Cümə günü, 23 oktyabr 2026
     

Radikalların oyun qurmaq istədiyi tənqidçi gənc yazara polis naziri səviyyəsində diqqət göstərildi - Vilayət Eyvazovun jesti...

Image


Məlum olduğu kimi, gənc yazar Kəramət Böyükçöl yaşadığı evdə polis tərəfindən həbs edilmişdi. Həbsindən əvvəl Kəramət içkili vəziyyətdə öz sosial şəbəkə səhifəsindən canlı yayımlara çıxaraq bir çox tanınmış ziyalıların və dövlət adamlarının ünvanına təhqirlər, söyüşlər səsləndirmişdi.

Onun saxlanmasını bəzi radikal dairələr güya etdiyi həmin çıxışlarla izah etməyə çalışsalar da, sonra məlum olub ki, saxlanma motivi tamamilə başqa olub. Avqustun 19-da  qonşuların şikayəti əsasında kirayədə qaldığı mənzildə saxlanıb 28-ci Polis bölməsinə aparılan gənc yazar Kəramət Böyükçöl sərbəst buraxılıb. Bu barədə xəbəri yazarın atası, şair-publisist Qəşəm Nəcəfzadə verib. Polis şöbəsində aparılan araşdırma zamanı K.Böyükçölün əməlində cinayət motivi olmadığı müyyən edilib.

Gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən avqustun 18-də saxlanmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Kəramət Böyükçölün qonşularının və kirayədə qaldığı mənzilin sahibinin şikayətləri əsasında saxlandığı bildirilib:"Onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər".

Qeyd edək ki, həmin vaxt Kəramətlə birgə onun mənzilində olan dostları Murad Köhnəqala və Ramil Zeynalov da saxlanmışdı. Digər iki nəfər də sərbəst buraxılıb. Kəramət sərbəst buraxılandan sonra Daxili işlər naziri Vilayət Eyvazov onun atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib. Bu barədə Q.Nəcəfzadə özü “Facebook” hesabında paylaşım edib. V.Eyvazova təşəkkürünü bildirən şair belə yazıb:“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”

Nazir Vilayət Eyvazovun bu jestini necə dəyərləndirmək olar?

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sıradan bir vətəndaş kimi Kəramətin hərəkətlərini təqdir etmir:“Son günlər etdiyi hərəkətlər onun nüfuzunu aşağı salan addımlar idi. Onunla bağlı yazılan bütün statusları, məqalələri oxudum. Bəzən deyirlər ki, sözə bağışlamaq lazımdır. Bu adam sözün qədrini gərək bilsin ki, cəmiyyət də ona hörmət qoysun  da. İçib sərxoş vəziyyətdə söyüş söyüb, başqasının ləyaqətini alçaltmaq söz adamına yaraşan hərəkət deyil. Bu məsələdə polis üzərinə düşən funksiyanı qanuni şəkildə yerinə yetirib.  Bütün dünyada da belədir ki, polis öz fəaliyyətini daxil olmuş məlumatlar əsasında qurur. Daxil olmuş məlumatlar kitaba qeyd edilir, bundan sonra  onun icrası ilə bağlı fəaliyyətə keçilir.  Kəramətin evinə polisin daxil olmasını məhkəmənin qərarı ilə əsaslandırmaq istəyənlər yanılır. Əməliyyat  Axtarış Fəaliyyəti Haqqında Qanuna dəyişikliklər olub. Orada göstərilir ki, polis bəzi hallarda məhkəmənin qərarı olmadan da mənzilə girə bilər. Biz videodan da gördük ki, polis nəzakətlə qapını döyür, sonra özünü təqdim edir. Gərək Kəramət də savadlı adam kimi sakitcə onların tələblərinə riayət edəydi. Onda heç bu səs-küy də olmayacaqdı. Kəramətdən edilən şikayətin təfsilatı ona yerində izah edilməməlidir. Aparıb ərazi üzrə polis bölməsində izahatını almalıdırlar. Bu məsələdə polis nazirindən tutmuş, adı işçisinə kimi çox nəzakətli davranış ortaya qoydu. Nazir səviyyəsində məsələnin çözülməsinə addımlar atıldı.  Bununla nazirin timsalında Azərbaycan ziyalısına hansı qiymətin verildiyinin şahidi olduq. Kəramət 20 yaşında roman yazıb, atası tanınmış şairdi. Naziri onlara zəng etməyə vadar edən onların ziyalılığı olub. Hesab edirəm ki, bu diqqətdən və davranışdan sonra Kəramət bəy də özü üçün müəyyən çıxarışlar etməlidir. Bir daha elə addımlar atmamalıdır. Bir adamın əsərlərini oxuyurlarsa,  o özünə ciddi qiymət verməlidir. Bəzi qüvvələr bu hadisənin eskalasiyasını genişləndirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. Bilməlidirlər ki, harada kiçik də olsa hüquqpozma varsa, orda polis var.  Polis bu məsələyə vaxtında reaksiya verməsəydi, biz bəlkə də başqa faciələrin şahidi olardıq”.

İstənilən halda, bu gərginlik polisin müdaxiləsindən sonra yoluna düşdü. Yəqin Kəramətin özü də anlayır ki, bu məsələdə ona ən böyük yaxşlılığı elə polisimiz etdi.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ