çərşənbə günü, 21 oktyabr 2026
     

Qarabağda çoxdan gözlənilən savaş başlanır... Prezident Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında hansı mesajları verdi

Image


“Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.  

Bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. O vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Amma görünən budur ki, Ermənistan münaqişəni beynəlxalq hüquq müstəvisində həll etmək niyyətində deyil.  

Əksinə, Ermənistan daxilində baş verənlər İrəvanın bundan sonra da cəbhədə təxribatlarını daha da intensivləşdirəcəyini deməyə əsas verir. Cəbhədə vəziyyətin yenidən kəskin gərginləşməsi ilə bağlı vəziyyəti şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, bununla Nikol Paşinyan ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındırmağa çalışır: “Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır. Ona qarşı hakimiyyəti qəsb etmək, ölkə idarəçiliyində səriştəsizlik, koronavirusla mübarizəni yarıtmaz aparmaq kimi ittihamlar səsləndirilir. Belə bir vəziyyətdə Paşinyana ictimaiyyətin diqqətini öz problemlərindən yayındırıb xarici düşmənə yönəltmək lazımdır və fikrimcə, baş verənlərin başlıca səbəbi elə budur”.

Digər ekspertlər də hesab edir ki, Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsində münaqişəyə dair verdiyi mesajlar Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatına başlaya biləcəyi ehtimalını gücləndirir. Ermənistan Qarabağda təxribatçı hücumlarla Azərbaycanı qabaqlamaq istəyir. Amma Qarabağda mümkün müharibədə beynəlxalq hüquqa əsasən Azərbaycan haqlıdır və verilən mesajlar, atılan addımlar münaqişənin həllində hərbi variantın ön plana çıxdığını göstərir. Baş verənlər müharibənin astanasında olduğumuza dəlalət edir. Elə hərbçi ekspert Üzeyir Cəfərov da məsələyə məhz bu prizmadan yanaşır: “Ermənistan Azərbaycana ikinci yol saxlamayıb. Dövlətimiz yəqin ki, lazım olan addımı atacaq. Düşmənin son təxribatları isə onu deməyə əsas verir ki, müharibə qaçılmazdır və buna görə də Xarici İşlər Nazirliyi məlumat yaydı ki, bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Onun sözlərinə görə, müharibə həqiqətən qaçılmazdır və yalnız güc hesabına düşməni ram edib, yerində oturda bilərik: “Müharibə olmalıdır. Çünki hazırda vəziyyət bu istiqamətə doğru gedir. Son vaxtlar Ermənistan həddindən artıq həyasızlaşıb və təxribatlara ara vermir. Goranboy istiqamətində təxribat nəticəsində bir erməni zabiti əsir götürüldü. İndi də qərb istiqamətində - Şəmkirdə Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) mövqelərimizə daxil olması, onun sonradan məhv edilməsi, o cümlədən bu gün səhər saatlarında Tovuz istiqamətində hərbi qulluqçumuzun düşmən təxribatı nəticəsində şəhid olması onu deməyə əsas verir ki, Azərbaycan Müdafiə Nazirliyi lazım olan addımı atacaq və atır. Düşmənə layiq olduğu cavab isə verilib”.

Ü.Cəfərov bildirib ki, hazırkı vəziyyətin real döyüş əməliyyatlarına keçib-keçməyəcəyini əvvəlcədən demək olmur: “Biz sadəcə, olacaqları təxmin edə bilərik. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli televiziyalarımıza verdiyi müsahibəsində də bu fikrə toxundu ki, Ermənistan faktiki olaraq öz hərəkətləri ilə danışıqlar prosesindən çıxıb. Danışıqlar dayandırılıb və ikinci yol güc amilidir. Azərbaycan da bunu mütləq şəkildə tətbiq edəcək. Bunun nə zaman olacağını dəqiqliklə deyə bilmərik. Amma vəziyyət o istiqamətə gedir ki, ölkəmiz məcburiyyət qarşısında qalıb bu addımı atmalıdır və atacaq. Ermənistan və havadarları Azərbaycana qarşı çox məkrli plan hazırlayıblar. Ermənistan layiq olduğu cəzanı yaxın günlərdə almalıdır. Çünki bu qədər səbr, dözüm nümayiş etdirmişik. Ölkə başçısı da jurnalistlərə müsahibəsində bildirdi ki, beynəlxalq qurumlar vəziyyətin gərginləşməsində bir qədər maraqlı görünürlər. Ermənistan hakimiyyəti Suriyadan, Livandan və digər yerlərdən erməniləri gətirərək Qarabağda qeyri-qanuni məskunlaşdırma həyata keçirir. Ancaq beynəlxalq təşkilatlar buna heç bir halda reaksiya göstərmirlər. Onlar vəziyyət gərginləşəndən sonra peyda olacaqlar. Amma müharibə qaçılmazdır”. 

İndilikdə görünən budur ki, istər Dağlıq Qarabağın təmas xəttində, istər dövlət sərhədində düşmən vəziyyəti gərginləşdirməyə çalışır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan üçün hərbi əməliyyatlardan başqa bir yol yoxdur. Bunu şərtləndirən həm də odur ki, Minsk Qrupu götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Belə vəziyyətdə Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi şansı yox səviyyəsindədir. Xüsusən də düşmən təxribatlarının artması nəticəsində Azərbaycan hərb variantına əl atmağa məcburdur və bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ