19/09/2020 03:14
728 x 90

İrəvan Lukaşenkonun seçki qələbəsi əleyhinə tam hücuma keçib – ABŞ konqresindəki lobbidən də dəstək gəldi…

Fikrət Sadıqov: “Bütün hallarda Ermənistan bu və ya digər formada Belarusun daxili işinə müdaxilə edir”

img

Erməni mediası və erməni diasporuna bağlı qurumlar artıq bir müddətdir Aleksandır Lukaşenkoya qarşı təbliğatda aktiv iştirak edirlər. Bu arada ermənipərəst konqresmen Adam Şiff də onlara qoşulub. A. Şiff bəyan edib ki, Belarusdakı etirazları bütün dünyanın demokratik ölkələri dəstəkləməlidir: “Belarusu Avropanın ən pozitiv diktaturası adlandırırlar. Növbəti saxtalaşmış seçkidən sonra Belarus xalqı dinc şəkildə azadlıq və demokratiyaya çağırış edir. Amerika və bütün dünyadakı demokratiya gərək onları dəstəkləsin”.

Bundan başqa, İrəvandakı bir sıra politoloqlar və ictimai xadimlər Belarusdakı seçkilərlə bağlı fikirlərini bildiriblər. Baxmayaraq ki, hazırkı prezident Aleksandr Lukaşenko 80% -dən çox səslə qalib gələrək yenidən Belarus prezidenti seçilib, erməni politoloqlar əks fikirdədir. Konkret olaraq erməni politoloq Armen Badalyan Belarusdakı seçkiləri qeyri-qanuni adlandırıb və qeyd edib ki, Ermənistanın baş naziri yenidən seçilmiş Belarus prezidentini təbrik etməməlidir: “Belarusda prezident seçkiləri ilə bağlı sual yarananda Ermənistan hökuməti nədənsə siyasi prinsip nümayiş etdirməyə başladı. Belə başa düşmək olar ki, Ermənistan hakimiyyətinin Qərb səhmdarları Paşinyana belə bir əmr verib: Belarus seçkilərini tanımaq olmaz. Bu, açıq-aşkar bir saxtalaşdırma idi”.

Bütün bunlar Belarus-Ermənistan münasibətlərinə nə vəd edir?

  • “Ona görə də mütləq bunun təzahürləri özünü göstərəcək”

Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, ermənilərin bu cür yersiz fəallıq göstərmələri Ermənistan-Belarus dövlətlərarası münasibətlərini mənfi təsir edəcək: “Bir müddət sonra biz bunu müşahidə edəcəyik. Ermənistan həm Avrasiya İqtisadi İttifaqında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Belarus da hər iki qurumun üzvüdür. Görünən odur ki, Ermənistan bu davranışları ilə Belarusla münasibətləri tam gərginləşdirdi. İndiyə qədər Ermənistanın Rusiya ilə münasibətləri gərgin idisə, artıq Belarus da bura əlavə olundu. Ona görə də mütləq bunun təzahürləri özünü göstərəcək. Çünki bu, birmənalı olaraq aydın olan məsələdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin xoşuna gəlməkdən ötrü bu kimi prosesləri körükləyir. Reallıq ondan ibarətdir ki, Aleksandr Lukaşenko seşkilərdə qələbə çaldı. Ola bilər ki, sözügedən seçkilərlə bağlı ölkədə müəyyən çaxnaşmalar yaşansın. İstənilən halda hakimiyyət özünü müdafiə etməlidir. Burada bir vacib yuans ondan ibarətdir ki, Paşinyan da vaxti ilə küçə inqilabı ilə hakimiyyətə gəlib. Bu səbəbdən Ermənistan hakimiyyətinə Belarus müxalifəti daha yaxındır, nəinki Lukaşenko. Hesab edirəm ki, məsələnin bu tərəfinə də diqqət edilməlidir. Bütün hallarda Ermənistan bu və ya digər formada Belarusun daxili işinə müdaxilə edir. Belə olan halda təbii ki, sözügedən məsələ iki ölkə münasibətlərinə mənfi təsir edəcək. Bu isə Ermənistanın yaxın tərəfdaşları arasında təcrid olunmasına xidmət edir”.

Politoloq hesab edir ki, A. Lukaşenki mövqelərini möhkəmləndirəndən sonra hətta Ermənistanla münasibətlərə yenidən baxa da bilər. Yəni, belə bir halın baş verməsi belə istisna deyil.

Vidadi ORDAHALLI

Son xəbərlər