Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycan Ordusunun arsenalında Ermənistanı lərzəyə salacaq onlarla Su-57 təyyarəsi...

Image


Ermənistan tərəfinin addımları, sərhəd və cəbhədə baş verənlər Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin, demək olar ki, tam dalana dirənmiş vəziyyətdə olduğunu göstərir. Bu səbəbdən Azərbaycan konfliktin hərb yolu ilə həllinə hazırlıq çərçivəsində ordusunu gücləndirməkdə, onu ən müasir hərbi texnika ilə təmin etməkdə davam edir.

Xatırladaq ki, ötən ay sərhədin Tovuz rayonu istiqamətində baş verən təxribatdan sonra Bakı hərbi xərclərin artırılacağını bəyan etdi. Bu xüsusda Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı qeyd etdi:“Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq”. Dövlət başçısının bu açıqlamasından sonra Milli Məclisin növbədənkənar iclasında dövlət büdcəsinə mühüm dəyişikliklər edildi. Dövlət büdcəsinin xərcləri 1 milyard 371,5 milyon manat artırıldı. Artan xərclərin əsaslı hissəsi ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da yüksəldilməsinə yönələcək. Bu məqsədlə əlavə  465 milyon manat sərf ediləcək. Beləliklə, cari il üçün Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da yüksəldilməsinə 4 milyard manatdan çox vəsait sərf ediləcək. Bu pulun da əhəmiyyətli bir hissəsi ordu üçün yeni hərbi texnikaların alınmasına sərf olunacaq.

Qeyd edilən məqsədlə Azərbaycan 1 milyard dollardan çox vəsait sərf edəcək. Artıq bəllidir ki, bu vəsait hesabına Azərbaycan Türkiyədən yeni hərbi texnikalar, xüsusən də pilotsuz üçan aparatlar alacaq. Digər tərəfdən, Rusiyadan yeni hərbi təyyarələrin alışı da tezləşə bilər. Söhbət Su-35 və MiG-35 qırıcılarından gedir. Xatırladaq ki, bu il aprelin əvvəllərində Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup mütəxəssisi müasir Su-35 və MiG-35 qırıcıları istehsal edən Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrində olub. “Rosoboroneksport” nümayəndələri və təyyarə zavodlarının rəhbərliyi ilə görüşlərdə döyüş maşınlarının taktiki və texniki, istismar və texniki xüsusiyyətləri, eləcə də digər məsələlər müzakirə edilib. Azərbaycan tərəfi Rusiya istehsalı olan ən qabaqcıl döyüş təyyarələrinin alınmasında ölkənin maraqlı olduğunu bildirib. Bu fonda yaxın tezlikdə Rusiyadan yeni təyyarələrin alınması tamamilə gözlənilən sayılır. Azərbaycanın Rusiyanın Su-35 və MiQ-35 çoxfunksiyalı qırıcıları ilə maraqlanması, əslində çoxdan Ermənistanda ciddi narahatlıqla qarşılanır. Amma Bakının Rusiyadan ən son döyüş təyyarələrindən olan Su-57 alması da istisna olunmur. Rusiya bu təyyarələri Türkiyə, Çin, Hindistan və digərlərinə, o cümlədən Azərbaycana satmağa hazırdır. Hərbi şərhçi Aleksandr Xrolenko qeyd edir ki, bu təyyarələrə malik olmaq böyük üstünlük deməkdir:“Su-57 uzaq və yaxın döyüşlərdə bütün növ hava hədəflərini məhv etmək, düşmənin hava hücumundan müdafiə sistemlərini dəf etməklə onun yerüstü, suüstü hədəflərini vurmaq, bazadan böyük məsafələrdə hava məkanının monitorinqini həyata keçirmək, düşmənin aviasiya idarəetmə sistemini dağıtmaq üçün nəzərdə tutulmuş beşinci nəsil çoxfunksiyalı qırıcıdır. Bu, özündə təxminən 15 ən yeni "hava-hava" və "hava-yer", o cümlədən 250 kilometrə qədər məsafəli raketləri birləşdirən ən güclü döyüş kompleksidir. Üstəlik, Su-57-nin döyüş yükünün onun kütləsinə nisbəti dördüncü nəsil təyyarələrdən xeyli böyükdür. Bu ən yeni qırıcı yüksək texnoloji üstünlüyə çatıb, Suriyada döyüş şəraitində sınaqdan keçirilib və təsadüfi deyil ki, Rusiya Müdafiə Nazirliyi ilk partiyada iki və ya üç deyil, 76 ədəd Su-57 sifariş edib”.

Ekspert qeyd edir ki, Su-57 döyüş təyyarəsi havada inanılmaz manevrlər etməyə imkan verən üçölçülü dartma vektoruna malikdir və bu keyfiyyət beşinci nəsil təyyarələrdən heç birində yoxdur: “Uzaq və ya yaxın döyüşdə sursat tamamilə xərclənsə, Su-57-nin sürəti və manevr qabiliyyəti onun döyüş canlılığının etibarlı zəmanəti olaraq qalacaq. Su-57 platforması digər döyüş təyyarələri siniflərinə inteqrasiya oluna bilən sensorlardan tutmuş radioelektron mübarizə və lazer müdafiə sistemlərinə qədər növbəti nəsil texnologiyaların geniş spektrini özündə birləşdirir. Su-57 avtomatik rejimdə vəzifələrin 90 faizini yerinə yetirməyə, hətta əvvəlcədən hazırlanmış proqram üzrə tam avtomatik olaraq hərəkət etməyə qadirdir. Pilot yaralansa və ya öldürülsə, idarəetmə sistemi əsas və ikinci dərəcəli hədəfləri müstəqil şəkildə müəyyənləşdirəcək, marşrutu quracaq, zərbəni vuracaq və təyyarəni bazaya qaytaracaq”. Bütün bunlar Su-57-ni, digər dövlətlər kimi, Azərbaycan üçün də cəlbedici edir. Həmin təyyarələrə sahib olmaq üçün isə Azərbaycan bütün lazımı imkanlara malikdir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ