Cümə günü, 23 oktyabr 2026
     

Prezident Əliyevin diaspor quruculuğu ilə xaricdə azərbaycançılıq ideyasının təbliğini birləşdirən tezisi...

Image


“…Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda, Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək...”. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında söylədiyi bu fikirlər xaricdə yaşayan milyonlarla azərbaycanlının, diaspor fəalının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində bir mayak rolunu oynayır.

Bu gün dünyanın müxtəlif ölkələrində, ümumilikdə, 500-ə yaxın diaspor təşkilatımız var və onların da xeyli hissəsinin fəaliyyəti çox aktivdir. Bu da onu deməyə əsas verir ki, bu qurumlarda təmsil olunan diaspor fəalları Azərbaycanın, azərbaycançılığın təbliğində xüsusi rol oynamağı əsas hədəf olaraq qəbul etməlidirlər. Çünki Azərbaycan 29 ildir müstəqil dövlətdir, məqsədyönlü daxili və xarici siyasət yürüdür, bununla yanaşı, dünya azərbaycanlıları dövlətin diqqət mərkəzindədir.  

Bu gün azərbaycançılıq ideologiyasının Azərbaycan dövlətinin və xalqının vahid ideologiyası kimi nəinki ölkəmizdə, eləcə də xarici ölkələrdə təbliğ edilməsi çox vacibdir. Əlbəttə, bu mühüm prosesin daha da inkişaf etməsində diaspor qurumlarımız, diaspor fəallarımız mühüm rol oynamalıdır. 

Diaspor fəallarının Azərbaycanla intensiv əlaqələri azərbaycançılığın dünyada yayılma perspektivlərinə, bu prosesin gücləndirilməsi işinə necə təsir edə bilər? Diaspor aktivlərinin Azərbaycanla əlaqələrinin davamlı xarakter alması dünyada azərbaycançılığın yayılmasında nə kimi rol oynaya bilər, yaxud oynamalıdır?

  • “Son illər Azərbaycan dövləti ilə əlaqələrin ciddi xarakter alması istiqamətində görülən işlər...”

Tanınmış tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, azərbaycançılıq ideologiyasının təbliğində nəinki dünya azərbaycanlıları, diaspor fəalları, hətta ölkəmizdə yaşayan qeyri-azərbaycanlılar da yaxından iştirak etməlidirlər. M.Zülfüqarlı hesab edir ki, diaspor qurumlarının, diaspor aktivlərinin Azərbaycanla son illər daha intensiv xarakter alan əlaqələri azərbaycançılıq ideologiyasının dünyada təbliğ edilməsinə böyük yollar açıb. M.Zülfüqarlının qənaətinə görə, hər bir diaspor təşkilatı, diaspor fəalı azərbaycançılığın təbliği işində mühüm rol oynamalıdır. “Azərbaycanın dövlət siyasəti - azərbaycançılıq ideologiyası 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu ilə inkişaf yoluna qədəm qoydu. Yəni 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı türkçülük ideologiyasını seçmişdi. Lakin 1995-ci ildən Azərbaycan etnik millətçilikdən dövlət millətçiliyinə - azərbaycançılığa keçdi. Azərbaycançılıq ideologiyası bu gün inkişaf edir. Azərbaycan çoxmillətli dövlətdir, burada müxtəlif xalqların, dinlərin nümayəndələri yaşayırlar. Biz elə etməliyik ki, yalnız ölkədə və dünyada yaşayan azərbaycanlılar deyil, qeyri-millətlər də azərbaycançılıq ideologiyası ilə fəxr etsin, onu həmişə hər yerdə müqəddəs bilsinlər. Azərbaycanda doğulan və xaricdə yaşayan qeyri-azərbayanlıların da azərbaycançılığın təbliğatına cəlb edilməsi çox mühümdür. 

Etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizi təmsil edən idmançılarda da biz azərbaycançılıq ideologiyasına bağlılığı görürük, onlar Azərbaycan bayrağını qaldırır və əllərini ürəklərinin üstünə qoyub himnimizi oxuyurlar.

Toxunduğunuz məsələyə gəlincə, bilirsiniz ki, son illər dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar, diaspor fəalları ölkəmizlə sıx əlaqə saxlayırlar. Xaricdəki Azərbaycan diasporunun işində xeyli nöqsan var, düşünürəm ki, o nöqsanlar həll edilməlidir. Bu, ayrı söhbətin mövzusudur.

Hesab edirəm ki, son illər Azərbaycan dövləti ilə əlaqələrin ciddi xarakter alması istiqamətində görülən işlər, diaspor qurumlarının dövlətimizlə əlaqələrinin sıxlaşdırılması imkan verəcək ki, Azərbaycan diasporu daha da güclü olsun. Dispor gücləndikcə isə onlar Azərbaycan dövlətinin, azərbaycançılığın daha geniş səviyyədə təbliğ edilməsinə çalışacaqlar.

Mən ayrı-ayrı vaxtlarda Almaniyada, İsveçdə fəaliyyət göstərən diaspor təşkilatlarının üzvlərilə görüşlər keçirmişəm, Azərbaycanla, azərbaycançılıqla bağlı ətraflı söhbətlər etmişəm. Fikrimcə, onların gücləndirilməsinə daha çox ehtiyac var. Hesab edirəm ki, xaricdəki diaspor təşkilatları artıq sözdən, şüarçılıqdan real işlərə keçməli və Azərbaycan dövlətinin, dövlətçiliyinin təbliğatında xüsusi rol oynamalıdırlar. Ölkə başçısı da çıxışlarında həmişə xaricdə yaşayan azərbaycanlıların dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb, onların Azərbaycanla daha sıx əlaqələr saxlamalı olduğunu deyib. Azərbaycan dövlətindən aldıqları dəstək, onların Azərbaycanla mütəmadi xarakter alan əlaqələri imkan verir ki, diaspor qurumlarımız daha da güclənsin və artıq sözdən əmələ keçsinlər”.

  • “Bu, diaspor fəallarının Azərbaycana və azərbaycançılığa bağlılığının...”

M.Zülfüqarlı qeyd etdi ki, düzdür, Tovuz hadisələri zamanı Azərbaycan diasporunun, diaspor fəallarının aktivliyini gördük, onların  keçirdikləri Azərbaycan dövlətinə dəstək mitinqləri təqdirəlayiqdir. “Bu, diaspor fəallarının Azərbaycana və azərbaycançılığa bağlılığının göstəricisidir. Gizlin deyil ki, bu məsələdə onlara xaricdəki diplomatik korpuslarımız dəstək vermişdi. Düşünürəm ki, yeni Xarici İşlər naziri diaspor qurumlarının azərbaycançılıq ideologiyasının təbliğini öz əsas vəzifələrinə çevirməsinə yardımçı olacaq. Fikrimcə, Diaspor üzrə Dövlət Komitəsi də öz fəaliyyətinə yenidən baxmalıdır və bu istiqamətdə işləməlidir. Çünki bizim əsas işimiz diaspor fəallarının hazırda və gələcəkdə azərbaycançılıq ideologiyasının təbliğində xüsusi rol oynamasına nail olmaqdır. Azərbaycanla əlaqələr bu istiqamətdə onların qarşısında yeni perspektivlər açır. Bu əsas verir ki, diaspor fəalları azərbaycançılıq ideologiyasını xalqımızın və dövlətimizin vahid ideologiyası olaraq geniş şəkildə təbliğ etsinlər. Dediyim kimi, buna imkanlar da var. Dünya azərbaycanlıları bilməlidirlər ki, onların əsas vəzifəsi azərbaycançılığı yaşatmaq, təbliğ etmək və öz fəaliyyət istiqamətlərini bu ruhda qurmaqdır” - deyə M.Zülfüqarlı bildirdi.   

  • “Dövlət başçısının bu istiqamətdə dəfələrlə səsləndirdiyi fikirlər, onun görülməli olan işlərlə bağlı verdiyi istiqamətlər...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirdi ki, Azərbaycan dövləti diaspor qurumlarına böyük dəstək verir, onların ölkəmizlə sıx əlaqələr qurmasını təmin edir. Buna baxmayaraq, bəzi diaspor qurumları rəhbərlərinin əsas fəaliyyət istiqamətindən yayındığını deyən F.Ələkbərli hesab edir ki, onların bəzilərində milli təfəkkürlə bağlı problem var: “Prezident dəfələrlə öz çıxışlarında dünya azərbaycanlılarına dövlətimizin münasibətini açıqlayıb, Azərbaycanın onların Vətəni olduğunu deyib. Diaspor təşkilatlarının azərbaycançılığın əsl mahiyyətini dərk etmələrinə ciddi zərurət var. Azərbaycançılıq yalnız bir sözdən və şüardan ibarət deyil. Azərbaycançılıq yalnız sözdə “Azərbaycanı sevirəm, Azərbaycan üçün bu tədbiri keçirdim” demək deyil. Əlbəttə, tədbirlər də keçirmək, mühüm görüşlərdə də iştirak etmək lazımdır. Ancaq əsas məsələ Azərbaycan dövlətinin siyasətini, milli dövlətçilik maraqlarını müdafiə etməkdir. Azərbaycanla diaspor təşkilatlarının əlaqələri ona imkan verir ki, onlar Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini bütün dünyada təbliğ etsinlər. Onlar bugünkü və gələcək fəaliyyətlərində Azərbaycanın milli maraqlarını ciddi şəkildə müdafiə etməlidirlər. Çünki, indiki halda, azərbaycançılığa, bu ideologiyaya xidmət etmək və onun təbliğatına çalışmaq bizim milli maraqlarımızı müdafiə etməklə bağlıdır. Yəni Azərbaycan diasporu, diaspor fəalı təmsil olunduqları ölkədə - Rusiya, Fransa, ABŞ, Türkiyə, İngiltərə və sair ölkələrdə Azərbaycanın milli maraqlarını müdafiə etməlidirlər. Azərbaycançılığın dünyanın müxtəlif ölkələrində təbliğatının qurulması həmin ölkələrin milli xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu o demək deyil ki, bu məsələdə ayrı-ayrı ölkələrdə fərqli siyasət ortaya qoymalıyıq, xeyr, elə deyil. Sadəcə, bilməliyik ki, hansı ölkədə hansı şəkildə siyasi və ideoloji məsələləri ifadə edə bilərik. Bu çox vacibdir. Ölkələrin şərtləri də fərqli ola bilər. Burada müsəlman, xristian, etnik baxımdan qarışıq ölkələr, Azərbaycana yaxın və uzaq ölkələr ayrı-ayrılıqda xüsusi diqqətdə saxlanmaldır. Fikrimcə, təəssüf ki, hazırda bəzi diaspor qurumları Azərbaycanın dövlətçilik maraqlarını müdafiə etməkdən daha çox bəzən  həmin ölkələrin təsiri altına düşür və ancaq öz şəxsi maraqlarını təmin etməyi düşünür, vəzifə, var-dövlət əldə etmək istəyirlər. Bu günə kimi azərbaycançılıq ideologiyasının dünyada arzu etdiyimiz səviyyədə yayılmaması bəzi diaspor qurumlarının rəhbərlərinin milli şüurdan, milli təfəkkürdən, milli maraqlarımızdan uzaq olması ilə bağlı olub. Bu anlamda dövlət başçısının bu istiqamətdə dəfələrlə səsləndirdiyi fikirlər, onun görülməli olan işlərlə bağlı verdiyi istiqamətlər çox mühüm məsələləri əks etdirir. Prezident konkeret olaraq diaspor qurumlarına hansı istiqamətlərdə hansı işlərin görülməli olduğunu, Azərbaycanı hansı şəkildə təmsil etmələrini, ölkəmizin maraqlarını, Dağlıq Qarabağ məsələsini necə təbliğ etmələrini, ümummilli məsələlərdə necə hərəkət etməli olduqlarını göstərib. Əlbəttə, bütün bunlar da azərbaycançılığın təbliğ edilməsi məsələsi ilə bağlıdır. Çünki azərbaycançılıq özündə saysız istiqaməti, proqramları birləşdirir. Bu gün diasporlarımızda gəncləşmə prosesinə ehtiyac var və onlar birbaşa milli təfəkkürə, dövlətimizin, xalqımızın milli maraqlarına, azərbaycançılığa bağlı olan insanlar olmalıdırlar ki, fəaliyyətlərində azərbaycançılığın dünyaya yayılmasını əsas götürsünlər. Bizim yeni nəslə daha çox ümidimiz var ki, onlar üzərlərinə düşən bu vəzifəni layiqincə icra etmək yolunu tuta bilərlər. Çünki 25-30 yaşlı gənclər həm milli ruha malikdirlər, həm də onlar bir çox məsələdə həmin ölkələrin şəraitlərinə uyğun fəaliyyətlərini qura bilərlər. Onlar bu baxımdan, azərbaycançılığın təbliğat işini daha güclü şəkildə yürüdə bilərlər”.

  • “Diaspor qurumlarının azərbaycançılığın təbliğinə daha güclü şəkildə cəlb edilməsi üçün...”

F.Ələkbərli qeyd etdi ki, bu gün diaspor fəallarının Azərbaycan dövləti ilə sıx əlaqələri var, amma bu əlaqələrin qırılmasına heç cür yol verilməməlidir. O hesab edir ki, Azərbaycan dövləti diasporun işini tam olaraq nəzarətdə saxlamalıdır. “Bu istiqamətdə artıq işlər qurulub, amma bu, davamlı xarakter almalıdır. Xaricdəki diaspor qurumları ilə əlaqələr intensiv xarakter alsa da, o daha da gücləndirilməlidir. Bu gün, düzdür, ölkəmizdə Diasporla İş üzrə Komitə var. Hesab edirəm ki, bu işlərin daha da gücləndirilməsi, diaspor qurumlarının azərbaycançılığın təbliğinə daha güclü şəkildə cəlb edilməsi üçün komitənin nəzdində ziyalılardan, tarixçilərdən, alimlərdən ibarət bir qrup yaradılmalıdır. Bu qrupun üzvlərinin mütəmadi olaraq xarici ölkələrə səfərləri təşkil olunmalı və onlarla dünya azərbaycanlılarının görüşləri keçirilməlidir. Bu görüşlər azərbaycançılığın, Azərbaycan dövlətinin milli maraqlarının, Azərbaycan türkçülüyünün, Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin, ümumiyyətlə, milli maraqlarımızın və dövlətin apardığı siyasətin təbliğində mühüm rol oynayar. Ziyalılar onları daimi olaraq informasiyalarla, ədəbiyyatla təmin edə bilər. Bu, bütün ölkələrdə həyata keçirilməlidir. Bütün dünya, o cümlədən də bizə daha yaxın olan ölkələrlə əməkdaşlığı daha da artırmalıyıq, işlərimizi gücləndirməliyik” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ