23/09/2020 08:28
728 x 90

Paşinyandan baş redaktora – “ya babamın xainliyini inkar etməlisən, ya da səni məhkəməyə verəcəm”...

Əli Orucov: “Paşinyanın məsələyə bu cür aqressiv reaksiya verməsi...”

img

Demokratiyadan, insan haqlarından, söz azadlığından danışan Nikol Paşinyan indi də media təmsilçilərini hədələməyə başlayıb.

“Politik.am” saytının redaktoru Boris Muradyan “Facebook” səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın onu hədələdiyini və daha sonra ona şərtlər irəli sürdüyünü yazıb. Muradyan xüsusilə qeyd edib: “Gəldim ofisə, gördüm ki, Nikol mənə bir məktub yazıb. Deyir ki, ya babasının xain olduğunu inkar edim, ya da məni məhkəməyə verəcək”.

Muradyan Paşinyanın imzası olan həmin məktubun şəklini də yayıb.

Məlumat üçün qeyd edək ki, 1913-cü il dekabrın 23-də İrəvan quberniyasının Yenokavan bölgəsində anadan olmuş Nikol Vartanoviç Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb. Dəqiq məlum olan budur ki, Ermənistanın indiki Baş nazirinin babası Ukraynanın bugünkü Jitomir vilayəti sovet ordusu tərəfindən faşistlərdən azad ediləndən ilyarım əvvəl, yəni 1943-cü il sentyabrın 29-da bu vilayətin Zvyaqel kəndində haqlı olaraq məhv edilib. Sovet qoşunları yaxınlaşdıqca oradakı partizan dəstələrinin və gizli qrupların fəallığı artırdı. Buna görə də istisna edilmir ki, hitlerçi-njdeçi Nikol Paşinyan məhz xalq könüllü dəstələrinin belə cəsarətli müqavimət əməliyyatlarından birində məhv edilib. Bu da məlumdur ki, Jitomir vilayətində yəhudi əhalini kütləvi şəkildə qırıblar. Bu iş əsasən SS polislərinə və digər murdar ünsürlərə tapşırılırdı. Ermənistanın indiki Baş nazirinin babasının da məhz onlarla bu cür əməkdaşlıq etdiyi ehtimal edilir.

Görünən odur ki, bütün bu faktlar qarşısında aciz qalan Paşinyan jurnalistləri hədələmək yolunu tutub.

  • “O, sadəcə, demokratiya adı altında hakimiyyətə gələn populist dələduzdur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın məsələyə bu cür aqressiv reaksiya verməsi müəyyən mətləblərdən xəbər verir: “Sözügedən məlumatlar ciddi olmasaydı, o zaman buna əhəmiyyət verməzdi. Nəzərə almaq lazımdır ki, Paşinyanın babasının faşistlərlə əməkdaşlığına dair Rusiya arxivlərində müəyyən məlumatların olduğu deyilir. Dünyada faşizm ideyalarının dirçəldilməsi istiqamətində fəaliyyət göstərən Ermənistan təkzib edilməyən faktlarla yenidən üzləşir. Paşinyanın babasının II Dünya Müharibəsində nasistlər tərəfindən sovet ordusuna qarşı döyüşməsi faktının ortaya çıxması və onun Njde ləqəbli Qaregin Ter-Arutyunyanla əlaqələrinin olması artıq təsdiq olunmuş həqiqətdir. Bu fakt bir daha sübut edir ki, bütün ölkələr faşizmdən imtina etsə də, Ermənistan əks mövqedədir. Ermənistan illərdir nasist mövqeyini israrla ortaya qoymaqdadır. İrəvanda faşist Njdeyə ucaldılan böyük heykəl buna əyani sübutdur. Başqa bir tərəfdən, Paşinyanın demokratiyaya bağlılığından söhbət gedə bilməz. O, sadəcə, demokratiya adı altında hakimiyyətə gələn populist dələduzdur. Paşinyan demokrat olsaydı, o zaman məhkəmə hakimiyyətini sıradan çıxarmazdı. O istəyir ki, bütün ölkə mətbuatı yalnız onu müdafiə etsin. Müxalif mətbuat, alternativ müxalif siyasi partiyalar ortada olmasınlar. Ona görə də bu cür dözümsüz mövqe sərgiləyir”.

Ekspertin fikrincə, Paşinyanın tənqidçi mediaya hücumlarının daha da artacağı gözlənir.

Vidadi ORDAHALLI

Son xəbərlər