çərşənbə günü, 21 oktyabr 2026
     

BMT müstəvisində Azərbaycan Ermənistana növbəti sərt zərbəni vurdu: Prezident Əliyevin çıxışındakı əsas məqam İrəvanı qarışdırdı...

Image


Ermənistan üçün son günlərdə şok effekti yaradan hadisələrdən biri də BMT tribunasından işğal siyasətinə görə yenidən sərt şəkildə tənqid hədəfinə çevrilməsi oldu.  BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Azərbaycan işğalçı ölkəyə növbəti diplomatik zərbəni endirdi.

  • Ermənistan BMT qarşısındakı öhdəliklərinə də xilaf çıxdı

Dünyanın ən böyük təşkilatının yuxarıda barəsində bəhs edilən iclasında Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dünya dövlətlərinə Ermənistanın işğalçı siyasətinin mahiyyətini çatdırmaqla yanaşı, İrəvanın BMT Nizamnaməsini hələ də kobud şəkildə pozduğunu konkret şəkildə göstərdi: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”. Amma Ermənistan təkcə qeyd edilən parametrlər üzrə beynəlxalq hüququ pozmur.

Düşmən ölkə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməklə, burada Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməklə də beynəlxalq hüquq normalarının kobud pozuntusuna səbəb olur. Bundan başqa, Ermənistan hərbçilərinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alması, təxribatlar törətməsi də yenə beynəlxalq hüquqa zərbədir. Ermənistanın baş nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozması, “Qarabağ Ermənistandır” kimi bəyanatı danışıqlar prosesinə ciddi zərbə olmaqla yanaşı, beynəlxlq hüququn heçə sayılmasıdır. Bütün bunlar ən yüksək səviyyədə BMT tribunasından dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Başqa sözlə, Azərbaycan dövlət başçısının real faktlar üzərində qurulan çıxışı, praqmatik tezisləri Ermənistanı, onun rəhbərliyini bir daha ifşa etdi. Ən əsası, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin çox böyük olduğunu göstərdi. Bütün bunlar, təbii olaraq, Ermənistanda ciddi əndişə doğurur, böyük narahatlıq yaradır.

Bu arada onu da qeyd edək ki, Ermənistanın işğal siyasətini BMT kürsüsündə açıq bəyan edən tərəflərdən biri də qardaş Türkiyə olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyası çərçivəsində videoformatda çıxışı zamanı bu xüsusda deyib: “İyulda Azərbaycan torpaqlarına hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin qarşısında ən böyük əngəl olduğunu bir daha sübut etdi. Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, regiondakı münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT və ATƏT qərarları əsasında həllinin tərəfdarıyıq”.

  • Düşmən narahatdır...

BMT tribunasında Ermənistanın işğalçı siyasətinin ifşası düşmən ölkədə ciddi təşviş yaradıb. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”in “Milli Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan Nikol Paşinyan hakimiyyətini dipolmatiyada Azərbayacana ciddi şəkildə uduzmaqda ittiham edib. O, bu durumda Paşinyanı Ermənistanı müharibəyə çəkməkdə günahlandırıb: “Hazırda danışıqlar Ermənistanın birinci şəxsi tərəfindən dalana salınıb. Region partlayışın astanasındadır. Tavuş hadisələri təsdiqlədi ki, siyasi hakimiyyət Ermənistanı çox təhlükəli hərbi vəziyyətə çəkir. Belə vəziyyətdə Azərbaycan BMT çərçivəsində Ermənistana diplomatik hücumlarını kəskinləşdirir. Azərbaycan cəmiyyəti daha sərt mövqe tələb edir və İlham Əliyevin davranışı məhz bununla əlaqədardır”.

Baş verənləri şərh edən erməni politoloq Yervand Bozoyan Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən qeyd edib ki, Ermənistan dalana dirənmiş vəziyyətə düşür: “Azərbaycan bütün tribunalardan məharətlə istifadə edir. Bu halda Bakının Qarabağda hərbi əməliyyatlara başlamasına da kimsə mane ola bilməyəcək. Azərbaycan son 20 ildə danışıqlar prosesindən narazı olduğunu gizlətməyib. Təəssüf ki, Ermənistanda bu ritorika yaxşı başa düşülmür, siyasi elita isə daxili didişmələrlə məşğuldur”. Eyni mövqe erməni politoloq Qrant Melik-Şahnazaryan tərəfindən də sərgilənir: “Azərbaycan bu ölkənin rəhbəri timsalında  müharibənin yenidən başlaması istiqamətində informasiya təbliğatına əvvəlcədən hazırlaşma həyata keçirir. Bizi genişmiqyaslı müharibə təhdid edir və bu yalnız Qarabağla məhdudlaşmaya bilər”. Bu arada xatırladaq ki, yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti hərbi əməliyyatların Ermənistan ərazisində baş tuta biləcəyini istisna etməyib. İlham Əliyevin  telejurnalistlərlə söhbətində verdiyi mesajlar artıq prosesdə radikal dəyişikliklərin olacağını göstərir. Burada Azərbaycan Prezidenti bəyan edir ki, Bakı imitasiya xarakterli heç bir danışıqlara qoşulmayacaq. Çünki Ermənistan rəhbərliyi danışıqları pozub, sülh prosesi dayanıb və bunun bütün məsuliyyəti, danışıqların pozulmasının nəticəsi olaraq baş verə biləcək bütün hadisələrin günahı İrəvanın üzərindədir. Çünki bu müddət ərzində Azərbaycan tərəfi mümkün qədər konstruktiv davranıb, danışıqlar prosesini pozacaq heç bir addım atmayıb, hətta bəzən İrəvandan səslənən avantürist bəyanatları cavabsız buraxıb, yaxud sərt ritorikaya keçməyib.  Əvəzində Ermənistan bu ilin iyul ayında Azərbaycanla sərhəddə təhlükəli eskalasiya başladıb, mövqelərimizə və dinc əhaliyə qarşı təcavüz həyata keçirib. Ardınca Livan ermənilərinin Qarabağa köçürülməsini başladıb, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmaya dair yeni planlarını elan edib. İlham Əliyev də bu fonda bəyan edir ki, Ermənistan yenə hərbi avantüraya əl atmaq istəyirsə, Azərbaycan buna hazırdır. Amma Azərbaycan Prezidentinin çıxışında çox mühüm digər məqam odur ki, Ermənistan yeni avantüraya əl atsa, o zaman Azərbaycanı hərbi əməliyyatları bu ölkənin ərazisinə keçirməkdən heç bir qüvvə saxlaya bilməyəcək. Bu, ilk dəfə səslənmiş fikirdir və hazırda Ermənistanda əsas müzakirə movzusudur.

  • Ermənistanın qaçacaq yeri qalmayıb...

Hazırda Azərbaycanın prosesə yanaşması Qarabağ məsələsində yeni hərbi-siyasi reallıqların yarandığını göstərir. Bunu erməni siyasi ekspert Albert Bağdasaryan da etiraf edir: “Qarabağ məsələsi üzrə danışıqların nəticə verəcəyini gözləmək absurd janrındandır. Paşinyanın hakimiyyəti dövründə Qarabağ məsələsi üzrə danışıqlar masası ətrafında Ermənistanı nəzərə almaq şansları getdikcə sıfırlaşır. Bu halda Azərbaycan məqsədinə savaşla çatmağa hazırlaşır və belə vəziyyətdə Ermənistana ağır zərbələr endirəcək”.

Bu fikirlə erməni politoloq Ağasi Yenokyan da razılaşır: “Azərbaycan intensiv şəkildə müharibəyə hazırlaşır. Bu müharibədə Türkiyənin də iştirakının gözlənilməsi isə daha pisdir”. O qeyd edib ki, beynəlxalq ictimaiyyət də,  ATƏT-in Minsk Qrupu da sanki müharibəyə qarşı deyil: “Ordumuzun da hazır olmasına ümid etmək istəyirəm. Lakin müharibənin nəticələri həll sənədlərində qeyd olunur, buna görə də yalnız hərbi komponent yetərli deyil, diplomatiya və təbliğat istiqamətləri də ən vacib əhəmiyyətə malikdir. Diplomatiyada açıq şəkildə zəifik, təbliğat isə tamamilə bərbaddır. BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş verənlər də bunu təsdiq edir. Ermənistan hakimiyyəti Azərbaycana adekvat deyil. Ermənistan baş naziri Nikol Paşinyan bugünkü problemləri həll etmək əvəzinə, 2050-ci ilin yenidən dəyişməsi strategiyası ilə məşğuldur. Çünki bu onun üçün daha məsuliyyətsiz yoldur”.

Respublika Partiyasının sədr müavini Armen Aşotyan da narahat olanlar sırasındadır. Siyasətçi hesab edir ki, erməni ictimaiyyəti Nikol Paşinyanın absurd mühazirələrini dinləməyə ehtiyac duymur. Aşotyan əlavə edib ki, Ermənistan hökumətinin hazırkı Qarabağ strategiyası yenidən hərbi əməliyyatların keçirilmə risqini artırır. Onun fikrincə, bu halda Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistana sarsıdıcı zərbələr vuracağını yaxşı bilir. Belə vəziyyətdən xilas üçün isə Ermənistanın heç bir yolu yoxdur. Bu durumda Bakı Qarabağ məsələsinin həllini istədiyi məcraya daha asanlıqla yönəldəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ