çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənistanın dinc insanlarla müharibəsi – Prezident Əliyevin BMT-də səsləndirdiyi hökmün arxasındakı faktlar...

Image


“Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu...”

Bu fikirləri sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas zamanı videoformatda çıxış edən Prezident İlham Əliyev deyib.

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərin arxasında çox ciddi faktlar durur və Ermənistan dövlətinin əsas hədəfi Azərbaycanın mülki əhalisidir.

Fakt budur ki, separatçı Ermənistan dövləti Azərbaycana qarşı ardıcıl olaraq terror əməllərini davam etdirir. Bütün beynəlxalq konvensiyaların, qanunvericiliyin tələblərini pozan Ermənistanın əsas hədəfi Azərbaycanın mülki əhalisidir. Həm müharibə dövründə, həm də atəşkəsdən sonrakı dövrlərdə terror fəaliyyətini davam etdirən Ermənistan ordusu bir hissəsi uşaq olmaqla, Azərbaycanın onlarla mülki şəxsini qətlə yetirib. Ermənilərin minaladığı ərazilərdə mülki sakinlər, o cümlədən, uşaqlar minaya düşərək həlak, yaxud da şikəst olurlar. Bundan başqa, ermənilər uşaqları cəlb etmək üçün oyuncaq formasında partlayıcı maddələrdən istifadə edirlər. 2011-ci il iyulun 15-də ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılmış partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağını ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı taparaq evə gətirib və "oyuncaq”la oynayan zaman partlayış baş verib, nəticədə 13 yaşlı Şahmalıyeva Aygün həlak olub, anası isə yaralanıb. Yenə həmin il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində başından ağır yaralanan Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlov həyatını itirib. 2015-ci il aprelin 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutması nəticəsində 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralandı. 2016-cı il aprelin 4-də düşmən Ağdam rayonunun Əhmədağalı kəndini atəşə tutan zaman Dadaşov Qaraş Şahlar oğlu qoyunlarını otararkən həlak oldu. 2016-cı il aprelin 5-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Turanə Həsənova dünyasını dəyişib. 2016-cı il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində Tovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay ağır yaralanıblar. 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2015-ci il təvəllüdlü 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və nənəsi həlak oldular. 2017-ci il avqustun 8-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü 13 yaşlı Ramin Yusifov ağır yaralanıb. 2016-cı il aprelin 4-də isə Ermənistan silahlı qüvvələrinin atdığı atəş nəticəsində Ağdamda 1 mülki şəxsi öldürülüb,  4-ü yaralanıb.

Belə ki, həmin tarixdə rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu qəlpə yarası xəsarəti alıb. Rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına düşmüş mərminin partlaması nəticəsində orada qoyun otaran kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu isə qəlpə yarası xəsarətləri alaraq hadisə yerində ölüb, 30-a qədər qoyun-quzu tələf olub.

Rayonun Orta Qərvənd kəndinin ərazisinə atılmış mərminin partlaması nəticəsində kənd sakini, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu və 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu qəlpə yarası xəsarətləri alıblar. Qaradağlı kəndinin ərazisində mərminin partlaması nəticəsində rayon dövlət yanğın mühafizə hissəsinin manqa komandiri, 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu qəlpə yarası xəsarətləri alıb.

2020-ci ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin həyata keçirdiyi təxribat zamanı Tovuz rayonu istiqamətində mülki əhali və yaşayış məntəqələri də atəşə tutulub, 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu həlak olub.

Bildiyimiz kimi, Prezident BMT-nin tribunasından açıq bildirdi ki, Ermənistan bizim dinc əhaliyə qarşı müharibə aparır, işğalçı ölkə qəsdən təmas xəttində əhalini öldürür, qətlə yetirir. Ermənistanın bu sayaq cinayətləri niyə cavabsız qalır?

  • Əsli Kazımova: “Cənab Prezident doğru vurğulayır ki, ermənilərin hədəfi mülki əhalidir”

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Bakı-Xəbər”ə şərhində məsələyə bu cür yanaşma sərgilədi. “Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, hər kəsin bilib, amma deməyə cürət etmədiyi bir fikirdir”.

Onun sözlərinə görə, cənab Prezidentin bu mesajı ermənilərin sahiblərinə ünvanlanmış bir mesaj idi: “Bu isə, birmənalı olaraq, Azərbaycanın güc göstərisi kimi də dəyərləndirilə bilər. Çünki bu mesaj eyni zamanda gücümüzü, həmçinin, siyasətimizin müstəqillik dərəcəsini əks etdirməklə, Azərbaycanın həm də Ermənistanı savaş meydanına təkbətək çağırışı kimi də qəbul oluna bilər. Ermənistan son zamanlar aqressiya nümayiş etdirməklə danışıqlar prosesini pozmağa davam edir. Tovuz hadisələrindən sonra əsgərimizin erməni gülləsi ilə şəhid olması faktları qarşısında Azərbaycan susmayacaq. Bunu cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edir. Sülh və diplomatik üsullara sadiq olan Azərbaycan Ermənistanın öz işğalçılıq prinsiplərini davam etdirdiyi sürəcə, təcavüzkar və məkrli siyasətlərindən əl çəkmədiyi təqdirdə mümkün müharibəni inkar etməyəcək. Cənab Prezidentin də dediyi kimi, torpaqlarımızın bir qarışını belə ermənilərə güzəştə getməyəcəyik. Rəsmi İrəvandan fərqli olaraq, nə qardaş Türkiyə, nə də Azərbaycan ermənilərin etnik təmizlənməsini aparmaq niyyətində deyil. Türkiyə Prezidenti sayın Ərdoğanın dediyi kimi, “Biz bir türk olaraq, hər zaman məzlumun yanındayıq”.  İllərlə torpaqsız və vətənsiz erməniyə torpaqlarımızda məskunlaşmağa izn vermişik. Bu gün də Bakıda Azərbaycan vətəndaşı olan erməni əsilli insanlar var. Azərbaycan hökuməti heç bir zaman milli və etnik ayrıseçkiliyə yol verməyib. Bu gün Bakıda yaşayan ermənilər də eynən Azərbaycan vətəndaşları qədər hüquq bərabərliyinə malikdirlər. Amma gəlin baxaq, Ermənistanda bir nəfər belə olsa azərbaycanlı tapmaq mümkündürmü? Bu gün erməni əsilli insanlarla azərbaycanlıların evləndiyini, ailə qurduğunu belə müşahidə edirik. Biz erməni xalqının məhvini istəmirik. Biz, sadəcə, torpaqlarımızı geri qaytarmaq istəyirik. Biz regionda sülh və əmin-amanlıq istəyirik. Ermənilər isə bu gün atəşkəsi pozaraq, sözün  əsl mənasında, mülki şəxsləri hədəf alırlar. Tovuz hadisələri zamanı 76 yaşlı insanı qətlə yetirib erməni hərbçiləri. 92-ci ildə də Xocalı soyqırımı zamanı hədəf yaşlılar və uşaqlar idi. 30 ildir dəyişən heç bir şey yoxdur. Cənab Prezident doğru vurğulayır ki, ermənilərin hədəfi mülki əhalidir, beynəlxalq təşkilatlar bu kimi məsələləri diqqətə almalıdırlar. İkili standartlarla 30 ili yola verdilər. Amma Azərbaycan növbəti 30 il ikili standartları qəbul etməyəcək. Bu gün rəsmi İrəvandan 30 ilin hesabını sormaq gərəkdir. Hesab edirəm, bu təklifə həm millət vəkillərimiz, həm də siyasi partiyalarımız dəstək verəcəklər. Bu gün status-kvo-nu saxlamaq istəyən Ermənistan Azərbaycan tərəfinə verdiyi ziyanlara görə təzminat ödəməyə başlamalıdır. İşğalçı Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasına veto və 4 qətnamənin yerinə yetirilməsi öhdəliyi qoyulmalıdır. Hesab edirəm, Azərbaycanın bu iki məsələni realizə etməyə həm beynəlxalq siyasi nüfuzu, həm də iradəsi yetər!”

  • Şakir Ağayev: “Prezidentin BMT-nin tribunasında bu fikirləri səsləndirməsi beynəlxalq birliyin Ermənistana qarşı tədbirlər görməsinə bir çağırış idi”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bildirdi ki, Prezident İlham Əliyev BMT-nin sözügedən iclasında həm Qoşulmama Hərəkatının rəhbəri, həm də Azərbaycan Prezidenti kimi çıxış edib. “Azərbaycan Prezidentinin çıxışının əsas mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə həsr edilib. Prezident açıq şəkildə göstərdi ki, Ermənistanın bizim mülki əhaliyə qarşı törətdiyi cinayətlər, bu ölkənin əl atdığı terror aktları beynəlxalq hüquq qaydalarına ziddir. Ermənistan artıq işğal altında saxladığı ərazilərimizdə yox, təmas xəttində təxribatlar törədir, cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutur, dinc əhalini qətlə yetirir. Ölkə başçısının səsləndirdiyi bütün fikirlərin arxasında danılmaz faktlar, təkzibolunmaz sübutlar dayanır. Erməni silahlı qüvvələri indiyə kimi onlarla mülki sakinimizi qətlə yetiriblər. Tovuz hadisələri zamanı 76 yaşlı ağsaqqalın ermənilər tərəfindən qətlə yetirildiyini misal çəkdi. Buna qədər də Ermənistan ordusu Azərbaycanın mülki şəxslərini hədəfə alıb, qətlə yetirib. Prezidentin BMT-nin tribunasında bu fikirləri səsləndirməsi beynəlxalq birliyin Ermənistana qarşı tədbirlər görməsinə bir çağırış idi. Beynəlxalq birlik artıq ikili standartlara son qoyaraq beynəlxalq qanunlara əməl etməyən Ermənistana qarşı ölçü götürməlidir” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ