çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənistan Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK ilə açıq işbirliyinə başladı – terror yuvası Qəndildən Qarabağa köçürülür

Image


Son günlərin hələ də ən çox diqqət çəkən əsas mövzuları sırasında Ermənistanın məqsədyönlü siyasəti nəticəsində müxtəlif terrorçu qruplaşmaların Azərbaycanın işğal edilmiş ərazilərinə axın etməsi yer alır. Bu xüsusda PKK ilə bağlı məqamların getdikcə daha ön plana çıxması da aydın müşahidə olunur.

Xatırladaq ki, Ermənistanın Livan ermənilərini Azərbaycanın işğal edilmiş ərazilərinə köçürməyə davam etdiyi bir vaxtda PKK terror təşkilatının “xüsusi təyinatlı qüvvələri”nin Dağlıq Qarabağ bölgəsinə gətirildiyinə dair məlumatlar yayıldı. Türkiyənin “Cumhuriyyet” qəzeti bölgədəki təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumatlarda göstərdi ki, PKK-nın qeyd edilən qüvvələri Dağlıq Qarabağda ermənilərə hərbi təlim keçir. Özü də PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır və bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD-YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib. O da bildirilirdi ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb.

Bununla yanaşı, yayılan məlumatlardan o da bəlli olur ki, Ermənistan həm də Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK qruplaşması ilə işbirliyinə başlayıb. Elə bu səbəbdən iyul ayında Tovuz istiqamətində baş vermiş toqquşmaların ardınca PKK yaraqlılarını Qarabağa daşımağa başlayıb. İraq hökumətinə yaxın qaynaqlardan isə mətbuata məlumat daxil olmuşdu ki, Ermənistanın bu ölkədəki səfiri Qraçya Poladyanın vasitəçiliyi ilə bu ilin yayında İrəvan PK ilə əlaqələri dərinləşdirməyə başlayıb. Bu fonda Dağlıq Qarabağda PKK kürd terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqda razılaşma əldə edilib. Ermənistanın İraqdakı səfiri işlədiyi iki ildən də az müddətdə dəfələrlə İraq kürd muxtariyyətinə bu məqsədlə səfər edib. Səfir kürd administrasiyası rəhbərliyini inandırmağa çalışırdı ki, PKK yaraqlıları Qarabağda Türkiyəyə qarşı fəaliyyət göstərəcək. Poladyan PKK-nın dayağı olan Süleymaniyyədə bu prosesdə istədiyi nəticələri əldə edə bilib. Burada ona erməni xüsusi xidmət orqanlarının və hərbi kəşfiyyatının İraqa qonşu İran ərazisindən keçən nümayəndələri də yardım edib. Poladyan Kürd Vətənpərvərlər İttifaqı -Türkiyə ilə qatı düşmənçilik münasibətlərində olan marksist yönümlü siyasi partiya ilə əlaqələr yaradıb. Bütün bunlar fonunda  İraqın şimalından yüzlərlə PKK yaraqlısı Süleymaniyyədən yola çıxıb, daha sonra İraqın Kala-Çivalan, Pencivan, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrindən keçməklə İranla sərhəd Seyran Bənd şəhərciyinə çatıblar. Sərhədi piyada keçən PKK yaraqlıları İranın Saqiz yaşayış məntəqəsinə daxil olub, oradan isə İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə Kirmanşahdan keçərək Ermənistan və Azərbaycanın işğal edilmiş əraziləri istiqamətində yola düşüblər. Qeyd edilənlər Misirin “cairo24.com” portalında yer alan məlumatlarda da öz əksini tapır.

Nəşr yazır ki, Ermənistanla Azərbaycan arasında iyul ayında baş vermiş toqquşmalardan sonra PKK yaraqlılarının Ermənistan ordusunun sıralarına inteqrasiya edilməsi əməliyyatı fəallaşıb: “PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb. Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar Türkiyə ərazisindən İraqa gediblər və PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər”. Bildirilir ki, həmin qrup hərbi hazırlıq keçmək və diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşıb. Qrup iyul ayında əvvəlcə İranın Urmiyə şəhərinə aparılıb, orada İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında bir neçə gün qalıblar və daha sonra Ermənistana keçiblər. Bundan əlavə, hazırda İran və Suriya ərazisində Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var. Bütün bunlar həm də o deməkdir ki, PKK-nın Qarabağa gəlişinə İran da yardım edir. İndi Ermənistana gəlmək  istəyən birinci qrup PKK-nın Suriya qolu olan YPG-nin 250 yaraqlısından ibarətdir. Həmin qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır. Qrupun İraq ərazisində hərəkəti və daha sonra İrana keçirilməsi ilə Tehrana loyal olan “Bədr” təşkilatı məşğuldur. Plana əsasən, birinci mərhələdə və sentyabrın əvvəllərində həmin qrupdan 165 nəfər İranın İlam əyalətindəki sərhəd-keçid məntəqəsindən bu ölkəyə daxil olub və Mehran şəhərində yerləşib, yaxın günlərdə isə Ermənistana keçməyə hazırlaşır. Məlumata əsasən, həmin qrup hücum əməliyyatlarının keçirilməsi üzrə ixtisaslaşıb, bu da erməni ordusunun Azərbaycan ordusunun mövqelərinə diversiya və terrorçu metodlardan istifadə etməklə hücuma keçməyə hazırlaşdığını göstərir.

İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Mahmur bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan yaraqlılardan təşkil olunub. Qrup bu ilin avqust ayında iki avtobusla “Hizbullah”ın İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb, həmin qrupdan 17 nəfər daha sonra Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb. 17 nəfərlik qrup Kirmanşahda bir neçə gün qaldıqdan sonra Ermənistana keçmək üçün Urmiyəyə aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə İrəvana uçub. İraqdan İrana keçmək üçün isə PKK yaraqlıları İranın Mandaziya, Pərvizxan və Xanacini qəsəbələrindən tranzit məntəqəsi kimi istifadə edirlər. Kürd yaraqlıları Ermənistan ordusunun sıralarına qoşulur. Belə bir məlumat da var ki, erməni tərəfi PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda istifadə olunmasının əvəzində Türkiyənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün bu terror təşkilatına Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bütün bunlar Ermənistanın PKK planlarının artıq təhlükəli bir həddə çatmaqda olduğunu göstərir. Digər tərəfdən, proseslər belə davam edərsə. Ermənistan-PKK işbirliyi nəticəsində sözügedən terror təşkilatının qərargahının Qəndildən Qarabağa köçürülməsi belə istisnalıq təşkil etmir. Məhz belə vəziyyətdə Azərbaycan və Türkiyənin Qarabağda birlikdə antiterror əməliyyatına başlaması qaçılmaz sayılır. Azərbaycanın işğal edilmiş torpaqlarında terror yuvası məhz bu yolla dağıdıla bilər.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ