Cümə günü, 23 oktyabr 2026
     

İtalyan jurnalistdən İrəvanın iç üzünü açan mükəmməl yazı: “Ermənistanda totalitar rejim hökm sürür”

Image


İtaliyanın “InTerris” analitik-xəbər portalında jurnalist Milena Castiglinin “Caritas Armenia yoxsulların yanında: Qafqazda sülh körpüsü” adlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistandakı vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın “Ermənistan və Azərbaycan: münaqişəni sülh yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur” adlı məqaləsi dərc edilib.

D.Letiziya M.Castilglinin müəllifi olduğu məqalədə müxtəlif yanlışlıqlara yol verildiyini, o cümlədən Ermənistanın Azərbaycan tərəfindən təcavüzə məruz qalması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirərək, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını deyib. D.Letizia Ermənistanın ağır iqtisadi və epidemioloji vəziyyətlə üzləşdiyini, bu səbəbdən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmağa məcbur olduğunu, hərbi təxribatlara əl atdığını və iki ölkə arasındakı dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini xatırladan D.Letizia Ermənistan əhalisinin yoxsulluq və aclıqla üzləşməsinin məhz Azərbaycan torpaqlarının işğal edilməsi faktından irəli gəldiyini deyib. Ermənistanın acınacaqlı iqtisadi durumda olduğunu qeyd edən italyan jurnalist adambaşına düşən ÜDM-ə görə bu ölkənin dünyada 118-ci yerdə qərarlaşdığını, Ermənistanda yaşayan tənha qalmış şəxslərin və körpə uşaqlı anaların ac, əlilliyi olan şəxslərin qayğısız qalması səbəbindən xüsusilə böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.

Ermənistanda mövcud faciəvi mənzərənin keçmiş və hazırkı siyasi rəhbərliyin səriştəsiz idarəetməsi səbəbindən yarandığını deyən italyan jurnalist vurğulayıb ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən italyan jurnalist N.Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edib.

D.Letiziya vurğulayıb ki, hazırda bu ölkədə ən çox müzakirə olunan mövzulardan biri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı cinayət işi ilə bağlıdır. Jurnalistin sözlərinə görə, M.Minasyan N.Paşinyan və həyat yoldaşı Anna Akopyanı 50 min ton metal qırıntısının Ermənistandan qeyri-qanuni ixracı və ticarətində, habelə N.Paşinyanı beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarətilə məşğul olmaqda, Ermənistanın dövlət xəzinəsini talan etməkdə günahlandırır.

Jurnalist xatırladıb ki, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti tərəfindən Krasnodarda saxlanmış qara bazar üçün 40 ton siqaret daşıyan və göyərtəsində Ermənistan nümayəndələri olan təyyarənin hazırkı hökumətin qeyri-qanuni beynəlxalq qaçaqmalçılıqla bağlılığına dair çoxsaylı xəbərlər yayılıb, eyni zamanda Voronej vilayətində də N.Paşinyanla əlaqələndirilən külli miqdarda qanunsuz siqaretin ələ keçirildiyi bildirilib.

D.Letizia Ermənistan silahlı qüvvələrinin işğal etdikləri əraziləri tərk etməyənə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayana qədər münaqişənin dayanıqlı sülh yolu ilə həllinin mümkünsüzlüyünü bildirib, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun gələcək hüquqi statusunun müəyyənləşdirilməsi üçün bölgənin azərbaycanlı icmasının iştirakınınvacibliyini vurğulayıb.

Ermənistana beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ayrılan ianələr və humanitar yardımların bu ölkədəki ağır sosial problemləri və yoxsulluğu aradan qaldırılmayacağını qeyd edən D.Letiziya təbii sərvətləri, dənizə çıxışı olmayan kiçik və yoxsul bir ölkənin sözügedən problemlərinin yeganə həlli yolunun qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasında olduğunu bildirib. Bunun üçün isə müəllif Ermənistanın ilk növbədə öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmamalı olduğunu, Azərbaycanla sülhün əldə olunması istiqamətində səy göstərməli olduğunu deyib.Müəllif məqaləsini “Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, öz xalqının gələcəyi üçün bir o qədər yaxşı olar” fikirləri ilə bitirib.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.interris.it/spazio-al-lettore/armenia-azerbaigian-soluzione-pacifica/



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ