Azərbaycan Sosialist Partiyası 12 avqust tarixində saat 14.00-da qurultay keçirəcək. Partiyadan “Bakı-Xəbər”ə verilən məlumata görə, 1999-cu ildə təsis edilmiş Yeni Yol Partiyasının adı növbəti , 2002-ci ildə keçirilmiş qurultayda dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılıb:
“Hər iki halda – istər 1999-cu ildə, istərsə də 2002-ci ildə partiya sənədləri qanunvericiliyiə uyğun olaraq, dövlət tərəfindən qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib ki, sənədlərin sürətləri bunu təsdiq edir. Partiyanın uzun müddət dövlət qeydiyyatından kənarda qalması səbəbindən Siyasi Şura olaraq partiyanın karantin şəraitində onlayn qurultayını keçirməyi qərara aldıq. Qurultayın keçirilməsində məqsəd, zamanın tələblərinə uyğun olaraq, partiyanın Nizamnamə və Məramnaməsinə dəyişiklər edilməsi, partiyaya yeni üzvlərin cəlb edilməsi, qeydiyyatla bağlı yenidən Ədliyyə Nazirliyinə ərizə ilə müraciətlə bağlıdır. Qurultay 12 avqust tarixində saat 14-00-da keçiriləcəkdir”.
Məhəmmədəli Qəribli