Cümə günü, 23 oktyabr 2026
     

Ermənistanın yeni Milli Təhlükəsizlik Konsepsiyası - şovinist, ksenofob, irqçi və faşist strategiyası...

Image


Prezidentin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərdə Ermənistanın özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə açıqlamasına münasibət bildirib:

“Strategiyaya ön sözü kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur ki, bu da format olaraq belə sənədlərə tamamilə uyğun gəlmir”.

H.Hacıyev qeyd edib ki, ümumiyyətlə, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir: “Adətən bu kimi sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib”.

PA rəsmisi əlavə edib ki, Strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir: "Erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistan baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi, Bəs indi hardadır. Səhralarla örtülüb” sitatında cəmləşib. Bu düşüncə ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçuların heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur”.

Ümumiyyətlə, sənədin təhlili göstərir ki, Ermənistan burada diqqəti iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir.

Ermənistanın yeni Konsepsiyasının Hikmət Hacıyevin ifşa etdiyi şovinist, ksenofob, irqçi və faşist mahiyyətilə bağlı ekspertlər nə düşünür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Ermənistanın bitkin bir siyasəti var və o hər zaman üçün aktual olur: “Onların dənizdən-dənizə  ideyası bütün hakimiyyətlərin dönəmində aktual olur. Nə qədər dəyişiklik olsa da, hakimiyyətdə kimin olması bu ideyanın inkişafına, qorunub saxlanmasına mane olmur. Bir vaxtlar həmin millətin ideologiyasını kilsələri aparırdı. Sonrakı SSRİ dönəmində Daşnaksütyun partiyası bu işi xaricdən aparmağa başladı. İndi də keçiblər daxildə bu siyasəti formalaşdırmağa. Əslində yaradılan bütün yeni konsepsiyalar da həmin ana ideologiyadan doğur. Onların yürütdüyü siyasətin kökündə başqa əraziləri ilhaq etmək durur. Ermənistanın “assumus aqresimus”, yəni təcavüzü əvvəlcədən müəyyən etmək siyasəti var.  Bu heç vaxt dəyişmir. Bəzən bizdə inanırlar ki, orda filan hakimiyyət gedib, yerinə başqası gəlsə bizə yaxşı olar. Qətiyyən belə deyil. Onların  Türkiyəyə qarşı irəli sürdüyü “soyqırım” siyasəti bütün türk dünyasını hədəfə alır. Onlar “4t”  düsturu ilə hərəkət edirlər. Çalışırlar ki, əvvəlcə “soyqırımı” dünyaya tanıtsınlar, sonra Türkiyə bunu tanısın, 3-cü t torpaqdır, dördüncü isə təzminat almaqdır. Bu gün qəbul edilən Konsepsiya  “Dənizdən-dənizə”  ideyasından törəmədir. Onun da mahiyyətində dediyiniz bütün mənfi təzahürlər durur.  Biz öz siyasətimizi, gələcək strategiyamızı formalaşdıranda Ermənistana qarşı tam fərqli münasibət ortaya qoymalıyıq. İlkin mərhələdə biz torpaqların işğaldan azad edilməsini qoyuruq. Gələcəyə hesablanan siyasətimizdə ermənilərin ideyalarına adekvat mövqe ortaya qoymalıyıq. Çünki onların bizimlə apardığı mübarizə tarixi düşmənçilik səviyyəsindədir. Ermənistan Njdeyə sahib çıxmaqla faşist mahiyyətini də ortaya qoyur.  Bu baxımdan da Hikmət Hacıyevin mövqeyini tam bölüşürəm. Hesab edirəm ki, ermənilərin bu Konsepsiyasından özlərinə qarşı istifadə etməliyik. Bütün dünyaya çatdırmalıyıq ki, onlar dinc yolla işğaldan əl çəkmək istəmir. Biz beynəlxalq ictimai rəydə bu istiqamətdə irəliləməliyik ki, sabah kəskin addımlar atanda əlimizdə alibi olsun. Bildirək ki, lazımi məqamda xəbərdarlıq etmişik. Ermənistan daxilində nə dəyişirsə-dəyişsin, bu bölgədə onlar maşa rolunu oynayır və ideologiyaları heç vaxt dəyişən deyil”.

Ermənistanın bütün bu cəhdlərinin arxasında bir maraq durur, başqalarının hesabına özlərinə qurduqları dövlətin sərhədlərini daha da genişləndirmək.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ