çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycan Prezidenti bölgəmizdə yetişdirilən müharibənin əsl müqəssirini göstərdi – danışıqlar dayanıb, biz hər şeyi görürük…

Image


Prezident İlham Əliyev  yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə dair həm ictimaiyyətə, həm beynəlxalq aləmə, eyni zamanda təbii ki, düşmən ölkəyə ünvanlanmış dəqiq və aydın mesajlar verdi.

Prezident bildirdi ki, Ermənistanla danışıqlar praktiki olaraq dayanıb, heç bir danışıqlar getmir, heç bir nizamlama planı müzakirə olunmur və bütün bunların tək günahkarı var: “Yerevanda erməni xalqının məhz Qarabağdan, münaqişənin həll edilməməsindən qaynaqlanan problemlərindən istifadə edərək hakimiyyətə gələn avantürist Nikol Paşinyan!”

Azərbaycan Prezidenti bəyan edir ki, Bakı imitasiya xarakterli heç bir danışıqlara qoşulmayacaq. Çünki Ermənistan rəhbərliyi danışıqları pozub, sülh prosesi dayanıb və bunun bütün məsuliyyəti, danışıqların pozulmasının nəticəsi olaraq baş verə biləcək bütün hadisələrin günahı Yerevanın üzərindədir. Çünki bu müddət ərzində Azərbaycan tərəfi mümkün qədər konstruktiv davranıb, danışıqlar prosesini pozacaq heç bir addım atmayıb. İlham Əliyev isə bəyan edir ki, Ermənistan yenə hərbi avantüraya əl atmaq istəyirsə, Azərbaycan buna hazırdır - düşmən öz çirkin planlarından əl çəkməsə nəticələri onun üçün çox ağır olacaq!

Prezident bu çıxışı ilə dünya birliyinə, Minsk Qrupu həmsədrlərinə hansı mesajları verdi?  Belə nəticəyə gəlmək olarmı ki, Azərbaycan problemin sülh yolu ilə həllinə artıq inanmır və müharibənin qaçılmaz olduğunu hesab edir?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident son müsahibəsində Ermənistanla danışıqların praktiki olaraq dayandığını, heç bir danışıqların  getmədiyini bildirdi: “Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan dövləti və cəmiyyətinin problemlərindən danışdı. Prezident ümumi maraqlar çərçivəsində olan problemlərin ətrafında çoxsaylı mesajlar verdi. Mesajları cəmiyyətin dövlətdən və şəxsən Prezidentdən gözləntilərinə cavab kimi qəbul etməliyik. Ən böyük narahatlıq, əlbəttə, ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ətrafında ölkədə və regionda baş verən proseslərlə bağlıdır.

Məsələ ondadır ki, iyul ayında bu ölkənin yüksək hərbi eşelona məxsus zabitlərin ölümü ilə nəticələnən hərbi təxribatından sonra biz uzun illər nəticəsiz danışıqlarla bağlı əhalinin necə hiddətli olduğunu və bunu ifadə etdiyini beynəlxalq instansiyalara çatdırmış olduq. İyulun 14-dən sonra xalqın küçələrə çıxaraq Azərbaycan ordusu və Ali Baş Komandana dəstəyini ifadə etməsini nəticəsiz danışıqlardan yorulma haqqında mesaj kimi də qəbul edə bilərik. Bütün bunları  şərtləndirən digər məqamlar da var. Məsələ ondadır ki, Ermənistanın əvvəlki rəhbərliyi proseslərdə var gücü ilə işğal faktının möhkəmlənməsi ilə status-kvonun davam etdirilməsinə çalışırdı. Paşınyanla küçədən gələn erməni diplomatiyası isə beynəlxalq hüququn pozulması ilə paralel regionun enerji, demoqrafik və ekoloji təhlükəsizliyinin pozulması istiqamətində sistemli iş aparmaqdadır. Bura işğal olunmuş ərazilərimizə  etnik ermənilərin qanunsuz məskunlaşdırılmasını, işğal olunmuş ərazilərdə “xalq ordusu” adı altında Suriyadan etnik erməni terror qruplarının yerləşdirilməsini, baş nazirin arvadının hərbi təlim keçməsini, qanunsuz silah daşımaları və bu kimi regionun uzun illərdir mövcud olan düzəninin pozulması siyasətini aid edə bilərik.  

Ancaq Azərbaycan Prezidentinin Dağlıq Qarabağ konflikti ilə bağlı  mesajlarını tək daxili auditoriyaya şamil  edə bilmərik. Məsələ ondadır ki, çıxışı zamanı Prezident sistemli şəkildə beynəlxalq huququn ədalətə xidmət etməkdə yararsızlığı, beynəlxalq nizamlayıcı instansiyaların, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesinin imitasiya xarakteri daşımasını, ATƏT-in Minsk Qrupu üzvlərindən birinin prosesdə iştirakçı tərəf kimi görsəndiyini, Azərbaycan xalqının isə bütün bunların fərqində olduğunu xatırlatdı.

Bu çıxış, həmçinin bir xatırltma idi ki, beynəlxalq instansiyalar qlobal enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan bu qədər strateji bir regionda təhlükəsizliyi nümayişkaranə pozan Ermənistana qarşı konkret mövqe tutmur. İrəvanın fəaliyyəti təkcə Azərbaycana təhdid deyil. Bu sahədə Avropa Birliyi və ABŞ rəsmilərinin Azərbaycan höküməti ilə görüşlərdə etdiyi etiraflar açıq şəkildə ifadə olunmalı və ümumi maraqlar üçün hədə olan aqressor cəzalandırılmalıdır.

Uzun illər Azərbaycanın sülh danışıqlarına sədaqəti də məhz bu beynəlxalq instansiyaların qapalı görüşlərdəki etiraflarına inam idi. Bunun məntiqi davamı kimi beynəlxalq hüququn təmin olunmasında real sanksiyaların həyata keçiriləcəyinə əminliyimiz var idi. Bunun əvəzində isə  Ermənistan tərəfi regiona kənar terror ünsürlər qoşmaqla 3 -cü bir tərəf formalaşdırmağa çalışır. Bu isə, Azərbaycanın təhlükəsizliyindən başqa, həm də  qlobal səviyyədə təhlükəsiliyə hədədir,  növbəti bir qaynar ocaq yaratmaq təşəbbüsüdür. Bir daha bu nəticəyə gəlirik ki, Ermənistan  bizim üçün sülh danışıqları ilə bağlı heç bir ümid yeri saxlamayıb”.

Azərbaycan Ermənistanın təxribatlarını yaxşı anlayır və dərk edir. Yaxın zamanlarda işğalçıya layiqli cavabın veriləcəyinə əminik.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ