çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycan XİN Paşinyanın təxribatçı fəaliyyətini faktlarla ifşa etdi

Image


Azərbaycan Xarici İşlər (XİN) Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı açıqlama yayıb. XİN-dən baki-xeber.com-a verilən məlumatda deyilir:

- Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.

Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın “cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.

Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.

Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.

Bu “sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan etmişdir.

Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.

Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.

Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaqdır.

Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın Baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyəti

Tarix

Fəaliyyət

8 may 2018-ci il

Nikol Paşinyan Baş nazir seçilməzdən əvvəl, Ermənistanın Milli Məclisinə müraciətində, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırmışdı. Beləliklə, o, danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarladı.

9 may 2018-ci il

Seçkinin ertəsi günü Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak etmişdir, “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsini müzakirə edib və Şuşada “Erməni Dram Muzeyi” ni açıb.

16 iyun 2018-ci il

Nikol Paşinyan yenidən işğal olunmuş Azərbaycan ərazilərini ziyarət edib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinin şərq hissəsindəki mövqelərini yoxlayıb və qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparıb.

9 iyul 2018-ci il

Nikol Paşinyan oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmət keçməyə göndərib. O bildirib ki, bu jest daha çox erməninin orduya cəlb edilməsinə təşviq etmək məqsədi daşıyır.

8 sentyabr 2018-ci il

Moskvada rus-erməni iş adamları ilə görüşən Nikol Paşinyan açıq şəkildə “Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini” söyləyib.

27 fevral 2019-cu il

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyib: “Məskunlaşdırma proqramı adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində, ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaqdır. Çünki bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar aparılacaq, güzəştə gediləcək və s. kimi təhrif edən insanlar, çıxışlar və ifadələr var. Bu proqram nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza dair açıq bir mesaj göndərəcəyik; əksinə, soydaşlarımız o torpaqlarda məskunlaşmalı və ölkəmizi qurmalıdırlar.”

30 mart 2019-cu il

Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmişdir. “Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik - yeni ərazilər üçün yeni müharibə” deyə Tonoyan qeyd etmişdir. O, həmçinin Ermənistanın hücum bölmələrinin sayını artıracağını söyləyib.

9 may 2019-cu il

Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Şuşa şəhərinin işğalı ilə əlaqədar keçirilən şənliklərdə iştirak edib.

30 may 2019-cu il

Ermənistan cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfər etdiyi vaxtda, mayın 30-da səhər saatlarında Azərbaycan Ordusunun mayoru Aqil Ömərov Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən vurularaq həlak olub.

10 iyun 2019-cu il

Müdafiə naziri D.Tonoyan cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan əsgərinin öldürülməsinə şəxsən əmr verdiyini təsdiqləyib və Azərbaycan əsgərinin qatilini ictimai şəkildə mükafatlandırıb.

5 avqust 2019-cu il

Pan-erməni oyunlarının başlaması ərəfəsində Nikol Paşinyan bəyan edib ki, “Artsax Ermənistandır, Nöqtə”, izdiham “Miatsum” (Birləşmə) şüarları səsləndirib.

6-17 avqust 2019-cu il

Ermənistan ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərində Pan-Erməni Oyunları keçirib.

9 avqust 2019-cu il

Ermənistan Sərsəng Su Anbarının infrastrukturunun dəyişdirilməsinə yönəlmiş 4 illik başqa bir layihə elan edib. Ermənistan tərəfi, Ermənistanı Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşdirmək üçün üçüncü avtomobil yolunun inşasını elan edib. Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu infrastruktur dəyişiklikləri Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsini hədəfə alır.

24 sentyabr –5 oktyabr 2019-cu il

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində “Silahlı Qüvvələrin genişləndirilməsi: Düşmənin təcavüzünə qarşı mübarizə” adlı genişmiqyaslı hərbi təlimlər keçirib.

23 dekabr 2019-cu il

Yerevanda, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və qanunsuz rejimin “prezidenti” Arayik Harutyunyanın həmsədrliyi ilə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib.

31 mart 2020-ci il

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz “parlament” və “prezident” seçkiləri keçirib.

21 aprel 2020-ci il

Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsi və nəqliyyat, iqtisadi və digər əlaqələrin açılması” ilə bağlı açıqlamalarını şərh edərək deyib: “Heç bir güzəşt olmayıb və olmayacaq. Erməni tərəfi heç vaxt bu yanaşmanı tətbiq etməyəcəkdir ”.

23 aprel 2020-ci il

Ermənistanın Xarici İşlər Nazirliyi mərhələli yanaşmanı nəzərdə tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təklifinin qəbuledilməz olduğunu bəyan edib.

26 iyun 2020-ci il

Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirib.

10 iyul 2020-ci il

Ermənistan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin məqsədinin Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibənin nəticələrinin möhkəmləndirilməsi olduğunu müəyyənləşdirən, yenidən işlənmiş Milli Təhlükəsizlik Strategiyasını qəbul edib.

12-16 iyul 2020-ci il

Ermənistan, Azərbaycan-Ermənistan beynəlxalq sərhədində, Tovuz bölgəsi istiqamətində Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycanın 12 hərbçisi və bir mülki şəxs qətlə yetirilib.

23 iyul 2020-ci il

Nikol Paşinyan iyul toqquşmalarından sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinin gücləndirildiyini bəyan edib və 7 şərt irəli sürüb: Ermənistanın və qanunsuz rejimin “təhlükəsizlik sistemi gücləndirilməlidir, qanunsuz rejim “danışıqların tam hüquqlu tərəfi olmalıdır”, atəşkəs rejiminin monitorinqi gücləndirilməlidir və s.

4 avqust 2020-ci il

Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra, Ermənistan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib.

11 avqust 2020-ci il

Qanunsuz rejim “əsas inzibati ofisləri” işğal altında olan Şuşa şəhərinə köçürmək niyyətini elan edib.

17 avqust 2020-ci il

Qanunsuz rejim Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib.

26 avqust 2020-ci il

Ermənistan Müdafiə Nazirliyi, Ermənistanın silahlı qüvvələrini gücləndirəcək və Ermənistanın sərhədlərinin “təhlükə altında olan hissələrində” və ya “düşmənlə təmas xəttində” yerləşdirilə bilən ümummilli milis dəstəsini yaratmaq planını elan edib.

28 avqust 2020-ci il

Nikol Paşinyan 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycana qarşı hərbi əməliyyat həyata keçirən erməni hərbçilərinin mükafatlandırılması mərasimini keçirib. O, çıxışında 1990-cı illərin əvvəllərindəki hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki şəxslərə qarşı etdikləri əməllərə görə Monte Melkonyan kimi erməni terrorçularına bir daha tərif yağdırıb.

25-31 avqust 2020-ci il

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində döyüş və atıcılıq təlim kurslarında iştirak edib. Təlimin video və fotoları mediada geniş şəkildə yayılıb.

29 avqust 2020-ci il

Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, həm 1990-cı illərin əvvəllərində, həm də 2020-ci ilin iyul ayında Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən hərbi qulluqçuları mükafatlandırıb.

21 sentyabr 2020-ci il

Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 29-cu ildönümündə xalqa ismarış verib. İsmarışın ikinci sətrində “Artsax Respublikasının qürurlu vətəndaşlarına!” deyilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ