çərşənbə günü, 21 oktyabr 2026
     

PKK-nı Qarabağa gətirməklə İrəvan Moskvaya da böyük terror təhdidi yaradır

Image


Ermənistanın zəbt edilmiş Azərbaycan ərazilərində terrora qucaq açmasının bütün region üçün ciddi təhdid yarada biləcəyinə dair rəsmi Bakının xəbərdarlığı öz təsdiqini tapmaqdadır. İndiki halda bu məsələ Ermənistana himayədarlıq edən Rusiya üçün ciddi təhdid deməkdir. Ermənistan-PKK əməkdaşlığının Qarabağa daşınması terrorun həm də Rusiya sərhədlərinə daha çox yaxınlaşması deməkdir. Türkiyəli hərbi ekspert Abdullah Ağar baş verənlərlə bağlı  “Haber7” nəşrinə açıqlamasında qeyd edir: 

“Azərbaycan, Türkiyə və bölgənin sabitliyinə qarşı YPG-PKK ilə Ermənistan arasında əlaqənin olduğu aydındır. Bu münasibət özünü müxtəlif yollarla göstərdi. Bu əməkdaşlıqların ən əhəmiyyətlisi bizim şərq və şimal-şərqimizdə gerçəkləşdirilən terror hadisəsində Ermənistanın üzərinə götürdüyü roldur. Bu terrorçular İrandan da gəlirlər, Türkiyəyə gəlib Ermənistana da keçirlər. Burada təşkilatlanıb yenidən Türkiyəyə qayıdırlar. Bu mənzərəni tarix boyunca tez-tez görmüşük. Son olaraq Suriyada qanunsuz silahlı terror təşkilatları ilə əməkdaşlıqlarının da şahidi olduq. Hətta PKK burada bir erməni taboru yaratdığını da elan etdi”.

Qarabağda Ermənistan tərəfindən tətbiq olunan bu proqramın gizlədilmədiyinə diqqət çəkən Ağar bir çox terrorçunun ailəsi ilə birlikdə bölgədə məskunlaşdığını bildirib: “İndi də ermənilər Suriyadan PKK-çıları, Dağlıq Qarabağ başda olmaqla, işğal etdikləri Qarabağ ətrafı rayonlara gətirirlər. Sadəcə terrorçuları deyil, ailələrini də yerləşdirirlər. Azərbaycanlıların sahib olduğu torpaqlara zorla sahib çıxırlar. Bölgənin demoqrafik infrastrukturunu pozmağa çalışırlar”. O bildirib ki, Ermənistanın bu siyasəti, Azərbaycanla yanaşı, Türkiyəyə də təhdid təşkil edir. Bununla iki ölkənin fiziki bağlarını qoparmağa çalışırlar. Onun sözlərinə görə, Yaxın Şərqdə terrorçularla mübarizə aparan Rusiya da artıq məsələyə ciddi reaksiya verməlidir. Elə siyasi ekspert Andrey Petrov da vəiyyətin qəliz olduğunu bildirir: “Ermənistana və işğal altındakı Dağlıq Qarabağa Yaxın Şərqdən terrorçu qrupların yerləşdirilməsi Rusiya üçün tamamilə qəbuledilməzdir. Moskva buna reaksiya verməli, bu prosesi dayandırmalıdır”. O, Ermənistanın Yaxın Şərqdə aktivləşməsinin, PKK terror təşkilatının döyüşçülərini həm öz ərazisində, həm də işğal altındakı Dağlıq Qarabağda yerləşdirməsinin Rusiyanı narahat etməli olduğunu bildirib: “Məsələ ondadır ki, Rusiyanın sərhədləri yaxınlığında terrorçu təşkilatın döyüşçülərinin peyda olması onun özü üçün böyük təhlükədir. Bu o anlama gəlir ki, Yaxın Şərqdəki gərginlik ocağı Rusiya sərhədlərinə yaxınlaşır. Nəzərə alsaq ki, Ermənistan Avrasiya İttifaqının üzvüdür, o zaman terrorçular onun ərazisindən asanlıqla Rusiyaya keçə bilərlər. Hesab edirəm ki, bu məqam Rusiya üçün tamamilə qəbuledilməzdir. Moskva bu prosesi dayandırmalı və öz ərazilərinin təhlükəsizliyini təmin etməlidir. Ermənistan Azərbaycanın işğal altındakı ərazilərini terrorçularla doldurmaqla Rusiya üçün böyük problem yaradır”. Eyni mövqeni politoloq Sergey Markov da sərgiləyir: “Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin Yaxın Şərqdə aktivləşməsinin bir sıra məqsədləri var. Burada ilk növbədə Yaxın Şərqdən erməni və kürd silahlı qruplaşmalarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna yerləşdirilməsinə diqqəti yönəltmək lazımdır”. Onun sözlərinə görə, Paşinyanın Yaxın Şərqdə fəallaşmasının birinci məqsədi yaxın gələcəkdə müharibəyə hazırlıqdır: “Görünür, Paşinyan vaxtilə Rusiyanın təşəbbüsü ilə hazırlanan münaqişənin “Kazan formulu” əsasında nizamlanmasına hazır olmaması ilə bağlı artıq yekun qərar verib. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, sülh danışıqlarında bir irəliləyiş olmasa, Dağlıq Qarabağ və ətraf rayonların hərbi yolla işğaldan azad olunması hüququnu özündə saxlayır. Ona görə də Paşinyan bu şəkildə gələcək hərbi əməliyyatlara hazırlaşır. Ermənistanın ikinci məqsədi isə işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonların demoqrafik vəziyyətini dəyişməkdir. Çünki uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı rayonlar, xüsusilə də Dağlıq Qarabağla Ermənistan arasındakı rayonlar Azərbaycanla gələcəkdə mübadilə üçün boş qalmışdı. İndi isə Ermənistan rəhbərliyi həmin ərazilərin demoqrafik mənimsənilməsinə başlamaq qərarına gəlib. Bu məqsədlə, müntəzəm olaraq, həmin boş ərazilərə etnik ermənilərin köçürülməsinə başlanıb”.

Rusiyalı siyasi ekspertin fikrincə, Yaxın Şərqdə fəallığın üçüncü məqsədi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır: “Paşinyan ölkədə populyarlığının azaldığını hiss edir. O, bu günə kimi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı söz verdiyi islahatları reallaşdıra bilməyib. Ona görə də Paşinyan bu şərtlərdə yenidən güc toplamaq qərarına gəlib. Bu gücü də vətənpərvərlik və milliyyətçilik kimi məfhumlarla, siyasi rəqibi olan keçmiş prezident Robert Köçəryan və tərəfdarlarının fəaliyyətinin qarşısını almaqla əldə etməyə çalışır. Ona görə də Paşinyanın hərbiləşdirilmiş mövqeyi, hərbi əməliyyatlara hazırlığı ölkə daxilində populyarlığını möhkəmləndirməyə hesablanmış siyasi tendensiyanın tərkib hissəsidir. O güman edir ki, bu yolla Ermənistan daxilində iqtisadi inkişaf olmadan belə öz populyarlığını möhkəmləndirə, rəqiblərinin nüfuzunu isə aşağı sala bilər. Paşinyan münaqişənin nizamlanması ilə bağlı güzəştə gedib ölkəsini iqtisadi blokadadan çıxarmaq əvəzinə müharibəyə hazırlaşır. Əlbəttə ki, bu çox təhlükəlidir. Xüsusilə də Paşinyanın Yaxın Şərqlə bağlı oyunları təhlükəlidir. Ona görə ki, Yaxın Şərqdən terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”. Beləliklə, Ermənistanın PKK siyasətinin Rusiya üçün də təhdid yaratması aydın görünür. Elə “gazeta.ru” portalı da qeyd edir ki, Ermənistan bölgəni terror yuvasına çevirir. Qeyd edilir ki, Ermənistan Azərbaycanla danışıqlar prosesini, o cümlədən daxili siyasi maraqlarına görə pozaraq və yeni hərbi əməliyyatlar risqi ilə üzləşərək indi Suriya və İraqdan terrorçu qruplaşmaların yaraqlılarını istifadə etmək, nəticədə mümkün döyüş əməliyyatlarında erməni ordusunun şəxsi heyət itkilərini azaltmaq istəyir: “Aydındır ki, PKK qüvvələrini regiona atan İrəvan Dağlıq Qarabağ ətrafındakı münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Rusiyanın “burnunun ucuna”, Cənubi Qafqaza Yaxın Şərqdən hərbiləşdirilmiş qruplaşmaların muzdlularını cəlb etmək, Rusiyaya yaxın regionda xarici qüvvələr tərəfindən idarə edilən elementlərin də iştirakı ilə artan militarizasiya açıq-aşkar Kremlin maraqlarına uyğun deyil. Rusiya terrorçularla uzaq cəbhədə mübarizə aparmaq, onların sərhədlərinə yaxınlaşmasına imkan verməmək üçün öz qüvvələrini Suriyaya göndərib. İrəvan isə, bunun tam əksi olaraq, Yaxın Şərqdən terrorçu elementləri Rusiyanın sərhədləri yaxınlığına idxal edir.  PKK-nı regiona cəlb etməklə İrəvan Ankaranı Cənubi Qafqazda öz maraqlarını daha dəqiq müəyyənləşdirməyə məcbur edir. Türkiyənin Cənubi Qafqazdakı sərhədləri yaxınlığında PKK qüvvələrinin fəallaşmasını Ankara görməzliyə vura bilməz”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ