Cümə günü, 23 oktyabr 2026
     

Xaricdəki mühacir söyüş ordusu Azərbaycan diasporunun birləşməsi yolunda böyük maneə kimi - soydaşlarımıza düşmən diasporun gizli təsirləri…

Image


Başqa xalqlara, millətlərə, dinlərə daim yüksək tolerantlığı ilə seçilən Azərbaycan xalqı, təəssüf ki, əksər hallarda buna qeyri-adekvat münasibətlə üzləşir. Unutqanlığımızın, ürəyiyumşaqlığımızın nəticəsi olaraq, tarixin müxtəlif dövrlərində milli faciələrimizi təkrarən yaşamalı olmuşuq.

Bədnam qonşularımızın hələ ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi qanlı faciələri unudaraq, elə həmin əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizini itirdik, Xocalı soyqırımına məruz qaldıq. Yüz minlərdə azərbaycanlı ötən əsrdə məhz erməni vandalizminin günahsız qurbanına çevrildi. Azərbaycanın ötən əsrdə ərazi işğalına məruz qalması, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırım kimi cinayətlə üzləşməsi kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur. Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Fəqət, əsrin sonuna doğru azərbaycanlıların kütləvi deportasiyası, ərazilərimizin işğala məruz qalması, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, nəhayət, Xocalı soyqırımı danılmaz, inkarolunmaz faktlarla təsdiqlənib. Milli hissini itirmiş bəziləri bu faktları unutmağa çalışsalar da, bu inkarolunmaz həqiqət ən azı arxiv sənədləri, istintaq materialları, foto, video və audio vasitələrlə sübuta yetirilir.

  • Bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdiriblər…

Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, bəzən “sapı özümüzdən olan baltalar”dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün gunahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdiriblər.

Ermənilərin 12 iyul Tovuz təxribatından sonra dünyanın bir çox ölkəsində olan Azərbaycan diasporunun nümayəndələri hadisələrin əsl mahiyyətini dünya birliyinə çatdırmaq istiqamətində səylər göstərdi. Bunun fonunda həmin ölkələrdəki erməni diasporunun nümayəndələri ilə ciddi qarşıdurmalar yaşandı. Təəssüf ki, bəzi “sapı özümüzdən olan baltalar” bu məsələdə də ermənilərin mövqeyindən çıxış etdilər. Xüsusilə də özünə bloger adını qoyan və xaricdə oturub daima Azərbaycan dövlətini təhqir edən bəzi yutuberlərin bu istiqamətdə “fəallığı” nəzərə çarpdı. Daima öz şəxsi kanalları vasitəsilə ölkəmizin simvollarını təhqir edən bu adamlar son rəzilliklərini mill məsələdə belə dövlətlərinin yanında olmamaqları ilə sübut etdilər. Onlara olan ictimai qınağın ən bariz göstəricisi isə verilişlərinə olan baxış saylarında özünü dərhal göstərməyə başladı. Müşahidələrimiz göstərdi ki, ermənipərəst mövqelərindən sonra onların verilişlərinə baxış sayında kəskin eniş dinamikası müşahidə olunmağa başlayıb.

  • Bu cür fəaliyyət həm də xaricdəki diasporumuz arasındakı konsolidasiyaya mane olur...

Acı təəssüf doğuran faktlardan biri də odur ki, Ermənistan hakimiyyətilə mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər öz ölkələrinə qarşı hər hansı bir tənqidi fikir səsləndirmədilər, əksinə, Azərbaycana qarşı hər bir ermənini birliyə çağırdılar. Bütün bu hərəkətlər bir daha təsdiqləyir ki, belə satqın adamların ermənipərəst qüvvələrə bağlılıqları var və Azərbaycana düşmən olan dairələr tərəfindən maliyyələşirlər. Bu qəbildən olan diasporumuzun üz qaraları xaricdəki həmvətənlərimizin Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verməyə çalışdılar. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da, necə deyərlər, ermənilərin dəyirmanına su tökür, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Onların bu fəaliyyəti eyni zamanda ermənilərin 12 iyul təxribatlarının əsl mahiyyətinin dünyaya lazımi şəkildə çatdırılmasına maneçilik törətdi. Bu cür fəaliyyət həm də xaricdəki diasporumuz arasındakı konsolidasiyaya mane olur. Dövlətə müxalif olan bu adamlara Azərbaycan diasporunun vahid mövqe sərgiləməsi qəti sərf etmir. Bu baxımdan da xaricdəki xəyanətkar  “yutuberlərin” fəaliyyətində əsasən iki mühüm istiqamət sezilir. Birincisi, bu adamların fəaliyyəti diasporumuzun bir araya gəlməsinə maneçilik  yaradır. İkincisi isə, bu fəaliyyətə xarici xüsusi xidmət orqanları, xüsusilə də Ermənistanın dəstək verdiyinə şübhə yeri qalmır. Çünki onların bütün təbliğat tezislərinin ermənilərlə sinxronluq təşkil etdiyinin şahidi olduq. İnsan müxalif fikirli ola bilər. Ancaq həlledici məqamda dövlətinə, ordusuna müxaliflik etməklə düşmən səngərinə keçməyin bir adı var, o da xəyanətdir.

  • “Belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”

Millət vəkili  Fazil Mustafa  Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi şəxslərin erməni maraqlarına xidmət edən tezislər əsasında bəyanatlar verməsini milli təəssübkeşliyin aşağı olması ilə izah edir:

“Düşünürəm, bu və bu kimi insanlara qarşı total bir səfərbərlik elan etmək, informasiya müharibəsində onları zərərsizləşdirmək lazımdır. Əslində, bu gün dövlətinə qarşı təlimat alan və bu işi canla-başla yerinə yetirən insanların olması çox acınacaqlıdır. Məsələ ondadır ki, bu şəxslər bu gün real faktlar təqdim etmir, boş söyüşdən başqa bir şey demir. Arxayın Londonda, Parisdə oturub, havadarlarından aldığı maliyyə dəstəyi ilə öz çirkin niyyətlərini açıqca ifadə edirlər. Onu da deyim ki, xaricdə söyüş və təhqiri mübarizə vasitəsi sayan bu şəxslərin bu gün daxildə də bağlantıları çoxdur. Xüsusilə bəzi yutuberlər var ki, məqsədyönlü şəkildə bu xəyanətə ortaq olurlar. Düşünürəm bu şəxslərin, xüsusilə də indi ölkələri əleyhinə kampaniya aparmaları birbaşa düşmən maraqlarına xidmət edir və belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”.

  • “Mən Rusiyadakı praktikamda da belə hallarla çox rastlaşmışam”

Tanınmış diaspor xadimi Mirkazım Seyidov bizimlə söhbətində bildirdi ki, bu qəbildən olan şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər:“Xüsusilə də, buyruq qulu rolunda çıxış edən S.Osmanqızı ASALA erməni terror təşkilatının üzvlərinin soydaşlarımıza qarşı vandal hərəkətlərini dəstəkləyib və baş verənlərdə günahın özlərini müdafiə edən azərbaycanlılarda olduğunu bildirib. Bu isə bir daha onu təsdiq edir ki, ABŞ-da ömür sürən bu xanım yaşlaşdıqca ağlını və milli hisslərini itirir.

Təbii, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan şərəf və ləyaqətini nə qədər itirməlidir ki, indiki situasiyada öz xalqına və dövlətinə bu cür iyrənc şər-böhtan atsın. Bu adamlar ermənidən də artıq ermənidilər. Belələri hər fürsətdə dövlət maraqlarımızın və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir. Onların hansı məqsədlə fəaliyyət göstərdiyini görürlər və öz etirazlarını yazırlar. Biz siyasətçilər də onların şantajlarından, hədə-qorxularından və digər amillərdən çəkinməməliyik və açıq şəkildə mövqeyimizi ortaya qoymalıyıq. Mən Rusiyadakı praktikamda da belə hallarla çox rastlaşmışam. Rusiyadakı diasporumuzu regionlarda bir araya gətirmək istiqamətində ciddi maneələrlə üzləşdim. Onda da bu qəbildən olan adamlar oradakı azərbaycanlıları parçalamaq üçün milli azlıq kartından və siyasi oriyentasiyadan istifadə edirdilər. Bəzi müxalif insanlar arasında təbliğat aparılırdı ki, Avropadan yayım edən “yutuberlərə” pul göndərsinlər. Sonrakı mərhələdə biz belə cəhdlərin şahidi olduq. Bu qənaətə gəldik ki, məkan fərq etmir. Bunlar bir şəbəkə formasında fəaliyyət göstərirlər. Başlıca məqsədləri diasporumuzun bir araya gəlməsinə mane olmaqdır. Bu da ermənilərin marağında olan məsələdir. Dərindən analiz edəndə həmin şəxslərin erməni lobbisinin təsiri altında hərəkət etdiyi üzə çıxır. Bütün vətənini sevən diaspor nümayəndələri belə parazitləri öz sıralarından xaric etməlidir.

  • “Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər”

Müxalifətin radikal qanadı və xaricdə məskunlaşan, ölkəmiz əleyhinə təbliğat aparan mühacir qruplar bu dəfə də antimilli xislətlərini ortaya qoydular. Bəlkə də gözləmək olardı ki, Ermənistanın Tovuz rayonumuz istiqamətində həyata keçirdiyi təxribat zamanı həmin qüvvələr heç olmasa susacaq.

Vətəni, milli məsələni, torpağı müdafiə etməsələr belə, susacaqlar. Amma olmadı. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişləri məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissləri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar.

Ermənilərin Azərbaycana qarşı əsas silahlarını aktivləşdirmələri ilə xaricdəki antimilli şəbəkə sinxron şəkildə dövlətimizin və xalqımızın üzərinə hücuma keçdi. Aprel döyüşlərində olduğu kimi. Həmin vaxtda da bu qüvvələr sosial şəbəkələrdə dezinformasiya yaymaqda idilər, guya böyük bir ərazi itirmişik, qurbanlarımız daha çoxdur, gizlədirik və s... Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verdilər. Xalqımıza, dövlətçilik maraqlarımıza, milli məsələlərimizə belə qəbuledilməz münasibətlə sübut etdilər ki, bu dəyərləri çoxdan itiriblər”.

Sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar sübut edir ki, həmin adamlara kütləvi nifrət yaranıb. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini görmüş oldu.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ