29/10/2020 23:44
728 x 90

İSBAM Ermənistanın Azərbaycana qarşı son sərhəd təxribatları ilə bağlı bəyanat yaydı

img

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Ermənistanın Azərbaycana qarşı son sərhəd təxribatları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən hərbi-siyasi təxribatlar son dövrlər daha intensiv xarakter alıb.Azərbaycanın sərhəd bölgələri, mülkü vətəndaşları düşmən hərbi qüvvələrinin hədəfinə çevrilib.

Bütün bu hadisələr Ermənistandakı Paşinyan rejimi tərəfindən sülh danışıqlarının tamamilə pozulması deməkdir. Beynəlxalq hüquq normalarını heçə sayan işğalçı Ermənistan dövləti növbəti hərbi təxribatlara hazırlıq içərisində olduğu müşayiət edilməkdədir. İşğal altinda saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazilərinə qeyri leqal hərbi birləşmələr, terror qruplaşmlarının üzvlərini Ermənistan tərəfindən kütləvi yerləşdirilməsi həyata keçirilməkdədir.

Livan erməniləri adı altında ASALA və PKK terror təşkilatlarının üzvlərini kütləvi surətdə Azərbaycan ərazisində yerləşdirilməsi BMT və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş aktlara tamamıilə ziddir.

Bu addımlar bir daha Ermənistan dövlətinin təcavüzkar siyasət yürütdüyünü və terror təşkilatları ilə birgə hərbi cinayətlərdə iştirakının bəyanıdır

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi bütün təxribatlara ordumuz dövləti ilə xalqı ilə birlik iradəsi nümayiş etdirərək layiqli cavabını verib və verəcəkdir. Bu ilin iyul ayında Tovuz istiqamətində düşmən aldığı cavabı Azərbaycan əsgəri tərəfindən bundan sonra da daha kəskin daha sarsıdıcı alacaqdır.

Vətənimizin ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın azadlığı ugrunda apardığımız haqlı mübarizədə dövlətimizin və xalqımızın qətiyyətini, Ordumuzun düşməni ininə qədər qovub yox edəcək həmləsini işğalçı çox yaxın zamanda görəcəkdir.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq qəhrəman ordumuzla, dövlətimizlə fəxr etdiyimizi, düşmən fitnəsinə qarşı mübarizədə Ali Baş Komandanın əmrinə tam hazır olduğumuzu bəyan edirik”.

Son xəbərlər