Cümə günü, 23 oktyabr 2026
     

Paşinyan rəqiblərini fövqəladə vəziyyət rejimində əzəcək - müddət uzadıldı, müxalif düşərgə çalxalanır...

Image


Ermənistanda fövqəladə vəziyyət rejiminin daha bir ay müddətinə uzadılması ölkədə, xüsusən də siyasi qüvvələr arasında ciddi narazılıq yaradıb. Müxalifət bəyan edir ki, hakimiyyət ona qarşı etirazların artmasından və bunun genişmiqyaslı aksiyalara çevrilməsindən narahat olaraq belə bir addım atıb. Çünki fövqəladə vəziyyətdə etiraz aksiyalarının keçirilməsi mümkün deyil və bu da indiki halda yalnız iqtidarın lehinə işləyir.

Xatırladaq ki, Ermənistan hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha bir ay müddətinə uzadılması barədə qərar qəbul edib. Qərara əsasən, fövqəladə vəziyyət rejimi sentyabrın 11-dək uzadılıb. Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, buna ölkədə COVID-19 virusundan ölüm hallarının hələ də çox yüksək səviyyədə qalması səbəb olub. Amma Ermənistanın ilk ombudsmanı Laria Alaverdyan bunu absurd sayır:“Bütün ölkədə 6 ay fövqəladə vəziyyət görünməmiş haldır, biz görürük ki, fövqəladə vəziyyət tədbirləri pandemiyanın yayılmasını azaltmaq üçün deyil, açıq şəkildə etiraz aksiyalarını cilovlamaq üçün istifadə olunur”. Alaverdyanın sözlərinə görə, Nikol Paşinyan nümayişlərin hansı təhlükələri yarada biləcəyini bilən Ermənistan rəhbərlərindən biridir:“Paşinyan etiraz aksiyalarının hansı təhlükələri ehtiva etdiyini yaxşı bilir, fövqəladə vəziyyətin uzadılmasının səbəbi bunları cilovlamaqdır”. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan da eyni mövqedədir: “Mənim şəxsi fikrimcə, hakimiyyət xalq narazılığının dalğasından narahatdır, bu səbəblə fövqəladə vəziyyəti növbəti dəfə uzadır”. Erməni deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti vəziyyəti çox yaxşı başa düşərək koronavirusun arxasında gizlənib:“İddia etmək üçün bütün əsaslar var ki, “qürurlu vətəndaşlar” Nikol Paşinyana hakimiyyətə gəlmək üçün lazım idilər, artıq hakimiyyəti ələ keçirmək halında qürurlu vətəndaş Nikol Paşinyan üçün heç bir dəyərə malik deyil”.

Erməni mediası isə yazır ki, fövqəladə vəziyyət tədbirləri pandemiyanın yayılmasını əngəlləyə bilmir və bu sahədə dünyada ən pis göstəricilərdən biri məhz Ermənistana məxsusdur. Bununla bağlı “politik.am” nəşri qeyd edir:“Səs-küy, qışqırıq, rəğbət dolu sözlər, brifinqlərdə səsləndirilən ifadələr, reklamlarda dövlət dəstəyi barədə təbliğat elanlarını bir kənara qoyduqdan sonra Ermənistanda insanların koronavirusa təkbaşına müqavimət göstərdiyi və hələ də müqavimət göstərməkdə davam etdiyi məlum olur. Dövlət, hökumət, komendant yalnız maskalar taxmağı, mənasız və faydasız fövqəladə vəziyyəti təklif edir. Bu mübarizə üsulu mənasız və faydasızdır, çünki ölənlərin sayı artıq minə çatıb.
Bu günlərdə ictimaiyyət səhlənkarlıq, diqqətsizlik üzündən bir ölüm xəbəri ilə şoka düşüb və bu müddət ərzində belə ölüm halları çox olub. Yanımızda yaşayan bir ailənin başına gələn real bir hekayəni təqdim edirik və təəssüf ki, belə hekayələr bir deyil, iki deyil, on minlərlədir. İndi hər şeyi sıra ilə sadalayaq. Özünün, həyat yoldaşının, uşaqlarının və yaşlı valideynlərinin koronavirusa yoluxduğunu anlayan Ermənistan Respublikası vətəndaşı, televiziyalarda səsləndirilən çağırışları rəhbər tutaraq, 8003 nömrəsinə yığaraq, qaynar xəttə zəng edir. Vətəndaş zəng etdiyi nömrədə təlimatı eşidərək 1 düyməsini basdıqdan sonra dövlətdən fəal kömək və dəstək alacağını gözləyir. Ancaq bunun əvəzinə səs yazısını dinləyir: “Əgər istiliyiniz 37,5 dərəcədən yuxarıdırsa, bir öskürək, nəfəs darlığı varsa və koronavirus xəstəsi ilə təmasda olmamısınızsa, klinikaya getməzdən əvvəl yerli sahə həkiminizə müraciət edin. Zəng üçün təşəkkür edirik”. Budur dövlətin dəstəyi, sanki yetkin insan poliklinikaya baş vurmadan öncə sahə həkimini çağıra bilməyəcək. Bunlardan sonra artıq bir o qədər də qürur duymayan və ruh yüksəkliyi olmayan Ermənistan vətəndaşı, ən azından yaşlı valideynlərinə yardım edilməsinə ümid edərək, təcili tibbi yardıma zəng edir ki, heç olmasa onları xəstəxanaya aparsınlar. Budur, burada da başqa bir sürprizlə üzləşirlər. Zəngin ləğv edilməsini xahiş edirlər, izah edirlər ki, yardım edə bilməyəcəklər. Paşinyan hakimiyyətinin inkar etməyə çalışacağı koronavirus reallığı budur․ Həkimə zəng edirsiniz ki, sizdən evdə qalmağı və poliklinikaya getməməyi xahiş etsinlər.Virusa  yoluxduğunuz halda poliklinikadan edilən kömək yalnız odur ki, 14 gün evdən çıxmamaq məsləhət görülür. Komendantlıqdan heç bir zəng gəlmir. Hətta yaşadığınız mənzil sahəsi belə dezinfeksiya edilmir. Buradan da sual yaranır, koronavirus xəstəsi olan bir ailə ən az 14 gün evdə qalmalıdırsa, o halda kim alış-veriş edəcək?  Kommunal ödənişləri necə ödəyəcəklər?  Lazım olan dərmanı aptekdən necə əldə edəcəklər?  Banka necə girmək və kredit öhdəliklərini necə ödəmək olacaq?
Kreditlərin ödənişinin təxirə salınması barədə bir söz belə yoxdur. Eyni şey kommunal ödənişlərə də aiddir. Bank çox nəzakətlə bildirir ki, sizin xəstə olub-olmamağınız bizi maraqlandırmır. Komendantlıq lazımi dərmanların alınmasında heç bir köməklik göstərmir.  Halbuki, hesablamalara görə, bir nəfər orta dərəcədə xəstəliyi olan insan öz cibindən 155 min dram xərcləyir. Ən yumşaq hesablamalara görə, çəkilən xərcin həcmi belədir. Hələ biz xəstənin gündə ən azı iki litr içməli olduğu şirələrin qiymətini və digər zəruri xərcləri saymırıq.
Ermənistan vətəndaşı, ümumiyyətlə, xəstəliyə qarşı dövlətin dəstəyi olmadan, təkbaşına mübarizə aparır. Belə olan halda sizin fövqəladə vəziyyət rejiminiz kimə lazımdır? Xəstələri necə dəstəkləyirsiniz, xəstəliyi aradan qaldırmaqda onlara necə kömək edirsiniz, xəstəlikdən sonrakı dövrü keçmələrinə necə yardım edirsiniz ki, tam sağalsınlar? Nə üçün aciz yaşlı xəstələri, kiçik uşaqları olanları hökumət taleyin ümidinə buraxıb? Nədən, hətta “Analgin” belə olmadığı üçün insanlar öz yaxınlarını xəstəxanalardan qaçırır? Fövqəladə vəziyyətin məqsədi xəstəliyin yayılmasının qarşısını almaqdır. İnsanları iş yerlərindən məhrum etmişdiniz ki, xəstəliyin yayılmasının qarşısını ala biləsiniz. Bunun qarşısını ala bilmədiniz, bəs bunu necə kompensasiya edirsiniz, xəstələrə hər hansı bir şəkildə yardım əlini necə uzadırsınız? Əlbəttə ki, bu gün bu vəziyyətə çatmağımızın səbəblərini bir-bir araşdırmalıyıq, hər ölüm hadisəsi bir-bir araşdırılmalı və nəticədə on minlərlə xəstə üçün hansı tədbirlərin görüldüyü bir-bir cavablandırılmalıdır. Əslində hansısa ciddi tədbir də yoxdur və bu səbəbdən Ermənistan ən pis göstəricilərə malikdir”.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ