30/10/2020 00:35
728 x 90

“Human Rights Watch”ı, “Amnesty International”ı, “Freedom House”u Azərbaycan əleyhinə yönəldən qüvvə bilindi - Azərbaycan Prezidenti Sorosun Ermənistan siyasətini də ifşa etdi

Vüqar Rəhimzadə: “Həmin təşkilatlar həqiqətən də insan haqlarının müdafiəçisi olsaydılar...”

img

“Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə”. Bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, müstəqillik Ermənistanda formal xarakter daşıyır: “Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar”.

Prezident ou da qeyd edib ki, Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, amma heç bir təşkilat məsələ qaldırmayıb: “Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir”.

Həqiqətən də sözügedən təşkilatların Ermənistanda baş verənləri görməzdən gəlməsi deyilənlərə sübutdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Tofiq Yaqublu həbsdə olanda "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatları mütəmadi olaraq Azərbaycanı tənqid edirdilər. Ancaq qəribədir ki, məhkəmənin Yaqublu ilə bağlı son məlum qərarından sonra bu təşkilatlardan heç bir reaksiya yoxdur. Azca da olsa bunu təqdir etmirlər. Sanki qurbağa gölünə daş atılıb.

Bütün hallarda, görünən odur ki, sözügedən təşkilatlar Sorosun təsiri altında olduqları üçün Ermənistanda baş verən pozuntulara susurlar.

  • “Bütün bunlar həm də onların simasızlığını, riyakarlığını və ikili standartlardan çıxış etmələrini ortaya qoyur”

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ölkə Prezidenti tutarlı arqumentlərlə "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının riyakar olduğunu və Ermənistanda yaşanan pozuntuları görməzdən gəldiyini sübut etdi: “Bu, bir daha insan haqları adından danışan sözügedən təşkilatların, əslində, sifarişlə işləyən təsisatlar olduğunu sübut etdi. Məlum oldu ki, Soros həmin təşkilatların maliyyələşdirilməsində iştirak edir. O üzdən, həmin təşkilatlar bəzi ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. İnsan haqlarından danışan həmin təşkilatların məqsədi bəzi ölkələrdə ictimai rəyi çaşdırmaqdır. Həmin təşkilatlar həqiqətən də insan haqlarının müdafiəçisi olsaydılar, o zaman Ermənistanda baş verən pozuntulara ciddi reaksiya verərdilər. Onlar isə, hər zaman olduğu kimi, bunları görməzdən gəlirlər. Çünki həmin təşkilatlar Sorosun əlində ələt rolunu oynayır. Bütün bunlar həm də sözügedən təşkilatların simasızlığını, riyakarlığını və ikili standartlardan çıxış etmələrini ortaya qoyur. Ona görə də Prezidentin səsləndirdiyi fikirlər tamamilə reallığı özündə əks etdirir. Ermənistan bəzi xarici qüvvələr tərəfindən idarə olunan bir dövlətdir”.

Ekspert onu da qeyd etdi ki, "Freedom House", "Amnesty International","Human Rights Watch" və digər bu kimi təşkilatlar bundan sonra da hansısa qüvvələrin sifarişini yerinə yetirəcəklər. Həmin təşkilatlardan obyektiv yanaşma gözləmək sadəlövhlük olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər