Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycan-Türkiyə işbirliyi Qarabağ münaqişəsinin çözümünü tezləşdirir

Image


Azərbaycan və Türkiyə arasında son bir ayda münasibətlərin daha intensiv inkişaf mərhələsinin başlanması, iki ölkənin bir-birinə daha sıx şəkildə inteqrasiya etməyə çalışması müşahidə edilməkdədir. Belə görünür ki, qarşıdakı dövr ərzində dərinləşən əməkdaşlıq ölkələrə ən müxtəlif məsələlər üzrə daha çevik şəkildə birgə hərəkət etməyə imkan verəcək.

  • Qafqazın inkişaf mənzərəsini Azərbaycan-Türkiyə tandemi müəyyənləşdirir

Əlaqələrdə dinamik inkişaf hazırda həm Azərbaycan, həm də Türkiyənin milli maraqlarına tam cavab verməklə yanaşı, onları beynəlxalq miqyasda da daha güclü oyunçulara çevirir. Bura geosiyasi baxımdam mühüm əhəmiyyət daşıyan Cənubi Qafqaz da daxildir. Hazırda bu regionda əsas güc mərkəzi məhz Azərbaycan-Türkiyə tandeminin timsalında formalaşmaqdadır. Təbii ki, bu da regionda hadisələrin hansı axarda inkişaf edəcəyinin indi daha çox dərəcədə bu iki ölkədən asılı vəziyyətə gətirir. Bunlar fonunda Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Artıq bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına rəvac verib. Indi yüksək səviyyəli qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin belə inkişaf səviyəsi, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin də gedişinə birmənalı şəkildə öz təsirini göstərəcək. Xatırladaq ki, Türkiyə  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərərək, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir və daim Azərbaycanın yanında olacağını bildirir. Hazırda işğalçı Ermənistanı əndişələndirən əsas məqamlardan biri də məhz budur.

  • Hərb müstəvisində möhtəşəm yeniliklər...

Heç şübhəsiz, Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən hərbi sferaya ayrıca toxunmaq lazım gəlir. Bu istiqamətdə iki ölkənin əlaqələrində yeni bir mərhələnin yaşanması ötən ay Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində yaşanan hadisələrdən sonra özünü qabarıq büruzə verdi. Türkiyə bütün müdafiə gücü ilə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bunun ardınca iki ölkənin Ermənistanı və onun hamilərini sözün həqiqi mənasında lərzəyə gətirən hərbi təlimləri başladı. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.  

Yeri gəlmişkən qeyd edək ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər təlimlərin son epizodunu izləmək üçün Azərbaycana səfərə gəlib. Belə ki, rəsmi məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək. Amma aydındır ki, belə tərkibdə hərbçilərin gəlişi təkcə təlimlərin gedişini izləmək məqsədi daşımır. Ekspertlərə görə, belə yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi onu göstərir ki, adıçəkilən şəxslərin iştirakı ilə əldə olunacaq razılaşma və ya qərar var. Məsələn, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edir ki, bu gün Azərbaycan və Türkiyə arasında çoxtərəfli yüksək səviyyəli münasibətlər mövcuddur: "Bir müddət öncə Azərbaycanın yüksək rütbəli zabitləri Türkiyədə rəsmi səfərdə olmuşdu. Bu gün Türkiyə generallarının Azərbaycana səfərini həm bu səfərə cavab, həm də müzakirə olunan bəzi məsələlərin razılaşma səviyyəsinə qalxması kimi qiymətləndirmək olar". Polkovnikin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında "bir millət, iki dövlət" prinsipi günbəgün inkişaf etdirilir:"Bu gün Türkiyə-Azərbaycan münasibətləri iki ölkə tarixinin ən yüksək səviyyəsindədir. Heç təsadüfi deyil ki, məlum Tovuz hadisələrində Türkiyə Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Sonda isə onu deyim ki, Türkiyənin yüksək rütbəli təmsilçilərinin bu səfəri son proseslər fonunda düşməni yenidən qorxuya salacaq". İndilikdə isə o bəllidir ki, dərinləşən hərbi əməkdaşlıq fonunda Azərbaycan ilk növbədə Türkiyədən yeni silahlar almağa hazırlaşır. Bura, xüsusən də hərbi aviasiya, o cümlədən pilotsuz uçuş aparatları daxildir. Şübhəsiz ki, bu da Azərbaycanın düşmən üzərində hərbi üstünlüyünü daha da artıracaq.

  • Geosiyasət kontekstində böyük uğur...

Azərbaycan-Türkiyə əlaqələrində yaşanan dinamizm bu ölkələrlə əməkdaşlığa can atanların sayını da artırır. Məsələn, regionun digər ölkəsi olan Gürcüstan üçün prioritet əməkdaşlıq istiqaməti məhz Azərbaycan və Türkiyədir. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu xüsusda bildirir:“Regional əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Regional əməkdaşlıq uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas hərəkətverici qüvvədir və bunun ən yaxşı nümunəsi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatıdır. Biz Cənub Qaz Dəhlizi layihəsinin tam reallaşdırılması ideyasına sadiqiq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında unikal regional sinergiya var. Bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarına artan tələbatın ödənilməsi mümkün olur, digər tərəfdən isə Gürcüstan və Türkiyənin tranzit potensialı Avropa bazarlarına əlavə resursların çatdırılması üçün unikal imkan yaradır”.

Zalkaliani qeyd edib ki, regional əməkdaşlığın daha bir nümunəsi ötən il Gürcüstanın baş naziri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan TANAP-ın ikinci hissəsinin açılmasıdır:“Bu layihə Avropanın təhlükəsizliyində yeni era deməkdir və “Cənub Qaz Dəhlizi”nin tam gücü ilə işləməsini təmin edir”. XİN başçısı ümidvar olduğunu bildirib ki, Mərkəzi Asiya ölkələrini Gürcüstanın nəqliyyat və kommunikasiya layihələri ilə əlaqələndirəcək Bakı-Tiflis-Qars dəmir yolunun inşası yaxın zamanlarda başa çatdırılacaq. Bütün bu iqtisadi əməkdaşlıq Gürcüstanin həm də siyasi cəhətdən Azərbaycanın, Türkiyənin yanında yer almasını şərtləndirir. Bu həm də o deməkdur ki, regionda Ermənistan Gürcüstan üçün arxa plandadır. Təbii ki, belə vəziyyətdə Azərbaycan Dağlıq Qarabağ məsələsində də mövqeyini daha güclü hala gətirir. Regionda böyük geosiyasi oyunçulardan sayılan Rusiya üçün də Azərbaycan-Türkiyə faktoru artıq ön plandadır.

  • Ermənistan daha çox təzyiqlərə məruz qalacaq...

Hazırda Azərbaycanla yanaşı, qardaş Türkiyə üçün də Qarabağ münaqişəsinin mümkün qədər tez həlli xüsusi önəm kəsb edir. Bu hal nəticə etibarı ilə bütün Qafqazda sabitliyin bərqərar olması baxımından da vacib sayılır. İndiki halda məsələnin həllinə daha tez nail olmaq üçün Azərbaycan və Türkiyə tərəfindən Ermənistana təzyiqlərin daha da artması gözlənir.

Məsələ burasındadır ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoşməramlılara qapılarını daim açıq saxlayır. Bu fonda da adları çəkilən ölkələrin  Qarabağ məsələsinin həlli üçün Ermənistana təzyiqlərinə dünyada, xüsusən də Qərbdə hansısa ciddi reaksiya verilmir. Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko bunu təbii sayır. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindəki son olaylardan sonra Qarabağ məsələsinin həllinin tezləşməsi olduqca mühümdür:"Regionda maraqlı olanlar üçün də əsas məsələ Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. Fikrimcə, qarşıda duran əsas tapşırıq da məhz budur. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar hər yerdə, hər an başlaya bilər. Hesab edirəm ki, burada, Türkiyənin fəaliyyətindən başqa, Rusiya diplomatiyası Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. İrəvan uzun illər məşğul olduğu demaqogiya ilə deyil, predmetli danışıqlara başlamağa məcbur edilməlidir. İlkin mərhələdə ən azı Dağlıq Qarabağ ətrafında olan rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Bu, münaqişənin nizamlanmasında ilk addım olmalıdır. Nə qədər ki, bu baş verməyib, region gərginlik və müharibə gözləntisi vəziyyətində qalacaq. Mənə elə gəlir ki, bu gün bu istiqamətdə hərəkət etmək lazımdır. İrəvana təzyiq edərək mövcud reallığı qəbul etməyə məcbur etmək lazımdır. Hazırda bu istiqamətdə Türkiyə aktiv fəaliyyət göstərir. Rusiyanın da prosesdə iştirakı durumu dəyişə bilər. ATƏT-in Minsk Qrupunun bütün üzvləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə aktiv maraq göstərməlidir. Biz bu gün təkcə Rusiya və Türkiyə tərəfindən bu aktivliyi, marağı görürük. Halbuki, münaqişənin davam etməsi ciddi təhdiddir. Yeni reallıq şəraitində İrəvana həm siyasi, həm də iqtisadi təzyiq göstərilməlidir ".

Digər ekspertlər də hesab edir ki, məhz belə təzyiqlər münaqişənin həllini tezləşdirmək iqtidarındadır. Ermənistan danışıqlar masasına oturdulub, konkret nəticələr əldə etməyə məcbur edilməsə, Azərbaycan güc faktorundan istifadəyə məcbur olacaq və bu zaman Türkiyə də onun yanında yer alacaq. İrəvan isə hələlik yalnızdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ