23/10/2020 00:18
728 x 90

PKK-nın erməni silahlıları Suriyadan Qarabağa gətirildi

img

Suriyada fəaliyyət göstərən YPG/PYD terror təşkilatındakı erməni döyüşçülərdən ibarət batalyon işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, 250 nəfərdən ibarət erməni batalyonu iki il əvvəl yaradılıb və Suriyanın şimalında hazırlıq keçib.

Məlumata əsasən YPG düşərgələrində Suriya ermənilərindən ibarət daha iki batalyon fəaliyyət göstərir.

Türkiyə mətbuatında dərc olunan bu məlumatlar onu göstərir ki, hərbi cinayətkar Nikol Paşinyanın rejimi Ermənistanın danışıqlara hazırlığı barədə açıqlamalar verməklə, əslində Azərbaycana qarşı yeni genişmiqyaslı təcavüzə hazırlıq aparır.

Son xəbərlər