ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə predmet danışıqların ATƏT Minsk qrupu həmsədrlərinin himayəsi altında tez bir zamanda bərpasına çağırır. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.
O bildirib: “Biz, əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə kömək göstərməyə sadiqik və tərəfləri qətiyyətlə Minsk qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqlarını tez bir zamanda bərpa etməyə çağırırıq”.