çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycan və Ukrayna Ermənistana qarşı birləşir...

Image


Bu gün postsovet ölkələri sırasında münasibətlərin yenidən müəyyən edilməsi prosesi getməkdədir. Bu durumda münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistanla da bağlı maraqlı situasiya müşahidə edilir. Real durum budur ki, postsovet ölkələri Azərbaycanla daha sıx yaxınlaşmağa maraq göstərdiyi halda, Ermənistana münasibətdətam fərqli mənzərə hökmsürür. Bunu Ukraynanın timsalında aydın görmək olar.

Məlumdur ki, Azərbaycan və Ukrayna ikitərəfli, çoxtərəfli görüşlərdə, o cümlədən beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Digər tərəfdən, bu gün də Bakı ilə Kiyev arasında siyasi müstəvidə tam qarşılıqlı anlaşma mövcuddur. Başqa sahələrdə, ilk növbədə, iqtisadi, nəqliyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində də əməli addımlar atılır. Bu fonda Azərbaycanın, onun diasporunun Ukraynada mövqelərinin güclənməsi də müşahidə olunur. Məhz bütün bunların nəticəsidir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən məlum olayda Ukrayna birmənalı şəkildə ölkəmizin mövqeyini dəstəklədi. Ermənistanın işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasətinə qarşı da Ukrayna konkret mövqe sərgiləyir. Ukrayna Analitika Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko bu xüsusda bildirir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma prosesi, xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi Ermənistan hakimiyyətinin siyasətinin dalana dirəndiyinin göstəricisidir. O qeyd edir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırma siyasəti aparması beynəlxalq hüququn prinsiplərinə ziddir və təxribatdır: “Bu həmin torpaqlarda yaşayan əvvəlki sakinlərlə sonradan köçürülən insanlar arasında qarşıdurma yarada bilər. Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan vətəndaşlarının əmlak hüquqları qüvvədədir. Bu siyasət münaqişənin dərinləşməsinə şərait yarada bilər”. Aleksandr Oxrimenko  hesab edir ki, Ermənistanın bu siyasəti onun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmək fikrindən uzaq olduğunu göstərir: “Beynəlxalq birlik bu məsələyə ciddi fikir verməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu prinsipial mövqeyini ortalığa qoymalıdır”.

Bu arada isə Ermənistanın Ukraynaya qarşı da təxrubatçı addımı üzə çıxıb. Söhbət ondan gedir ki, sentyabr-dekabr ayları ərzində BMT-nin 75-ci Baş Assambleyası keçiriləcək. Bu il koronavirus infeksiyasının yayılması fonunda tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olaraq ali səviyyəli tədbir video təqdimatlar formatında baş tutacaq. 75-ci iclasın layihə gündəliyinə Ukraynanın müvəqqəti işğal altında olan ərazilərindəki vəziyyət məsələsi də daxildir. Bu qətnaməni, əksər dünya ölkələri ilə yanaşı, Azərbaycan da dəstəkləyib. Ancaq Ermənistan əleyhinə səs verib. Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko məsələ ilə bağlı “media.az” portalına verdiyi şərhdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini BMT daxil olmaqla müxtəlif beynəlxalq platformalarda dəstəkləməsini Ukrayna dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan bu məsələdə hər zaman prinsipial mövqe tutub və bu mövqeyini də saxlayır: “Ukrayna da, öz növbəsində, hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləməyə hazırdır. Beynəlxalq arenada biz birik və diplomatik səylərimizi koordinasiya edirik. BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsini dəstəkləməyin Azərbaycan üçün asan olmadığını başa düşürük. Çünki Bakının Kiyevi dəstəkləməməsi üçün Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələr var. Azərbaycan hökuməti bu təzyiqlərə boyun əymir və Ukraynaya qarşı dost mövqe tutmağa davam edir. Biz bunu çox qiymətləndiririk. Biz işğal olunmuş ərazilərin tamamilə azad edilməsinin xarici siyasətdə əməkdaşlığımız və xalqlarımızın səmimi dostluğu sayəsində mümkün olacağını anlayırıq”. Bütün bunlar o deməkdir ki, Azərbaycan və Ukrayna qarşıdakı dövrdə bir-birilə daha sıx münasibətdə olacaq. Bu halda onların Ermənistana qarşı birgə konkret mövqe sərgiləməsi də tamamilə gözləniləndir. Çünki qeyd edilənlər siyasi müstəvidə Ukraynanın Azərbaycanın yanında yer aldığını göstərir. Ukraynalı politoloq Natalya Belous isə bildirir ki, iqtisadi və siyasi müstəvidə iki ölkənin əməkdaşlığının daha da dərinləşməsini gözləmək olar:“Ukrayna, xüsusilə də ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək. Təxmin etmək olar ki, Ermənistan müəyyən lobbi dəstək qruplarını yaratmağa və gücləndirməyə, Ermənistanın sivil, demokratik dövlət olduğunu beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. O halda, sadəcə, işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarsın”.

Belə vəziyyət Azərbaycanın Ukraynada Ermənistanın mövqelərinə artıq ciddi zərbə endirdiyini göstərir.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ