çərşənbə günü, 21 oktyabr 2026
     

Xaricdəki söyüş yutuberlərinin diasporumuz əleyhinə dağıdıcı fəaliyyəti - Qarabağ naminə fəallıq edən soydaşlarımız şantaj edilir, düşmənimiz ermənilər deyil...

Image


Prezident İlham Əliyevin sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində mətbuata verdiyi müsahibədə səsləndirdiyi mühüm bəyanatlar, nəinki yerli, hətta dünya KİV-ində geniş rezonans doğurub.

Həmin müsahibədə Prezident qeyd edib ki, Ermənistan cəbhədə vəziyyəti qəsdən gərginləşdirir, müharibəyə hazırlaşır, yeni işğal planları qurur. Proseslərin təhlili göstərir ki, Ermənistan doğrudan da cəbhədə ardıcıl təxribatlar törədir, böyük müharibəyə hazırlaşır. Son illər ərzində Ermənistan dəfələrlə belə təxribatlara əl atıb və hər dəfə də layiqli cavabını alıb. Bura “Lələtəpə”, “Günnüt” kimi Azərbaycanın uğurlu əməliyyatlarını aid edə bilərik. Ordumuzun Aprel zəfəri Ermənistanın köhnə hakimiyyəti dönəmində baş versə də, Naxçıvan istiqamətində Günnüt əməliyyatı Paşinyanın yenicə hakimiyyətə gəldiyi zamana təsadüf etdi. Həmin əməliyyat nəticəsində Azərbaycan Ordusu qətiyyətli qələbə çalaraq, çox böyük ərazilərə nəzarəti ələ keçirdi. Görünür, həmin əməliyyatı N.Paşinyan hələ də həzm edə bilmir və revanş əldə etmək planları qurur. Ermənistan Nikol Paşinyanın rəhbərliyi altında son zamanlar belə təxribatlara tez-tez əl atır və hər dəfə də layiqli cavabını alır. Gəlin, son bir neçə ay ərzində Ermənistanın törətdiyi təxribatlara  xronoloji olaraq nəzər salaq. Ermənistan bu il iyulun 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib, lakin layiqli cavabını alıb.

  • Ermənistan müharibə hazırlıqlarında

Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıb. Bunun ardınca Ermənistanın və qondarma qurumun rəhbərləri Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlar verdi. Ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etdi. Sentyabrın 20-də saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.  Bütün bu faktlar göstərir ki, Ermənistan sülh danışıqlarına sadiqlik göstərmir və hədəfi bir daha müharibəyə başlayıb yeni ərazilər işğal etməkdir. Azərbaycanın bütün bu planlardan dəqiq məlumatı var.

  • Fəaliyyətləri ermənilərlə sinxronluq təşkil edən yutuberlər...

Qeyd edək ki, Ermənistan bizimlə həm də informasiya cəbhəsində açıq savaş aparır. Bu istiqamətdə onların yararlandığı vacib silahlardan biri də erməni diasporu və onun dəstəyidir.  Təəssüflə qeyd etməliyik ki, bu sarıdan bizim diasporumuzun fəaliyyətində müəyyən çatışmazlıqlar var. Heç də o anlama gəlməsin ki, bizim diasporumuzun bütün üzvləri erməni yalanları qarşısında baş əyir. Bu istiqamətdə xüsusi fəallıq göstərən soydaşlarımız da az deyil. Ancaq diasporumuzun içində olan bəzi naxələflər onlara ciddi mane olmağa çalışır. Söhbət xarici ölkələrdə oturub, Azərbaycandakı proseslərə soyuş vasitəsilə verilişlər hazırlayan yutuberlərdən gedir. Danılmaz faktdır ki, son illər ərzində xarici ölkələrdə xeyli müxalifyönlü soydaşımız məskunlaşıb. Onların bəziləri təmsil olunduqları ölkələrdə də Azərbaycan diasporunun gücünü parçalayır, uzaq diyarlarda belə iqtidar-müxalifət söhbəti aparırlar. Biz bunun ən bariz nümünəsini ermənilərin Tovuz təxribatı zamanı gördük. Həmin vaxt ermənilər bütün dünyada soydaşlarımızın üzərinə açıq hücuma keçdilər. Hətta onlara fiziki xəsarətlər yetirənlər də oldu. Məhz bizim dediyimiz yutuberlərin hazırladığı verilişlərdə soydaşlarımıza, nəinki dəstək ifadə olundu, əksinə, onların belə vəziyyətə düşməsində bütün günahı Azərbaycan hakimiyyətinin üzərinə yıxmağa çalışdılar. Bir sözlə, həmin günlərdə bizim söyüşçül yutuberlərin fəaliyyəti erməni təbliğatı ilə tam sinxronluq təşkil etdi.

  • Mehriban Əliyevanın  çağırışından beynəlxalq təşkilatlar, dünya birliyi də lazımi dərs götürmüş oldu

Ötən yazılarımızda xaricdəki mühacir azərbaycanlıların təsnifatlandırılmasını aparmışdıq. Bəlli olur ki, diasporumuza aid olan həmin kateqoriya heç də yekcins deyil. Onların arasında mövcud Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə olan insanlar da az deyil. Ən maraqlısı isə budur ki, həmin adamlar artıq fəaliyyətlərini hakimiyyətlə deyil, bütöv dövlətlə mübarizə üzərində qururlar. Əksər hallarda isə bu fəaliyyət dövlətin dayaqlarının linc edilməsinə cəhdlə müşahidə olunur. Buna baxmayaraq, ötən aylar ərzində müxtəlif xarici ölkələrdə, o cümlədən Avropa ölkələrində və ABŞ-da uzun illərdən bəri formalaşan erməni diasporu Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət nümunələri qarşısında aciz duruma düşdü. Erməni diasporunun qəfil aldığı bu zərbə onu dərindən sarsıtdı. Hətta vəziyyət elə bir şəkil aldı ki, Nikol Paşinyan Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı apardı. Təmizləmə əməliyyatı zamanı, rəhbər vəzifəli şəxslər də daxil olmaqla, 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın şəkildə ortaya qoyur. Qeyd edək ki, Azərbaycan diasporuna qarşı erməni lobbisinin təşkil etdiyi təxribatlar ölkəmizdə də ciddi narazılıqla qarşılandı və ən yüksək formada soydaşlarımıza dəstək göstərildi. Bildiyimiz kimi, hadisələrdən dərhal sonra, iyulun 24-də ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət etdi. Mehriban xanımın bu müraciəti də xaricdəki Azərbaycan diasporunun daha da aktivləşməsinə, güclənməsinə təkan oldu. Heç şübhəsiz, Mehriban Əliyevanın bu çağırışından beynəlxalq təşkilatlar, dünya birliyi də lazımi dərs götürmüş oldu.

  • “Bütün bu problemlərin hələ də mövcud olması Azərbaycan diasporunun formalaşma mərhələsindən inkişaf mərhələsinə keçməsində müəyyən çətinliklər yaradır”

Çox təəssüflə qeyd etməliyik ki, Ermənilərin böyük müharibəyə hazırlaşdığı indiki məqamda da “sapı özümüzdən olan baltalar “ ənənəvi təbliğatlarına başlayıblar. Onlar verilişlərində və apardıqları təbliğatda, bir kəlmə də olsun, Ermənistanın təxribatlarından danışmırlar. Bu azmış kimi, hətta bu istiqamətdə fəallıq edən diaspor fəallarımızı linc edirlər. Öz aləmlərində onları “satqın” sayırlar. Onlarla mübarizənin ünvanı kimi erməniləri deyil, Azərbaycan hakimiyyətini göstərirlər. Belə dönüklərin apardığı təbliğatı necə dəyərləndirmək olar?

Milli İstiqlal Partiyasının xarici məsələlər üzrə sədr  müavini Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütövlükdə bu məsələlərlə bağlı belə bir ümumi nəticəyə gəlmək olar: “Azərbaycan diasporunu düşündürən və narahat edən problemlər ümumi ideologiyanın zəifliyi, milli birliyin və həmrəyliyin zəif olması, Azərbaycan diasporu nümayəndələri arasında qarşılıqlı münasibətlərin, ünsiyyət və əlaqələrin qaneedici olmaması, xarici ölkələrdəki səfirliklərimizin heç birində həmin ölkələrdəki diasporlarımızla məşğul olan xüsusi bir nümayəndəliyin açılmaması, Vətənə bağlılıq hissinin zəifliyi, ümumi məqsəd naminə bir araya gələ bilməmək, şəxsi iddia və mənəmliyin milli-mənəvi prinsiplərdən üstün tutulmasıdır. Xaricdə soydaşlarımızın daha çox iqtisadi maraqlarla əməkdaşlığa meylli olmaları, xaricdə yaşayan azərbaycanlıların müxtəlif qüvvələr ətrafında birləşmələri diasporumuzun fəaliyyətində pərakəndəlik yaradır. Bütün bu problemlərin hələ də mövcud olması Azərbaycan diasporunun formalaşma mərhələsindən inkişaf mərhələsinə keçməsində müəyyən çətinliklər yaradır. Ölkə mətbuatında çıxış edən hər bir rəsmi dövlət xadimi, mütəxəssis, tədqiqatçı milli diasporumuzun kifayət qədər güclü potensiala malik ictimai-siyasi təsir qüvvəsi olduğunu önə çəksə də, problemlərdən çox az danışılır.  

  • “Ötən əsrin əvvəllərində xaricə sığınmış  mühacirlərimizin həyat və yaradıcılığından örnək götürsünlər”

Bu problemlərdən qurtuluş yollarını aramaq üçünsə çox uzağa getmək lazım deyil. Diaspor problemlərini yetərincə işıqlandıran milli mətbuatımız həmin problemlərdən çıxış yollarını da göstərir. Dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamaq, inkişaf etmək, beynəlxalq aləmdə mədəni, istedadlı, qədim tarixə və demokratik dövlətə malik olan xalq kimi təmsil olunmaq kimi məsuliyyəti var. Bütün bu qeyd olunan vacib məsələlər Azərbaycan diasporu probemlərinin həlli istiqamətində dövlətimizin, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzərinə qoyulan, bilavasitə onlara aid olunan tələblərdir. Milli diasporumuzun qarşısına çıxan problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Ermənilərlə informasiya savaşında bəzi diaspor nümayəndələrimizin tutduğu mövqe bizi qane edə bilməz. Bu məsələdə hamı zərbəni bir nöqtəyə vurmalıdır. Belə taleyüklü məsələlərdə iqtidar və müxalifət anlaşyışı olmur. Yaxşı olar ki, özlərinə mühacir adı qoyan bu adamlar ötən əsrin əvvələrində xaricə sığınmış mühacirlərimizin həyat və yaradıcılığından örnək götürsünlər.  Düşmənlə mübarizədə kimsə soydaşlarımızı başqa istiqamətə yönəldirsə, bunun bir adı ola bilər - naqislik. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət göstərən qurumlar diasporumuzun maarifləndirilməsi istiqamətində önəmli layihələr həyata keçirməlidir”.

Bunun üçün Azərbaycan diasporunun vahid mövqe sərgiləməsi, həlledici məqamda bütün siyasi intriqaları kənara atıb, öz dövlətinin, vətəninin, ordusunun müdafiəsinə qalxması gərəkdir. Nəzərə almalıyıq ki, bizim keyfiyyətli diaspor siyasətimiz olmasa, əsrlərlə təşkilatlanma təcrübəsi olan rəqibimiz erməni diasporuna asanlıqla məğlub ola bilərik. Son hadisələr bizim diasporumuzun fədakarlığını üzə çıxardı. Eyni zamanda, problemlərin olduğunu da gördük. Təəssüflər olsun ki, diasporumuzda fikir ayrılığı yaradan fərdlər hələ də mövcuddur.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ