər professional olsa da, demək olar ki, işə qəbul edilmir. Təlimin sonunda mövzu üzrə suallarımız cavablandırıldı.

Ali Murat Kırıkın mövzu üzrə verdiyi maraqlı şərhlər 2 saat nəzərdə tutulmuş təlim müddətini xeyli uzatdı.

Xarici təlimçilərin iştirakı ilə təşkil olunan təlimdə ilk iştirakım idi, çox razı qaldım. Məhsuldar təlim üçün KİVDF-yə təşəkkür edirəm. KİVDF tərəfindən təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulduğundan, yenidən iştirak etməyi düşünürəm” - deyə A.Novruz vurğuladı.

  • Pərvin Əsgərli: “...bu təlimlərin davamlı olmasına həqiqətən də böyük ehtiyac var”

Təlimlərə qatıldığı üçün KİVDF tərəfindən sertifikata layiq görülən digər həmkarımız ATV xəbərin jurnalisti və aparıcısı Pərvin Əsgərlidir. P.Əsgərli bizimlə söhbətində bildirdi ki, fondun jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə keçirdiyi onlayn təlimlərdən ikisində iştirak edib. “İştirak etdiyim birinci təlim “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”, ikinci təlim isə “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake” mövzusunda olan treninq idi. Hər iki təlim də türkiyəli mütəxəssislərin bələdçiliyi ilə keçdi və təlimlərdə, demək olar, bir neçə saat ərzində çağdaş jurnalistikada olan yeni trendlərdən xəbərdar olmağa çalışdıq. Mən özüm xəbər aparıcısı və xəbər jurnalisti olduğum üçün orada daha çox xəbərin hazırlanması məsələsinə diqqət yetirdim. Mən iştirak etdiyim təlimlərdə son zamanlar sosial şəbəkələrin daha aktivliyini nəzərə alaraq, televiziyada xəbər hazırlanmasında sosial şəbəkələrə istinad edilməsi, xəbərin mənbəyinin daha dəqiq olmasını müəyyən etmək üsulları, hərbi şəraitdə yaşayan bir ölkə vətəndaşı kimi hərbi xəbərlərin yayımlanması zamanı gözlənilməli olan bəzi məqamlarla bağlı sual verdim.  

Qadınlara qarşı zorakılıqla, ölüm və qəzalarla bağlı xəbərlərin daha çox oxunmasının səbəbləri ilə əlaqədar təlim keçən mütəxəssislərə suallar ünvanladım. Təbii ki, türkiyəli mütəxəssislər də suala cavab verdilər. Ümumiyyətlə, orada çox mövzu müzakirə olundu, mən də qeydlərimi apardım. Xəbərin hazırlanması zamanı şəxslərə müraciətlər necə olmalıdır? Təlimçilər bildirdilər ki, xəbərin hazırlanması zamanı jurnalist mümkün qədər tərəfsiz olmalı, xəbəri xəbər kimi verməlidir. Türkiyəli mütəxəssis Ali bəy vurğuladı ki, xəbərdə hansısa şəxsin adının əvvəlinə “hörmətli”, “xanım” və digər müraciət formalarının əlavə edilməsi yolverilməzdir. Jurnalistika fakültəsində oxumuşam. Belə təlimlər haqqında isə sonuncu dəfə bir neçə il bundan əvvəl jurnalistika fakültəsində Amerika mütəxəssislərinin iştirakı ilə keçirilən təlim haqqında məlumat almışdım. KİVDF-yə təşəkkür edirik ki, jurnalistlər üçün belə təlimlər keçirdi. İştirak etdiyim təlimlərdən razı qaldım və bu təlimlərin davamlı olmasına həqiqətən də böyük ehtiyac var. Ümid edirəm ki, bu təlimlər davamlı olacaq” - deyə P.Əsgərli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ