14/08/2020 21:01
728 x 90

Keçmiş həmsədrdən gecikmiş etiraf: regional güclərin dəstəyi olmadan...

img

ATƏT-in Minsk Qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqland Ermənistanın Azərbaycana Tovuz təcavüzünü şərh edərkən maraqlı etirafda bulunub.

Baki-xeber.com-un xəbərinə görə, “Amerikanın səsi”nə müsahibəsində o deyib ki, regional güclərin dəstəyi olmadan Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcək. “Münaqişə tərəfləri biz kompromisə hazırıq” deməyincə münaqişənin çözümünün mümkün olmayacağını deyən eks-həmsədr bildirib ki, Dağlıq Qarabağ məsələsi artıq BMT-nin məsələsinə çevrilməli, DQ qeyri-müəyyən müddətə BMT-nin protektoratı olmalıdır. “Bir neçə il sonra, emosiyaların yatışmasının ardından insanlar “biz BMT-nin rəhbərliyi altında gələcəyin bu cür olmasını istəyirik” deyəcəklər və bu mənim həmsədr olduqdan sonra gəldiyin şəxsi qənaətimdir” deyə o bildirib.

Hoqland onu da deyib ki, Tovuz hadisəsinin təsadüfən başladığını düşünmür, lakin bu toqquşmaların arxasındakı motiv heç kəsə bəlli deyil.

Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə də münasibət bildirərkən isə eks-həmsədr deyib ki, hər iki tərəfdə zaman-zaman belə təlimlərin keçirilməsi əslində tərəflərdən heç birinin münaqişənin çözümündə kompromisə getməyəcəyini göstərən faktordur, o üzdən də regional güclərin bu çözüm üçün dəstəyi mütləqdir.

Maraqlı fikirlərdir, ancaq daha maraqlısı Riçard Hoqlandın məhz görəv müddəti bitdikdən sonra Dağlıq Qarabağla bağlı hansısa qənaətə gəlməyidir. Axı istər onun, istərsə də digər həmsədrlərin görəvdə olduqları müddətdə bu fəaliyyət(siz)liyin qoşunların təmas xəttində monitorinq aparmaqdan və durum gərginləşəndə bəyanat verməkdən o tərəfə keçdiyini indiyə kimi görən olmayıb...

SAMİRƏ

Son xəbərlər