çərşənbə günü, 21 oktyabr 2026
     

Prezident dedi, tarixçi-alim faktoloji təhlil apardı - gürcülər arasında gizlənmiş ermənilərin anti-Azərbaycan fəaliyyətləri...

Image


“Mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük”.

Bu fikirləri iyul ayında törədilən erməni təxribatı zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlara münasibət bildirən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident, həmçinin, əlavə edib: “Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyl göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdir, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir”.

  • “Gürcüstanda yaşayan və gürcü soyadı altında gizlənən ermənilərin müxtəlif vəzifələr tutmasına...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin Gürcüstanda gürcü soyadı daşıyan ermənilərin Azərbaycan və Gürcüstan arasındakı çoxəsrlik əlaqələrə qarşı təxribat törətməsi ilə bağlı açıqladığı faktlar çox mühüm məsələlərə işıq tutur. Q.Hacıyevin sözlərinə görə, indiyə qədər Gürcüstan tarixçiləri, alimləri bu barədə yazsalar da, danışsalar da, Gürcüstan rəsmiləri bu məsələləri səsləndirməyiblər.   

Q.Hacıyev vurğuladı ki, Ermənistan hökumətinin  son dövrlər Azərbaycana qarşı etdiyi hədələr, ərazilərimizin işğalını davam etdirməklə bağlı səsləndirdiyi yersiz fikirləri insanlarımızı narahat etməklə yanaşı, həm də bizi onlara tutarlı cavab verməyə vadar edir. “Bax, elə bu səbəbdən də cənab Prezident haqlı olaraq belə bir fikir söyləyir ki, biz Ermənistanla bağlı məsələləri izləyirik, öyrənirik, bilirik, ona görə ki, o bizim haqqımızda, müasir dövrdə olan bu gərgin problem haqqında fikir söyləyir, hərəkətlər edir, biz də onlara cavab verməliyik. Ölkə başçısının fikirlərinin mahiyyəti nədən ibarətdir? Haqlı olaraq cənab Prezident İlham Əliyev deyir: “Ermənistan bizim üçün daim təhlükə mənbəyidir”. Prezidentin bu fikri indiyə qədər Ermənistanın apardığı siyasətin mahiyyətini açıq şəkildə göstərir, Ermənistanın, ermənilərin bütün məkrinin, hiyləsinin, separatçılığının, kimliyinin əsl mahiyyətini açır. Haqlı olaraq Prezident tərəfindən qeyd edilir ki, Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Heç kim üçün şübhəli deyil ki, Ermənistan dövləti regionda separatizmin, terrorizmin yuvasıdır. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasına baxmayaraq, ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmək əvəzinə, bizə qarşı yeni-yeni təhdidlər irəli sürür. Ermənistan ona görə arxayın danışır ki, Prezidentimizin dediyi kimi, Rusiyadan Ermənistana silahlar daşınır. Görünür ki, Ermənistan buna arxayın olaraq və Rusiyanın buradakı münaqişələrə yenidən qoşulacağına ümid edərək, belə “cəsarətli” çıxışlar edir. Reallıq budur ki, Ermənistanın əsas niyyəti Gürcüstan və Azərbaycan arasındakı mehriban, isti qonşuluq münasibətlərini pozmaqdır, ona görə də bu cür təxribatlara əl atır. Amma, gördüyünüz kimi, Azərbaycan Prezidenti Ermənistanın bu məkrli planlarını ifşa etdi”.

Q.Hacıyev qeyd etdi ki, ölkə başçısının “mən Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi” fikrinin böyük əhəmiyyəti var. “Ermənistana silah daşınması üçün imkan yaratmayan Gürcüstan hökuməti ilə bağlı fikirləri də təqdirəlayiqdir. Bu, konkret olaraq, müasir dövrdə Azərbaycana qarşı yönələn dəhşətli faciənin qarşısını almaq üçün Gürcüstanın, öz növbəsində, qonşu dövlət kimi ləyaqətli qonşuluğunu yerinə yetirməsinə aid olan münasibətdir. Prezidentimiz belə qiymətləndirdi ki, Gürcüstan özünü etibarlı tərəfdaş, dost kimi apardı. Biz onların simasında dost ölkə gördük. Prezident açıq söylədi ki, bütün tarixi abidələr ermənilər tərəfindən saxtalaşdırılır, Gürcüstanda yaşayan ermənilər gürcü soyadı altında Azərbaycanla Gürcüstanın arasını vurmaq, narazılıq yaratmaq üçün təxribat xarakterli təbliğatlar aparırlar. Təxribatlarla bağlı digər faktlar haqqında cənab Prezident fikrini bildirir və haqlı olaraq deyir ki, təxribatın mənbəyi dünya erməniliyidir. Burada qaranlıq heç nə qalmır. Prezident öz çıxışında həm Ermənistanın yürütdüyü siyasəti, həm erməniliyin mahiyyətini, həm bu ölkənin region dövlətlərinə, o cümlədən də gürcülərə olan münasibətini, həm də Gürcüstan-Azərbaycan münasibətlərinə dair pozuculuq fəaliyyətini ifşa etdi. Prezident çıxışında Ermənistanın Gürcüstana qarşı həmişə düşmən mövqeyində dayandığını, beynəlxalq təşkilatlarda Gürcüstan əleyhinə səs verdiyini, eləcə də Gürcüstanın ərazi bütövlüyünün parçalanmasında ermənilərin xəyanətkarlığını ortaya qoydu. Bütün bunlar tarixi gerçəkliklərdir. Ermənistan Azərbaycanla yanaşı, Gürcüstana da açıq düşmənçilik edir”.

Q.Hacıyev qeyd etdi ki, ölkə başçısı çıxışında ermənilərin Gürcüstanda törətdiyi təxribatın heç də hamısını qeyd etmək istəmədiyini, lakin bu təxribatların sayının çox olduğunu da vurğulayıb. “Azərbaycan tarixçiləri olaraq bildirmək istəyirik ki, Gürcüstanda yaşayan və gürcü soyadı altında gizlənən ermənilərin müxtəlif vəzifələr tutmasına baxmayaraq, onlar Gürcüstan dövlətinin maraqlarına deyil, erməniçiliyə, erməni separatizminə xidmət edir. XIX əsrin əvvəllərindən İran və Türkiyə ərazisindən Cənubi Qafqaza köçürülən və əvvəldən kompakt yaşamadıqları bir regionda onlar üçün dövlət yaradılmasına imkan verilən ermənilər həm Azərbaycan-türk, həm də gürcü xalqına qarşı həmişə xəyanətkar mövqedə dayanıblar. Deyə bilərik ki, Gürcüstanın bütün xristian abidələrini (müxtəlif mənsəblərə aid olan bu abidələri) erməni-qriqoryan kilsəsi mənimsəyib və onları erməni kilsələri kimi qələmə  verirlər. İmkan düşən kimi bu gün ermənilərin qrup şəklində yaşadıqları yerlərdəki həmin abidələrin quruluşunu, mahiyyətini, atributlarını dəyişərək onları qriqoryanlaşdırmağa cəhdlər edirlər. Hətta gürcü tarixçilərinin, arxeoloqlarının, yazıçılarının müxtəlif səpkilərdə olan əsərlərində bu məsələlər öz əksini tapıb. Təəssüflər olsun ki, indiyə qədər bunlar ermənilərin əleyhinə təbliğat kimi işlədilməyib. Halbuki, bu faktlar Çavçavadze, Qarbi tərəfindən yazılıb, XX əsrin əvvəllərində və digər vaxtlarda ermənilərin bu xəyanətkar əməlləri dəfələrlə işıqlandırılıb”.

Q.Hacıyev qeyd etdi ki, beynəlxalq münasibətlər tarixi üzrə Azərbaycanda çox tanınan, AMEA-nın müxbir üzvü Musa Qasımlının həm əsərlərində, həm çıxışlarında, həm də məqalələrində erməni təşkilatlarının Gürcüstanda, bütövlükdə, Cənubi Qafqaz regionunda törətdikləri təxribatlar haqqında çox dəyərli, diqqətçəkən faktlar var. “Musa müəllimin əsərlərində, məqalələrində bütün bu faktlar əks olunub. Bu gün Azərbaycan Prezidentinin belə bir istiqamətdə düşüncələri ilə eynilik təşkil edən, üst-üstə düşən və mahiyyətcə düzgün siyasət baxımından qiymətli olan bu fikirlərin həm Azərbaycan ictimaiyyəti, həm də dünya ictimaiyyəti üçün böyük maraq kəsb etməsinə şübhəmiz yoxdur” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ